Uşaqlar niyə gec danışır?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 2 807
Səs ver:
(səs: 0)
Bəzi uşaqlar yaşıdları ilə müqayisə etdikdə daha gec danışmağa başlaya bilir. Bu, heç də həmişə danışma pozğunluğu problemi olduğu mənasını vermir.

Dil inkişafı doğumdan etibarən başlayır. Uşağın inkişafında ictimai əlaqə inkişafının, zəka və öyrənmə bacarıqlarının yaşına görə gözlənilən normal səviyyədə olması lazımdır.

GEC DANIŞMAĞA SƏBƏB OLAN FAKTORLAR
- Zəka geriliyi

- Eşitmə problemi

- Görmə problemi

- Xroniki depressiya

- Televiziya izləmə

- Ailədə dil gecikməsi

- Ailədə iki dil danışılması

- Autizm, zəka geriliyi edən xəstəliklər.

GEC DANIŞMA MÜALİCƏSİ
Uşağın danışmasının normal inkişaf pillələrinə görə geri qalması bir xəstəlik əlaməti ola bilər. Gec danışma problemi olan bir uşaq ilk olaraq bir mütəxəssis tərəfindən tibbi müayinədən keçirilməlidir. Uşağın eşitməsinə və danışmasına maneə meydana gətirən patologiyalar araşdırılmalıdır. Psixoloji bir maneə varlığı sorğulanmalıdır. Daha sonra yaşıyla uyğun inkişaf analizi, zəka sınağı qiymətləndirmələri edilməlidir. Bundan əlavə, əzələ və sinir sisteminə təsir edə biləcək narahatlıqlar araşdırılmalıdır. Bütün bunlar normaldırsa, danışmada gecikməyə səbəb ola biləcək ekoloji faktorlar araşdırılmalıdır.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 807
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri