Oyuncaq seçimi uşaqlar haqqında nələr deyir?

Müəllif: Barbaris
Şərhlər: 3
Baxılıb: 2 296
Səs ver:
(səs: 0)
Günümüzdə uşaqlarla bağlı məsələlərdən biri də oyuncaqların seçimidir. Belə ki, hazırda uşaqların oynaması üçün saysız-hesabsız oyuncaq növləri var. Texnika, texnologiya inkişaf etdikcə, bu say günü-gündən artır. Yaxın rəfiqəm, bu yaxınlarda övladı ilə oyuncaq mağazasına getdikləri zaman yaşadıqlarını mənimlə bölüşdü. O, qeyd edir ki, ən böyük problemi seçim edərkən yaşayıblar: “Uzun müddətdir ki, oğlum yeni oyuncaq istəyirdi. Həftəsonu qərara gəldik ki, birlikdə oyuncaq mağazasına gedib, ona yeni oyuncaq alaq. Əslində, düşünürdüm ki, oyuncaq almaq elə də uzun zaman almaz. Amma təəssüf ki, bir oyuncaq almaq planladığımızdan da çox çəkdi. Səbəb isə oğlumun seçimdə çətinlik çəkməsidir. Gah oyuncaq maşın götürür, gah müxtəlif rəngli toplara tərəf gedir, gah da böyük ayını seçir. Ən sonda ev tikmək üçün inşaat dəstini götürdük. Məsələ burasındadır ki, həmin oyuncaq dəstindən evdə çoxdur. Nəyə görəsə, məhz bu oyuncağı seçdi. Son vaxtlar müşahidə edirəm ki, tikməklə, qurub yaratmaqla bağlı oyuncaqlara daha çox maraq göstərir”.

Rəfiqəmin söhbəti zamanı məndə maraqlı bir sual yarandı: Görəsən, uşaqların oyuncaq seçimi onların şəxsi keyfiyyətləri, xarakterləri ilə bağlı ola bilərmi? Bu sualın cavabını mütəxəssislərlə söhbətdə tapmağa çalışdım.

Mütəxəssislər, uşaqların seçdikləri oyuncağın onların zəkası, maraq dairəsi və xarakterlərinin inkişafına təsir etdiyini deyirlər. Uşaqların oynadıqları əşyalar valideynlərə ciddi mesaj ötürür. Yaxşı olar ki, bu seçimlər zamanı uşaqlarını yaxşı müşahidə etsinlər. Araşdırmalara görə, oyuncaq topla oynayan uşaqların böyüdükləri zaman ya təşkilatçı, ya memar, yumşaq tüklü heyvan oyuncaqları seçənlər ictimaiyyətlə əlaqələr mütəxəssisi və ya psixoloq, uzaqdan pultla idarə edilən maşınlarla oynayanların inşaat və ya avtomatika mühəndisi, taxtadan olan oyuncaqlara və ya oyun xəmirinə maraq göstərənlərin isə rəssam, yaxud heykəltəraş olma ehtimalı yüksəkdir.

Türkiyəli psixoloq Ethem Kocabaş uşaqların fikir və düşüncələrini ifadə etmələrində oyuncaqların böyük rolu olduğunu bildirir: “Əslində, bunu anlamaq elə də çətin deyil. Oyuncaq seçimi uşaqların maraq dairəsinin hansı istiqamətdə inkişaf etdiyini, hazırda hansı fikir və düşüncədə olduğunu göstərir. Yaşa uyğun oyuncaq seçimi, uşağın zəka inkişafını sürətləndirir. Oyuncaq seçimi zamanı keyfiyyətinə də önəm vermək lazımdır”.

Valideynləri və ya qohumları tərəfindən çoxlu oyuncaq alınan uşaqda bir müddət sonra qane olmamaq və özündə olan onlarla oyuncağa baxmayaraq, qonşudakı uşaqlarda gördüyü oyuncaqlardan istəmək kimi bir xüsusiyyət formalaşa bilir. Buna görə də, alınacaq əşyaların miqdarını normada saxlayıb, uşağınıza yaş dövrlərinə uyğun olan oyuncaqlar almaq lazımdır
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 296
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri