TƏNBƏL GÖZ: 6 yaşa kimi diqqətli olun - Kor olma ilə nəticələnir

Müəllif: Onun_Mələyi
Şərhlər: 4
Baxılıb: 1 974
Səs ver:
(səs: 0)
Ambliopiya - gözdən birinin tam vəya 90% görmə qabiliyyətini itirməsi ilə nəticələnən göz dibi xəstəliyi olub, kiçik yaşlardan, hətta yeni doğulmuş uşaqlarda başlayır.Medicina.azbildirir ki, son zamanlar Azərbaycanda geniş yayılmış ambliopiya haqqında oftalmoloq Nuridə MəmmədəliyevaMedicina.az-a ətraflı məlumat verib:"Anadangəlmə kataraktası olan körpələrdə aydın görmənin qarşısını aldığına görə, gözün biri işlək vəziyyətdə olmur. Gözdibi hüceyrələri işləmədiyinə görə"yatmış" vəziyyətdə olur.Uşağın gözündə zəiflik varsa, bu zəiflik irəliləyir və vaxtında eynəkvasitəsilə korreksiya olunmayıbsa, bu zaman göz yenə də aydın görüntü vermir və gözdibi hüceyrələr yatır. Baş beyinə siqnal ötürülmədiyindən, beyin bu gözü sanki "söndürür". Bu dəyişiklikləri yalnız oftalmolojimüayinədə görmək mümkündür. Çünki ambliopiyanı valideynlər gözə baxaraq bilmir, kosmetik olaraq heç bir fərq yoxdur. Uşaq da danışa bilmədiyindən izah edə bilmir. Hətta böyüdükcə, bir gözü aydın görməsə də, getdikcə zəifləsə də elə biləcək ki, belə də olmalıdır. Tək gözün hesabına uşaq özünü idarə edir. Amma müayinə olunduqda məlum olur ki, digər gözdə 10 faiz də görmə yoxdur.Yüksək dərəcəli hipermetropiya - uzaqdan görmə sindromu həm çəplik, həm də ambliopiya verir.
Ona görə uzaqdan görmə xəstəliyində də müayinə, eynəklə korreksiya vacibdir.Burda əsas məsuliyyət valideynlərin üzərinə düşür.
Xüsusən yarımçıq doğulmuş, bətndaxili qüsurları olan uşaqların gözü mütləq ciddi yoxlanmalıdır. Əslində hər yeni doğulmuş körpənin mütləq göz dibiyoxlanmalıdır.İnsanın görmə analizatoru 9-11 yaşa kimi tam inkişafını bitirir. Ona görə 9 yaşdan sonra ambliopiyanın müalicəsi mümkün deyil və effektsizdir.
Valideynlər uşaqların görmə orqanlarına biganə qalmayaraq, mütləq doğumdan sonra ilk 3-6 ayda uşağın gözlərini yoxlatmalı, sonraildə bir dəfə oftalmoloqa göstərməlidirlər. Əgər problem çıxırsa, mütləq eynək korreksiyasıedib, oftalmoloq nəzarətində olmalıdır.
Çəpgözlüyü olan uşaqlarda da gözalması tam yerində olmadığına görə göz dibinə təsir edib ambliopiya verə bilər. Ona görə çəplik mütləq körpə yaşlarında həll olunmalıdır ki, ağır görmə pozulmasına gətirib çıxarmasın. Hazırda Azərbaycanda körpələr üzərində uğurlu çəpgözlüyün korreksiyası əməliyyatları icra olunur.
Ambliopiyanın müalicəsi - yalnız eynək korreksiyasıdır. Yəni çalışmaq lazımdır ki, göz dibi yatmasın. Bu da 3 yaşına kimi həll olunmalıdır. Göz dibi yatdısa, 18 yaşdan sonra lazer əməliyyatı, torlu qişa əməliyyatları kömək etmir. Yalnız göz dibi işlək vəziyyətdə olan uşaq eksimer lazer əməliyyatı ilə eynəkdən azadolunur.
Təəssüf ki, ambliopiya diaqnozunuson vaxtlar çox qoyuruq. Çünki uşaqlar arasında ümumilikdə göz xəstəlikləri çox yayılıb.
Normal gözdə ambliopiya olması mümkün deyil. Uşaqların göz problemləri bətndaxili inkişafdan başlayır. Artıq bətndə ikən buynuz qişanın inkişafı düzgün getmir. Buynuz qişa ya həddən artıq nazik, ya həddən artıq qalın olursa, onun şüasındırma qabiliyyəti qüsurlu olur.Bunu da müasir dövrdə qida, genetika, ekoloji, xarici faktorlar, bəzənsə telefon, elektromaqnit şüaları da əlaqələndirirlər. Ona görə valideynlər düşünməsin ki, körpə uşaqdır gözündə nə olacaq və ya əvvəl uşaqları göz həkiminə aparmırdılar. Məndə yoxdur, nəsildə yoxdur, uşaqda da olmaz. Artıq belə düşüncələr özünü doğrultmur. Hazırda müasir aparatlar ən xırda qüsurları belə vaxtında aşkar edir. Sadəcə bu işdə yubanmaq olmaz. 6 yaşa kimi ambliopiyanın müalicəsi aparılmalıdır.
Təcrübəmdə çox olub ki, gecikmiş formada gətiriblər. Bizim klinikada plioptika məşqləri proseduru var. Aparat vasitəsilə əvvəlcə görmə itiliyini artırmağa, ondan sonra korreksiya verməyə çalışırıq. Əgəreynəyə müsbət cavab verirsə, bu, çox yaxşıdır. Bioloji tənzimləyici preparatlardan xüsusi preparatlar var ki, tərkibində heyvanın görmə toxumasından alınmış maddələrdir ki, göz dibini stimulyasiya edir. Gözün özünü müdafiə sistemini işə salır.Ağır dərəcəli ambliopiyada müalicəçox çətindir. Bəzən olur ki, ümumiyyətlə korreksiya vermək olmur. Tamam yatmış göz dibini oyatmaq mümkün olmur və göz kor olur".
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 974
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri