Uşağın oyun oynamağının faydaları

Müəllif: Sweet Candy
Şərhlər: 4
Baxılıb: 436
Səs ver:
(səs: 0)
Günəş parlayar, su axar, ağac budaqları küləkdə yellənir, uşaq oyun oynayar. Oyun oynamaq uşağın təbiətində vardır. Uşaq oyun oynayaraq içində yaşadığı dünyanı tanıyıb həyatının bir hissəsinə nəzarət etməyi öyrənir. Hətta uşaq oynayaraq, necə öyrəniləcəyini öyrənir.

Oyun ümumilikdə uşağa bunları təmin edir:
Öyrənmə bacarıqlarını inkişaf etdirir.
Yaradıcılıq və xəyal gücünü inkişaf etdirərək uşağın tutumunu artırır.
Digər insanlarla münasibətlərini sevgi və nəzakət üzərində qurur.
Sevinc verir.
Öz-özünə yetərli bir öyrənmə prosesi yaşamasını təmin edir.
Uşağın həyatla, özünəməxsus öyrənmə zövqü və sevincilə əlaqə qurmasına yardımçı olur.
Dünyaya güvənməyi öyrədir.

Bu baxımdan oyun, uşağın ətrafındakılarla ünsiyyətini asanlaşdıran bir vasitədir.

Uşaqların yaşlarına görə oyun oynama tərz və mövqelərində fərqlər görünür. Həyatın ilk illərində uşaqlar adətən tək başına oynayırlar. Sonra digər uşaqlarla yanaşı gəlsələr də, hər kəs öz oyunu ilə maraqlanır. Daha sonralar bir-birindən oyuncaq mübadiləsi aparmağa, bir-birinin hərəkətlərini izləməyə başlayırlar.Son mərhələdə isə kütləvi şəkildə hərəkət edib müəyyən bir nəticəyə gəlməyi hədəfləyən və əməkdaşlıq tələb edən oyunlar oynamağa başlayırlar.

Yeniyetmələrin dostları bir araya gəlib söhbət etməsi necə onları sakitləşdirirsə bir uşağın da tək başına və ya yoldaşları ilə oyun oynaması onun rahat hiss etməsini təmin edir. Uşaq oyun vasitəsilə bir çox sosial rolda özünü sınaya bilər.Bir sözlə uşağın oyuna ehtiyacı var. Uşaqlar oyundan məhrum etdirməyin. Məktəb çağı uşağı üçün də eynisi keçərlidir. Ancaq uşaq əyləncə və məsuliyyətləri arasında tarazlıq yaratmalıdır. Bu tarazlığın yaradılması isə uşaqlıqdan etibarən nizamlı, sevgi dolu bir məna və uşağın başa düşəcəyi dəqiq sərhədlər içində böyümüş olmaqla təmin edilə bilər.

(səs: 0)
Şərhlər: 4
Baxılıb: 436
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
❤Ə❤CANAN❤G❤
Menden Qizimla oyuncaqlari tokub oynayir..Heyvanlarin adlarini deyirem..Oda mene baxor deyir.Duzdur tam demir oz aleminde demiskimi olur.
En coxda qayanan Oynayir. Qizimla..Rengli oyuncaxlar usaglar ucun yaxsidir...
13 fevral 2019 22:29
4
canan qizim sirin seker qizim.
Offline
Ahu
Oyun ümumilikdə uşağa bunları təmin edir: 
Öyrənmə bacarıqlarını inkişaf etdirir.
Yaradıcılıq və xəyal gücünü inkişaf etdirərək uşağın tutumunu artırır.
Digər insanlarla münasibətlərini sevgi və nəzakət üzərində qurur.
Sevinc verir.
Öz-özünə yetərli bir öyrənmə prosesi yaşamasını təmin edir.

Uşağın həyatla, özünəməxsus öyrənmə zövqü və sevincilə əlaqə qurmasına yardımçı olur.
Dünyaya güvənməyi öyrədir.

-Ne gozel. Amma cox tessuf indi cox analar usagin eline telefonu,planseti verir. Oyuncaq evezine. Menim bir qonsum var ekiz usagi var. 1 qiz 1 oglan. 2 yasinda. Usaqlari hec bir oyuncaqla,sirniyyatla sevindire,teccublendire bilmezsen. Butun gun ellerinde telefon. Dava edirler telefona gore. Vermesende ele aglayirlarki, sakitlesmirler.
13 fevral 2019 20:39
3
Offline
Love Angel
Oyun oynamaq uşağın başını qatır, onu eylendirir. Tesekkurler.
13 fevral 2019 16:18
2
'- Kitab ol, hamıya açılma,
Qoy ancaq səni anlayanlar oxusun....!'
Offline
vipbetul
valideyinlercin maraqli mnelumatdir
13 fevral 2019 16:07
1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri