Uşaqlara hər gün verilməli olan suallar

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 2 926
Səs ver:
(səs: 0)
Valideynlərin hər gün uşaqlarına soruşması gərəkən üç sualı sizlər üçün yığdıq. Elə uşaq da soruşmağı diqqətsizlik etməmək lazım olan 3 sual.

Qadinla.com xəbər verirki xüsusilə də çalışan bəzi ana və ataların uşaqları ilə bağlı etdikləri ən böyük səhv, kifayət qədər maraq və dəyəri onlara göstərməmələridir. Uşağı güclü və sağlam rabitənin olmasını istəyən valideynlər, ən az 2 saatını uşağı üçün ayırmalı və onlara bəzi suallar verməlidir. Bu sualların verilməsi uşaqların özlərini danışması və xəyal güclərini inkişaf etdirmələri üçün olduqca əhəmiyyətlidir. Bəs, bu suallar nələr? Məhz o suallar.

1- HAZIRDA NƏ ETMƏK İSTƏYİRSƏN?

Hər bir valideyn uşağı üçün ən yaxşısını özünün bildiyini düşünür. Əsasən də doğrudur, amma bəzən onların yerinə qərar verərkən onların da fikirlərini öyrənməkdə fayda var. Bunun üçün hər hansı bir hadisə və ya vəziyyət qarşısında əvvəl uşağınızın nə etmək istədiyini öyrənməlisiniz.

2- KÖMƏK ETMƏYİMƏ LÜZUM VARMI?

Xüsusilə də məktəb dövründəki uşaqlarda tətbiq edilən əsas üsul, uşağın öz özünə öyrənməsini təmin etməkdir. Ancaq, bəzi analar uşağının daha hadisəni dərk etməsinə icazə vermədən müdaxilə etməyə çalışır. Bu da olmaması lazım olan mövqelərin başında gəlir. Siz valideyni olaraq ilk əvvəl yardıma ehtiyacı olub olmadığını öyrənməlisiniz. Əgər uşağınız o işi təkbaşına edə biləcək qabiliyyətdə isə müdaxilə etməmək daha doğru olacaqdır.

3- YENİ YOLDAŞIN HAQQINDA NƏ DÜŞÜNÜRSƏN?

Məktəbin ilk günündə uşağınız yeni biri ilə tanış olduğu zaman, onun haqqındakı fikirləri öyrənməlisiniz. O adamla bağlı nələr hiss etdiyini öyrənmək, həm onu daha yaxşı tanımaq, həm də onun hisslərini ifadə etməsini təmin etmək üçün mühüm bir addımdır.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 926
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri