Övladınıza yuxu vərdişi qazandırmaq üçün 15 tövsiyyə

Müəllif: Sweet Candy
Şərhlər: 7
Baxılıb: 2 066
Səs ver:
(səs: 1)
Uşağınız çox az yatır? Uşağınıza yuxu vərdişi qazandıra bilərsiniz.Körpənizin bəslənmə nizamı və vərdişləri, yuxu rejiminə də birbaşa təsir etdiyindən; Qarnı tox, rahat yatacaq, ancaq ac qalanda yuxuya getməkdə və yuxunu davam etdirməkdə problemlər yaşayacaq.Bəs, bu nizamı təmin edirik?
İlk uşaqlıq dövründə, süd verən anaya da asan olmağı məqsədilə uşağın, ananın yanında, ancaq ayrı bir yerdə (beşik, çarpayı və s). yatmağı seçim edilə bilər. Bu vəziyyət, körpənizin hər qarnı aclıq keçirəndə, qaz sancısı çəkəndə, ya da onu narahat edən hər hansı bir vəziyyət olduğunda, asanlıqla səsini eşidəsiniz və müdaxilə etməyinizi asanlaşdırır.

İndi isə övladınızın nizamlı yuxu yatmağı üçün 15 tövsiyyəmizi nəzərdən keçirdin.
1.Yatmazdan əvvəl hərəkətli fəaliyyətlər etdirin (körpələrə masaj, gimnastika kimi, uşaqlarla hərəkətli oyunlar oynamaq kimi).
2.Uşağınızı mümkün qədər eyni saatlarda yatırmağa diqqət edin.
3.Çimizdirməyi, yuxu saatından dərhal əvvəl edin.
4.Çox isti və ya soyuq mühitdə və lazım gəldiyindən daha artıq uşağınızı yatızdırmağa çalışmayın.
5.Görünüşünə görə, ya da isti tutduğu üçün üstünlük verilən qalın, narahat geyimləri geyindirməyin.
6.Hər gün yatağında yatmasını, yatağının yuxu sahəsi olduğunu başa düşməsini təmin edin. Bu dövrdə səbirli olmağa diqqət göstərin.
7.Yuxuya getməmişdən əvvəl mütləq ehtiyaclarını qarşılayın (pampersini dəyişdirin, qarnını doyuzdurun, oyun oynayın).
8.Yatması üçün ayağınızla sallamayın.
9.Yuxu zamanı gəldiyində, yatmaq istəmirsə və ağlayırsa, onu tək başına yatağında buraxmayın.
10.Yatması üçün tamamilə səssiz və qaranlıq bir şərait yaratmağa çalışmayın.
11.Səslərə öyrəşdirin. Səslə yatmağa adət etməsi, gələcəkdə də daha rahat yuxu yatmasına yardımçı olacaq vərdişlər qazanmasını təmin edəcəkdir. Evin içindəki adi səslərlə yanaşı, onu yatdızdırdığınızda yüngül bir musiqi səsi açmağınız, mızıldanaraq mahnı söyləməyiniz və nağıl danışmağınız, körpənizin həm yuxuya gedişini asanlaşdıracaq, həm də gələcəkdə hər bir şəraitdə yuxuya gedə bilmə vərdişi qazanmasını təmin edəcəkdir.
12.Gecə oyanıb qoynunuza gəldiyində, onu yatağına apmağınız, lazım gələrsə bir müddət onun yanında oturaraq, yatacağı yerin, öz yatağı olduğunu təkrar xatırlatmaq lazımdır.
13.Gecə oyanıb, oyun oynamaq istəyən uşağınızı, yatağına yatımağınız və sakitcə yuxuya keçməsini gözləmək lazımdır.
14.Xüsusilə ilk uşaqlıqda mütləq körpənizin gecə-gündüz fərqini öyrənməsini təmin etməlisiniz.15.Sevdiyi oyuncağı yanına almasına icazə verə bilərsiniz.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 2 066
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri