Əmizdirən analara qoyulan QİDA QADAĞALARI

Müəllif: Onun_Mələyi
Şərhlər: 5
Baxılıb: 1 777
Səs ver:
(səs: 0)
Südverən analar daima narahatlıqla yaşayırlar: “Bu və yadigər qidanı qəbul etmək olarmı?”Yaxud internetdə südverən analara qadağa olunan ərzaqlarınsiyasını axtarırlar. Qeyd edək, belə bir siyahı yoxdur və olsa da düzgün deyil. Südverən ana istədiyi yeməyi, istədiyi ölçüdə qəbul edə bilər. Amma əgər sizin nəsildə xüsusi bir qidaya uşaqlarınallergiyası varsa, onda öz körpənizi həmin qidanı siz qəbul etdikdən sonra reaksiyasını müşahidə edə bilərsiniz. Amma bir çox şeylərin individual olduğu kimi, sizin körpənizdə də bu allergiya olmaya bilər.Bəzi analar istiotlu və çox ədviyyatlı yeməklərdən südvermə zamanı çəkinirlər. Amma çox nahaqq yerə. Onların körpəyə hər hansısa qeyri-adi təsiri araşdırmalarda özünü doğrultmayıb. Hətta bir araşdırmasüdverən ana sarımsaq yeyəndən sonra uşaqların daha yaxşı süd əmdiyini qeyd edir.Bəzi anaları daima narahat edəm məsələrdən biri qazlılığa səbəb olan ərzaqlar kimi tanınan kələm, brokkoli, lobya, noxud və bu fəsildən olan tərəvəzlərin qəbulu ilə bağlıdır. Qaz və köp yaradan butərəvəzlərin körpədə də eyni effekt ola biləcəyi anaları düşündürür. Amma nəzərə alsaq ki, ana südü ananın mədə-bağırsaq sistemində olanlardan deyil, qana sovrulan maddələrdən yaranır, onda bu narahatlığın da yersiz olduğu ortaya çıxacaq.Turş qidalar da ana südünə təsir etmir. Məsələn, sitrus bitkilər, pomidor və s. tərəvəzləri analar rahatlıqla qəbul edə bilərlər. Amma bəzi körpələr ana südünə keçə bilən müəyyən qrup zülallaraxüsusən inək südündən hazırlanan süd məhsullarına qarşıhəssas ola bilərlər. Bundan əlavə körpələr soya, buğda, qarğıdalı, yumurta və yerfındığı yeyən analarının südünə müəyyən dərəcədə allergik reaksiya göstərə bilərlər.Şirniyyat məmulatlarının çox qəbul edilməsi və yaxud yağlı qidaların azaldılması ana südünə heç bir təsiri yoxdur. Ümumiyyətlə, ana südünün yağlılığı yeyilən yağlı qidalardan asılı deyil. Amma anaların südverən zamanı saxlaya biləcəkləri sərt pəhriz sayəsində südün keyfiyyətində bəzi dəyişikliklər baş verə bilər.Bəzi analar südvermə zamanı formaya tez qayıtmaq məqsədilə şəkər əvəzinə süni şəkər əvəzedicilərindən istifadə edirlər. Thomas Hale (medications and mother milk 2012) araşdırmalarına əsasən aspartam, splenda, sorbitol, saxarin kimi şəkər əvəzedicilərinin istifadəsində ehtiyatla yanaşaraq, az miqdardaistifadəsinə icazə verir. Amma pəhriz saxlayan xanımlar arasında geniş yayılmış olan stevianı qadağan edir. Stevianın çox şirin otlardan alınaraq hazırlanmasını nəzərə alaraq, geniş araşdırma aparılmadığına görə stevianın istifadəsini risk qrupuna salır.Amma təbii şəkər mənbəyi olan balanalar üçün heç də qorxulu deyil. Analar onu rahat istifadə edə bilər. Balın tərkibində olan botulizm sporları ananın mədə bağırsağında həzm edilir və ana südünə keçmir.
Amma 1 yaşına qədər körpələrə bal vermək məsləhət deyil. Çünki onların mədə bağırsaq sistemi daha zərif olduğu üçün balda olan botulizm sporlarını xaric edə bilmir.Bəzi hamilə xanımlarımız və südverən analarımız əsl balıqsevəndirlər.
Amma balıq yeməkdə bir qədər ehtiyatlı olmaq lazımdır.
ABŞ-ın Qida və Dərman Administrasiyası tərəfində:
bir neçə balıq növünü yeməyi ümumiyyətlə məsləhət görmür: köpək balığı, qılınc, kral makrel vətülbülü (bunlar uzun ömürlü və böyük balıqlardır və digər balıqlara qidalanırlar, ona görə daha yüksək konsentrasiyada bədənlərində civə toplaya bilərlər). Balıqda olan civə doğulmamış körpənin sinir sisteminə mənfi təsir etdiyi üçün hamilələrə məsləhət görülmür. Ümumilikdə isə südverən anaya da çox miqdarda balıq istehlak etmək olmaz.Suşi həvəskarı olan südverən analar bu ərəfədə suşi verilən restoranların seçimində çox diqqətli olmalıdırlar.
Çünki bütün çiy qidalar kimi suşidə də bakteriyalar ola bilər və gigiyena standartlarına uyğun olmayan hazırlanma üsulu əmizdirməyə mane olmasa da anaya zərər verə bilər.
Yumşaq və yarımyumşaq pendir həvəskarı olan hamilə xanımlar çiysüddən hazırlanan süd məhsullarını və çiy südü doğuşa qədər təxirə salmalıdır, çünki yumşaq pendirlərin bir çoxu pasterizə olunmamış süddən hazırlandığı üçün anaya və dölə zərər verə bilər. Südverən analar isə qəbul edə bilərlər. Əmizdirən anada təhlükənin ana südünə keçmək ehtimalı yoxdur.
Əziz hamilə xanımlar və südverən analar, istədiyiniz yeməyi istifadəseçimində azadsınız, amma hər qida qəbulundan əvvəl əsas sizin üçün onun keyfiyyəti, körpənizin sağlamlığı və ona verəcəyi xeyir əsas meyar olsun.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 777
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri