Qusan körpəyə nə etməli?

Müəllif: Sweet Candy
Şərhlər: 5
Baxılıb: 2 569
Səs ver:
(səs: 0)
Körpələrdə və uşaqlarda tez-tez müşahidə olunan qusma bəzən önəmli xəstəliklər haqqında sizlərə xəbərdarlıq edə bilər. Ona görə də gəlin xəstəliklərə işarə olan qusmalarla inkişaf müddətində normal qəbul edilməsi lazım olan qusmaları ayırmağınıza kömək edəcək ipucularını öyrənək

Qusma növlərini necə ayırmaq olar?
- Ana və atalar təcili müdaxilə tələb edən qusmaları ayırmağı bacarmalıdır. Qusmaları bir-birindən ayırmağı bacara bilməyənlərə körpənin sıxlıqla qusduğu ilk aylar olduqca çətin və stresli keçə bilər. Bu aylarda normal qusmaların yanında bir də xəstəliyə işarə edən və yardım tələb edən qusmalar ortaya çıxa bilər. Körpə qan şəklində qusursa və qusma ilə bərabər çiddətli bir qarın ağrısı varsa, qarın bölgəsində şişkinlik və yüksək hərarət varsa vaxt itirmədən təcili yardım edilməlidir

Qusmanın qarşısını necə almaq olar?

- Körpəni yedizdirdikdən sonra dərhal yatırmayıb mümkün olduğu qədər dik tutmaq qusmağın qarşısını önəmli dərəcədə alacaqdır. Körpənin lazımından çox doydurulması qusmağa səbəb olacağından həddindən artıq yedizdirilməməsi lazımdır. Onun əvəzinə, tez-tez amma az yedizdirmək daha çox xeyirli olacaqdır. Ağlayan zamanı əmizdirmək körpənin hava udmasına səbəb olacağından qusmanın qarşısını almaq üçün ağlaması bitmədən körpəni əmizdirməmək lazımdır.

Körpə qusursa nələrə diqqət etmək lazımdır?

- Körpələr yemək müddətində ağızlarında qalan qidanı sonradan çıxarda bilərlər. Bu qalıqlar qusma şəklində deyil, sızma şəklində meydana gəlir. Sızma şəklində yaranan bu qalıqlar körpə 1 yaşını tamam etmədən öz-özünə düzəlir. Normal bir qusmağı xəstəliyə işarə olan qusmadan ayıran ən vacib amillər qusmanın şiddəti, zamanı və miqdarıdır. Yemək borusu ilə mədə arasında olan qapaqçığın tam olaraq inkişaf etmədiyi yeni doğanlarda həddindən artıq verilən qidalar qusma yolu ilə bədəndən ifraz olunurlar. Bu cür qusmalar körpənin yaşı artdıqca aradan yox olacaqdır.

Fışqıraraq qusma xəstəlik əlaməti ola bilər mi?
- Yeni doğan körpələrdə ilk 48 saat müddətində müşahidə olunan şiddətli qusmalar həzm sistemi ilə bağlı bir xəstəliyə işarə edə bilər. Zorlanaraq qusan körpələrdə mədə bulantıları da görülür. Fışqıraraq qusma ümumilikdə zorlanaraq qusma ilə birlikdə ortaya çıxar. Həzm sistemi rahatsızlıqlarının yanında mədə darlığı da fışqıraraq qusmağa səbəb ola bilər.

Körpələrdə qusma Reflüks xəstəliyinin işarəsi ola bilərmi?

- Reflüks xəstəliyinin yetkin insanlarda görülən bir xəstəlik olduğu düşünülsə də əslində 1 yaşın altında olan uşaqlarda da sıxlıqla görülə bilər. Qidaların mədəyə keçməsini təmin edən qapaqcığın tam olaraq inkişaf etməməsi və körpələrin yatış mövqeyində qidalanmaları reflüksün böyüməsinə səbəb olur. Reflüks çox zaman bir xəstəlik olaraq qəbul edilmir və ümumiyyətlə, qusma xaricində bir rahatsızlıq da yaratmır. Ana südü ilə qidalanan körpələrdə reflüksün görülmə ehtimalı çox azdır. Bu səbəblə körpə mümkün olduğu qədər ana südü ilə daimi amma az-az qidalanmalıdır. Əmziklə qidalanma körpənin hava udmasına səbəb olaraq reflüksü yarada biləcəyindən istifadə edilməməsi faydalı olar. Körpələr üçün qatı qidalardan istifadə edilməsi və dik oturması ilə əlamətlər aradan qalxa bilər. Körpələrin bir çoxu 1 yaşına çatdıqlarında reklüksü sovuşdura bilirlər. Həkim məsləhət bilmdiyi müddətdə körpəyə qusmasının qarçısını alan bir dərman verilməməlidir. Əsas olan qusmanın səbəbini ortadan qaldırmaqdır. Şiddətli qusma vəziyyətlərində tənəffüs yolu açıq olmaq şərtilə körpəni həkimə götürmək lazımdır.

Qusan körpələr hansı pozisiyada yatmalıdır?

-Bəzi valideynlər körpənin qusmağı ilə boğulması təhlükəsi üzündən körpələrini arxası üstə yatızdırmırlar. Belə düşünən ana və atalar uşaqlarını üz üstə yatızdırmağı üstün tuturlar. Lakin faktdır ki, arxa üstə yatış pozisiyasında körpənin qusaraq boğulma riski olduqca azdır və üz üstə yatış pozisiyasında ani körpə ölümləri sindromu riski daha çoxdur. Körpələr gün ərzində diqqət edərək üz üstə yatızdırıla bilər, başları və bədəni fəqrli yönlərə çevrilə bilər. Lakin yuxu saatlarında pozisiya olaraq arxa üstə etmək məsləhət görülür. Yetkinlərlə müqayisədə daha müdafiəsiz olan körpələr qusmaqlarını, ana südünü ya da suyu tez uda bilər və öskürərək geri itə bilərlər. Bu səbəbdən valideynlər körpələrinin qusaraq boğulmaları mövzusunda böyük narahatlıq yaşaya bilərlər. Körpələrin ilk 3-4 aylıq dövrlərində qusmaqları ilə boğulma riski ola bilər. Ancaq bu risk, 3-cü aydan başlayaraq azalır. Mütəxəssislər bu riski ilk 3 ayda ən aşağı səviyyəyə endirmək üçün valideynlərə uşaqlarını arxa üstə və yan pozisiyasında yatızdırmalarını məsləhət görürlər.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 569
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri