Autizm: Uşaqlarda hansı əlamətlərə diqqət yetirməli?

Müəllif: Onun_Mələyi
Şərhlər: 3
Baxılıb: 2 360
Səs ver:
(səs: 0)
Autizmin geniş yayılması nə ilə bağlıdır? Xəstəliyin təzahür formaları, simptomları hansı yaşlarda özünü büruzə verir?Autizm genetik problemdirmi? Autizmin inkişaf səbəbləri məlumdurmu? Problemin virus infeksiyandan qaynaqlandığı haqda iddialar nə dərəcədə əsaslıdır? Autizm sağalırmı?

Qadınla.Com xəbər verir ki, bu suallara aydınlıq gətirən uşaq psixonevroloqu, tibb üzrə fəlsəfə doktoru, Tibb Universitetinin Nevrologiya kafedrasının əməkdaşı Kamran Salayev deyib ki, autizmlə bağlı xəstəlik yox, pozuntu sözü işlənməlidir:
"Autizm çox geniş pozuntudur. Onagörə də biz ona spektr deyirik. Autizm deyəndə burada bir çox simptom, bir çox əlamət nəzərdə tutulur. Autizm çox yüngül əlamətlərdən başlayaraq ağır əlamətlərə qədər dəyişir.
Mütəxəssisin sözlərinə görə, dünya üzrə təqribən 100 uşaqdan birində autizmə rast gəlindiyi qəbul olunur. Ağır vəziyyətdə olanlarla bağlı isə hər min nəfərdən 3-4-də, 5-6-da autizm olduğu qeyd olunur.Həkim oğlanlarda qızlara nisbətəndaha çox autizm qeydə alındığını, bir sıra ölkələrdə, 42-50 oğlandanbirində autizm olması haqda məlumatların olduğunu açıqlayıb. Qızlarda isə hər 150-160 qızdan birində autizm olduğu deyilir.
Autizmin geniş yayılması səbəblərindən danışan Kamran Salayev deyib ki, son illər autizm diaqnozlarının qoyulma sayının, yoxsa autizmdən əziyyət çəkən uşaqların sayının artması barədə suallara cavab axtarılır. Bu mənada maarifləndirmə kampaniyalarının aparılması, dahadəqiq diaqnozların qoyulması sayəsində autizmli uşaqların sayında artım olması barədə yanaşmalar da üstünlük təşkil edir.Həkim onu da deyib ki, əsas tədqiqatların əksəriyyəti problemin yaranma səbəbləri arasında sırf genetik faktorun üzərində dayanır.
Psixonevroloq deyib ki, autizmdən əziyyət çəkən yetkin insanlar da var:
"Uşaq dövründə autizm diaqnozu qoyulanda, bərpa prosesi aparılanda vəziyyət xeyli yaxşılaşır və simptomlar azalır".
K.Salayevin sözlərinə görə autizmin meydana çıxmasında roluolduğu bildirilən mühit faktorları çox da aydın deyil:
"Genetik rol aydındır, mühitin rolu tam aydın deyil".Autizmin yaranmasında peyvəndlərin rolunun olması barədə iddialar haqda danışan mütəxəssis bunların tamamilə əsassız olduğunu vurğulayıb:
"Bugünkü tədqiqatlar göstərir ki, peyvəndlər səbəb deyil. Uzunmüddətli tədqiqatlar aparılıb və peyvəndlə autizm arasında hər hansı əlaqə göstərə bilmədilər".
Psixonevroloqun sözlərinə görə, klinik olaraq həkimin, yaxud valideynin autizmlə bağlı uşaqda görə biləcəyi əlamətlər özünü bir yaşdan sonra büruzə verir:
"Hətta asperger sindromu olan uşaqlar məktəb yaşında bizim qəbulumuza gətirilir, məktəbə qədər heç bir şey hiss olunmadığı, məktəbə gedəndən sonra sosial problemlərin müşahidə olunduğu deyilir".
Mütəxəssis asperger sindromu olan uşaqlarda nitqin formal olaraq normal inkişaf etdiyini deyib. K. Salayev qeyd edib ki, autizm diaqnozu qoyulanların 1/3-i danışmır, yəni nitqə malik olmurlar.
K.Salayevin sözlərinə görə, autizmdən əziyyət çəkən uşaqlar üçün ünsiyyət maraqlı deyil:
"Daha yüngül hallarda ünsiyyətə həvəsli olur, buna cəhd edirlər. Amma bunu uyğun şəkildə etmirlər. Məsələn, tanımadığı bir uşağı qucaqlayıb, öpə bilirlər".
K. Salayev autizmə daha dəqiq diaqnozun 2-3 yaşlarda qoyulduğunu da bildirib. Autizmin adətən bir yaşdan sonra klinik əlamətlərlə özünü büruzə verdiyini deyən həkim nadir hallarda bir yaşa qədər əlamətlərin müşahidə olunduğunu açıqlayıb:
"Daha yüngül hallarda əlamətlərin görünməsi 4-5 yaşa qədər çəkə bilir. Əksər hallarda 2 yaş yarım - 3 yaş arasında dəqiq diaqnoz qoymaq mümkündür".
Mütəxəssis körpələrdə əsasən iki əlamətə - birincisi, uşağın göz kontaktına, ikincisi, öz adına reaksiyasına diqqət etməyin vacibliyini vurğulayıb:
"Bundan başqa, əsas əlamətlərdən biri nitqin ləngiməsidir. Məsələn, uşaqiki yaşa çatıb heç bir söz deyə bilmirsə, bu hala diqqət yetirmək lazımdır".

Psixonevroloq deyib ki, autizmin aradan qaldırılması üçün hər hansıdərman müalicəsi yoxdur.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 360
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri