Cəhrayi və mavi yaxud fərqləndirici rənglər

Müəllif: Sweet Candy
Şərhlər: 4
Baxılıb: 1 547
Səs ver:
(səs: 0)
Oğlanlara mavi, qızlara isə müvafiq olaraq, çəhrayı paltar geyindirmək ənənəsi hamıya məlumdur. Bəs bu fərqləndirici rənglər haradan gəlir və ümumiyyətlə, nə üçün lazımdır - bunu bilən yoxdur. Bəlkə nə vaxtsa hər şey tam əksinə olmuşdur? Ancaq hamısını növbə ilə və əgər hər şeyin nədən başlaması sizə də maraqlıdırsa, gəlin birlikdə araşdıraq.

XVIII əsrə qədər Rusiyada da Avropada olduğu kimi, körpələrə cinsindən asılı olmayaraq, ağ uzun paltar geyindirərdilər. Ancaq 1797-ci ildə I Pavel imperator ailəsindən ola körpələrlə bağlı fərman vermişdir. Bu fərmana görə, bütün yeni doğulmuş knyaz və knyaginyalar, qraf və qrafinyalar Rusiya ordenlərinin ali dərəcəli kavalerləri olurdular, yəni oğlanlar Müqəddəs Apostol Andrey Pervozdannı, qızlar isə Müqəddəs Velikomuçenitsa Yekaterina ordeninə mənsub edilirdilər. Bu mükafatlar «muar» adlanan lentlərə bərkidilirdi. Bunlar qızlar üçün çəhrayı, oğlanlar üçün mavi olurdu. Əlbəttə, həmişə zadəganları təqlid etməyə çalışan tacir ailələri bu ənənəni də mənimsəmişdilər. Təbii ki, onların körpələrinin ordenləri yox idi, ancaq körpələrinin bələklərini müvafiq rəngli lentlərlə bağlaya bilirdilər. Rusiyada indi də uşaqların bələklərini mavi və ya çəhrayı lentlərlə bağlayırlar.

Uşağa başdan-ayağa mavi və ya çəhrayı rəngli paltarlar geyindirmək, uşaq otağını bu rənglərlə bəzəmək ənənəsi isə daha sonralar, XX əsrdə yaranmışdır. Həm də çəhrayı rəng oğlanların da paltarlarında yer alırdı, mavi və çəhrayı rənglərin bütün çalarları isə qızların qarderobunu bəzəyirdi. Bu onunla bağlı idi ki, çəhrayı rəng aqressiv və qıcıqlandırıcı qırmızı rəngi sakitləşdirən çalar, göy və mavi isə qadına layiq və zərif rənglər hesab edilirdi, buna görə də daha çox qızlar üçün nəzərdə tutulurdu. Bu ənənə Qərb və Avropa üçün xarakterik idi və ötən əsrin 50-ci illərinə kimi davam etmişdir. Ancaq əks istiqamətə doğru dəyişikliklər dərhal və sabit baş verməmiş, onilliklərlə davam etmişdir.

Çəhrayı rəng, ümumiyyətlə, çevrilişlərə uğramışdır. Bu rəng tədricən qadın zərifliyi rəmzinə çevrilmiş, bu xüsusiyyəti yavaş-yavaş mavi rəngdən ala bilmişdir və buna görə də hər hansı bir kişi və ya oğlan geyimində daha az görünməyə başlamışdır. Qeyd etmək lazımdır ki, XX əsrin 70-80-ci illərində, Qərbdə və Avropada aktiv feminizm hərəkatı dövründə feminizmə meyilli valideynlərin qızlarının geyimlərində çəhrayı rəng o qədər də xoş qəbul edilmirdi. Nəhayət, 90-cı illər - kukla Barbinin məşhurluğunun artdığı dövr gəlib çatdı. Zərif və hava kimi yüngül, çəhrayı halələrə bürünmüş Barbi bütün dünyada milyonlarla qızın əsl çəhrayı arzusuna çevrildi. Beləliklə, çəhrayı rəng artıq birmənalı şəkildə zəriflik və qadınlıq rəmzinə çevrildi.

Ümumiyyətlə, uşaq paltarlarında rəng fərqləndirmələri təqribən 1985-ci ildə, moda sənayesində, ümumi razılığa görə, rəngləri uşağın cinsinə görə konkret fərqləndirmək ideyası ilə yaranmışdır. Buna görə müasir dövrümüzdə bizdə də uşağın cinsini göstərən rəng fərqləndirmələri fikri formalaşmışdır.

Ancaq bütün dünya alimləri çoxdan belə bir qənaətə gəlmişlər ki, prinsip etibari ilə, uşaqlar özləri müxtəlif rənglərə üstünlük verirlər, çünki onlar da böyüklər kimi, hər bir şeydə rəngarəngliyi xoşlayırlar.

Müasir dünyada belə gender fərqləndirmələrinin hələ də mövcud olmasına baxmayaraq, buna əvvəlki kimi güclü və fanatikcəsinə əməl edilmir. Uşaq geyimləri dizaynerləri bu gün uşaq geyimlərini daha çox müxtəlif rəngli gül printləri ilə bəzəməyə çalışırlar ki, bu da həm böyüklərə, həm uşaqlara xoş gəlir.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 547
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri