20 yaşdan əvvəl uşaq doğmağın təhlükəsi

Şərhlər: 5
Baxılıb: 2 202
Səs ver:
(səs: 1)
Havayi Universiteti alimləri sübut ediblər ki, çox cavan yaşlarda ana olan qadınların orqanizmində qocalma prosesləri sürətlənir.

Alimlər bunu müxtəlif ölkələrdən olan 1000 qadının həyat şəraiti və sağlamlığını analiz etdikdən sonra aşkar ediblər.

Alimlərin müşahidələrinə görə 20 yaşdan əvvəl ana olan qadınlarda erkən klimaksın riski 43% artır. Bundan əlavə belə qadınlar müxtəlif səbəblərə görə (qanaxma, uşaqlıq xəstəlikləri və s.) daha tez-tez uşaqlığın xaric edilməsi (histerektomiya) əməliyyatına məruz qalır.

Uşaq vaxtı keçirilmiş güclü stress və psixoloji travmalar da qadınlarda erkən menopauzanın riskini artırır.

Kasıb ölkələrdə yaşayan qadınlarda menopauza orta hesabla 45 yaşıda, daha inkişaf etmiş ölkələrdə isə 10 il daha gec inkişaf edir.

Nəzərinizə çatdıraq ki, erkən klimaks qadının sağlamlığına ciddi ziyan vurur, onun həyatını qısaldır.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 202
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri