Yeniyetməlik dövründəki uşağa boşanma qərarını necə deməli?

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 133
Paylaş:
Səs ver:
(səs: 0)
Boşanma qərarının yeniyetməlik dövründəki uşaqlara necə açıqlana biləcəyini sizin üçün araşdırdıq.

Boşanma mərhələsi həm yetkin insanlar, həm də uşaqlar üçün asan deyil. Streslə dolu olan boşanma cütlüklərin həyatında yeni bir yol çəkməsi ilə yanaşı, uşaqların da sosial və mənəvi həyatında vacib rola malikdir.


Bəs uşaqlar yeniyetməlik dövründədirsə? İlkin yeniyetməlik dövründə, yəni 9-12 yaş aralığında uşaqlar bir çox yeni sosial və zehni qabiliyyətlər qazanır. Bu dövrdə həyatdakı ən vacib insanlar həmcinsləri olur. Qarşı cinsə maraq hələ yeni başlayır. Dəyişən bədən formasının da təsiri ilə güzgü qarşısında uzun vaxt keçirir, özləri ilə bağlı xəyal və düşüncələrə sahib olurlar. Yeniyetməlik dövrünün xüsusiyyətləri uşaqların ana atalarının boşanma qərarına verdiyi reaksiyanı əslində bir qədər yüngülləşdirir. Çünki bu dövrdə onlar üçün maraqlı olan şey özləri və həmyaşıdlarıdır.

Bəs boşanma qərarını necə açıqlamalı?
- Xüsusilə bu yaşlarda uşaqların imtahan dövrü başlayır. Buna görə də evdə psixoloji gərginliyin olmaması vacindir. Boşanma ilə bağlı açıqlamalar məktəb qurtardıqdan sonra, yay aylarında edilməlidir.

- Həyat yoldaşınız ilə ortaq bir danışıq tərzi müəyyənləşdirməli və vəziyyəti övladınıza açıqlamalısınız.

- Boşanma qərarı ən sadə sözlər ilə və konkret misallarla açıqlanmalıdır. Onun böyüdüyünü düşünərək çox xırdalıqlara getməməlisiniz.

- Söhbət əsnasında ata ilə ana eyni qədər danışmalıdır. Əks halda uşaq onlardan birinin tərk edildiyini düşünə bilər.

- Onunla bağlı qərarların yenə ata-ana olaraq sizin tərəfinizdən alınacağını ona bildirməlisiniz.

- Bu söhbətdən ən çox 1-2 həftə sonra evlərin ayırılması idealdır. Bu müddətdə uşaq cavab axtardığı suallarını da sizə vermək fürsəti tapa bilər.

- Yaşlarına görə çox reaksiyasız ola və ya həddindən artıq reaksiya verə bilərlər.

- Sizin üçün çətin olsa da yorğun, melanxolik olmamağa, ağlamamağa və həyat yoldaşınız haqqında mənfi danışmamağa çalışın.

loading...
Загрузка...
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 133
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Online
Cema_Axodova
Hec bir yawda uwaq qebul etmeZ bunu
9 yanvar 2019 18:21
2
p.s
Offline
vipbetul
Allah hec bir aileye bunu yasatmasin
9 yanvar 2019 16:19
1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri