Uşaq bezləri - rahatlıq, ya sağlamlıq?

Şərhlər: 3
Baxılıb: 1 713
Səs ver:
(səs: 0)
Əvvəllər uşaqlar üçün hazır bezlərdən istifadə edilmirdi. Analar sadəcə, uşaqları bələyəndə onların altına parçadan "bez" qoyardılar.

Artıq 10 ildən artıq bir müddətdir ki, hazır uşaq bezlərindən istifadə edilməyə başlayıb. Hətta uşaq bezi ailələrin büdcəsinə təsir baxımından mühüm yer tutur. Lakin uşaq bezləri barəsində fikirlər birmənalı deyil. Bəziləri düşünürlər ki, bezlər uşaqlar üçün rahatlıq və bir çox müsbət halları özündə cəmləşdirir.

Bəzilərinin fikrinə görə, bezlər artıq gigiyena, təmizlik vasitəsinə çevrilib. Onlar elə hazırlanır ki, tərkibindəki xüsusi maddələr ifrazatı çəkir, uşağın dərisinə dəyən hissə quru qalır. Beləliklə bezlər uşağın dərisini nəmişlikdən, nəmişlik nəticəsində yaranan müxtəlif xəstəliklərdən qoruyur.
Qeyd olunur ki, illər keçdikcə bez istehsalçıları məqsədə nail oldular, istədikləri keyfiyyəti aldılar. İndi bezlər daha nazik və daha "havalı" materiallardan hazırlanır, tərkibinə dəriyə xeyirli maddələr vurulur, bezlərin çəkisi günü-gündən azalır (bir bezin çəkisi orta hesabla 50 q-dır.) Aparılan araşdırmalar göstərib ki, bezlərin mikroiqlimi uşağın dərisi üçün faydalıdır və ilk bezlər kimi "parnik effekti" yaratmır, odur ki, oğlan uşaqlarına ziyan edə bilməz.

Mütəxəssislər bezləri hər 3 saatdan bir dəyişməyi məsləhət görürlər. Bezlər körpənin çəkisinə uyğun seçilməli, hər bez dəyişdirildikdə körpə 10-15 dəqiqə hava vannası qəbul etməlidir. Körpəniz sərbəst oturmağa başladıqda isə bezlərdən istifadəni məhdudlaşdırın. Onlardan yalnız gecələr və gəzintiyə çıxarkən istifadə edilməlidir.

Həkim-pediatr Aytən Muradova bildirdi ki, hazır uşaq bezləri anaların işinə rahatçılıq gətirməsi baxımından xeyirlidir: "Uşaq bezlərini tez-tez dəyişmə dərinin quru qalmasına səbəb olar və körpədə yarana biləcək bişməcələrin qaşısını alar", - deyə ekspert qeyd etdi.

Bəziləri isə düşünürlər ki, hazır bezlərin ciddi ziyanları vardır. Körpənin hərarəti yüksəkdirsə, bu zaman dərhal bezi çıxarmaq lazımdır. Çünki "istixana" effekti yaradan bezlər istiliyin bədəndən çıxmasını ləngidir və eyni zamanda hərarəti salan həblərin də təsirini azaldır. Birdəfəlik bezlərdən körpənin qarın problemləri olduqda da istifadəsi təxirə salınmalıdır. Qarın işləmələrində bezlər körpənin dərisini qıçıqlandıra və qaşınmaya səbəb ola bilər. Həssas dərili uşaqlar bezlərdən istifadə zamanı bir sıra dəri problemləri ilə üzləşirlər.

Məhz bu səbəbdən analara bezlərdən istifadə edərkən olduqca diqqətli olmaq tövsiyə olunur. Bu cür problemlərlə üzləşən analar təmiz yuyulub, ütülənmiş mələfələrdən bez əvəzi istifadə edə bilərlər.

Ekspert Aytən Muradova da mövzunu şərhləndirərkən hazır uşaq bezlərinin fəsadlarından danışıb: "Mən pediatr kimi uşaq bezlərindən istifadəni məsləhət görmürəm. Çünki bezlər mayeni özünə yüksək şəkildə hopduran müxtəlif kimyəvi maddələrdən hazırlanır. Bu da gələcəkdə hətta xərçəng xəstəliyinə kimi gətirib çıxara bilər. Oğlan uşaqlarında isə normalda cinsiyyət üzvlərinin temperaturu bədənin başqa hissələrinə nisbətdə daha aşağıdır. Bezlər isə həmin hissəni isti saxladığı üçün həmin orqanın normal inkişafını pozur və gələcəkdə sonsuzluq əmələ gələ bilir. Qız uşaqlarında isə bədən fiqurasını poza bilir. Ona görə heç olmazsa, 1 bədən böyük bez geyindirmək lazımdır. Bununla yanaşı, bezlər 3-4 saatdanbir dəyişdirilməlidir. Analar uşaqları 6-8 aylıqdan etibarən, uşaq oturmağa başlayandan sonra iradi sidik və defakasiya aktı ("böyük bayır") yaratmağı öyrətməlidirlər".
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 713
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri