Uşaqlarınız üçün mətbəxdə diqqət edilməsi lazım olan 10 şey

Müəllif: Sweet Candy
Şərhlər: 6
Baxılıb: 2 615
Səs ver:
(səs: 1)
Mətbəxlər uşaqları müxtəlif ölçülərdə ölçüsünə görə cəlb edirlər. 0-6 yaş arası uşaqlar üçün ən böyük təhlükə evinizin mətbəxidir. Qaynar su, qida, yemək sobaları, elektrik texnikası uşaqlar üçün təhlükəlidir.

Uşaqlar böyüdükcə, hər şeyi araşdırmaq və əllərinin çatdıqları hər hansı bir şeyi anındaca almağa cəhd göstərirlər.

Uşaqlarınızı mətbəxin təhlükələrindən qorumaq üçün lazım olan 10 şey:
1.Mətbəxinizdə istifadə etdiyiniz təmizləyici məhsulları onların əli çata bilmiyəcəyi bir yerə yerləşdirin.Təmizləyici məhsulları heç bir zaman içi boşaldılmış soda şüşəsinə və ya bir qida paketinə qoymayın.
2. Ocaq üzərində yemək hazırlayarkən və hazırladıqdan sonra qazanı və ya tavanı arxa gözlərə qoyun, sapının da içə dönük olduğundan əmin olun.
3. Övladınızın sobanın düymələri ilə oynamasına icazə verməyin.
4. Stəkanlara və ya boşqablara qoyduğunuz isti qidaları stolun üstünə qoyarkən uşaqların əli çata bilməyəcəyi bir şəkildə qoyun.
5. Elektrikli çörək toasteri, məkan robotu kimi alətlərin fişlərini prizdən çəkin.
6. Çox cilalanmış səthlərdən sürüşkən xalçalardan çəkinin.Tökülən şeyləri dərhal təmizləyin.
7. Uşaqların çəkə biləcəyi uzun stol süfrələrini istifadə etməyin.
8. Çöp qutusu uşaqlar üçün maraqlı olan bir yerdir. İçindəki kəskin əşyalar, Zəhərli toksik maddələr uşaq üçün təhlükəli ola bilər və xüsusi təhlükəsizlik kilidləri olan hissələrdə saxlayın.
9. Texniki vasitələri qoyduğunuz yer, mətbəx mebellərinin qapaqları, soba və soyuducu qapılarına xüsusi uşaq təhlükəsizlik kilidləri əlavə edin.
10. Dərmanların uşaqlara çata bilməyəcəyi bir yerdə olduğundan əmin olun.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 615
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri