Uşağı "soska"dan necə ayırmalı?

Şərhlər: 4
Baxılıb: 2 276
Səs ver:
(səs: 0)
Necə etmək lazımdır ki, uşaq soskadan qalmaqalsız, incimədən və göz yaşları olmadan imtina etsin?

Uyğun zaman seçin
Həyatın birinci ilində sorma refleksi - xüsusən süni qidalandırmaya aid olan uşaqlar üçün çox zəruri olan təbii fizioloji ehtiyacdır. Butulkadan yedizdirmə zamanı ağız əzələlərinə yük kifayət qədər möhkəm düşmür və belə olan halda soska dil və aşaqda çənənin əzələlərini hərəkətə gəlməsinə kömək edir.

Qadinla.com bildirirki ana südü ilə qidalanan uşaqlar çox nadir hallarda soskaya maraq göstərirlər, çünkü ana südü ilə qidalanan zaman sorma ehtiyaclarını ödəyirlər. Bir yaşdan sonra sorma refleksi tədricən azalmağa başlayır. Və soskadan imtina etmə zamanı gəlir. Mütəxəssislərin fikrincə, soskadan imtina zamanı 8-18 aydır. Bu yaşda istənilən uşaqda sorma refleksinin üstü çeynəmə refleksilə əvəz olunur. Bunun üçün fizioloji və psixoloji nöqteyi nəzərindən bu müddətdə uşağa soskadan imtina eləmə asan olacaqdır.

Sabaha saxlamayın
Soskadan ayırmaq üçün uyğun zaman axtarmaq lazım deyil: "sabah qonaqlar gələcək, qonaqları yola salaq sonra", "bir həftədən sonra uşağın babası ilə nənəsigilə gedəcəyik, birdən yolda ağlasa, yolda soskasız heç cür alınmaz, qayıdarıq sonra". Belə yanaşma ilə uyğun gün heç vaxt olmayacaq. Uşağın iki yaşı tamam olanda bütün süd dişlər kəsdiyi zaman artıq soskadan söhbət də gedə bilməz. Çünkü iki yaşdan yuxarı uşağa bu 96% düzgün olmayan dişləmək qaydasının formalaşması ilə təhlükəlidir.

Uşağın bir yaş yarımı tamam olana qədər onun soskaya böyük məhəbbəti zamanı, heç bir tədbir görmədən gözləmək olar. Amma bütün sosklalardan eləsini seçmək lazımdır ki, yemək qəbul etmənin formalaşmasına az təsirli olsun. Soska ilə vidalaşma zamanına yaxın isə onu mütəxəssislər tərəfindən xüsusən soskadan qurtulmaq üçün inkişaf etdirilən selikonlu plastinka ilə əvəz etmək olar. Belə plastinkalarla uşaqlar adətən bir həftəyə soskadan uzaqlaşırlar. Bundan başqa, stomatoloqla məsləhətləşmədən sonra bu plastinka düzgün qaydada dişləmənin pozulmasını düzəldən "dərman" kimi istifadə oluna bilər.

Qabaqlayıcı tədbirlər
Birdəfəlik soskadan imtina etmək üçün, onun istifadəsini minimuma endirmək lazımdır. Birincisi, heç vaxt onu görsənən yerdə saxlamaq lazım deyil, yalnız uşaq istəyəndə onu vermək lazımdır. İkincisi, soskanı özünüz uşağa təklif etməyin. Üçüncüsü, uşaq yatan kimi soskanı onun ağzından çıxartmaq.

Güc tətbiq etməməli
Psixoloqların fikrincə, 5 yaşına kimi uşaqlarda iradə yoxdur. Onun görə də onlar iradə ilə soskanı tərk edə bilmirlər. Bunun üçün "ağlayar və yaddan çıxardar" yanaşması acınacaqlı nəticələrə gətirə bilər və uşağın incə əsəb sistemi zərər çəkər. Bu, azmış kimi, bir vərdiş digəri ilə əvəz oluna bilər, misal üçün, barmaq sormaq ilə. Başa düşmək lazımdır ki, uşağın öyrəşdiyi soska onun üçün çox dəyərli şeydir. Heç kimin xoşuna gəlməz ki, ən çox dəyərli saydığı şeyi əlindən alalar.

Çalışın razılaşın
Əgər uşaq xasiyyətcə mehriban və paxıl deyilsə və aqressiv deyilsə və kitabdan müxtəlif heyvan personajlara mehriban hisləri varsa, valideynlər uşağı inandıra bilərlər ki, soskanı multfilmdən olan dovşana, yaxud kitabdan olan pişiyə hədiyyə etsin. Lakin uşağa başa salmaq lazımdır ki, hədiyyə geri götürülmür, buna görə də əgər soskanı verirsənsə, həmişəlik verirsən.

Turş və acı vasitələr
Hər uşaq öz soskasını kitabdan olan pişik yaxud dovşana hədiyyə eləməyə razılaşmayacaq. Buna görə də bəzi analar uşağı soskadan uzaqlaşdırmaq üçün limon və xardala əl atırlar. Belə vasitə ilə uşağı soskadan bir günə uzaqlaşdırmaq olar. Düzdür ki, əgər başqa heç bir şey ilə mümkün olmasa, yaxşı olar ki, belə üsul ən axırıncı vasitə olsun. Belə halda uşağa nə baş verdiyini izah etmək lazımdır. Məsələn, "sən soskanı istəyirsən? O xarab olub. Masanın üstündə uzun müddət qalan alma yadındadır? Soska da onun kimi turş və acı olub. İstəyirsən özün yoxla". Təbii ki, uşaq turş və acı soskanı sovurmayacaq. İzahlara inanacaq və soskanı daha istəməyəcək. Bu, o vaxt baş tutar ki, uşaq yaş yarımdan böyük olsun. Səkkiz aylıq uşaq isə tərsinə, başa düşməyəcək ki, onun sevimlisi ilə nə baş verib və çox möhkəm nigarançılıq çəkəcək.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 276
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri