Valideynlərin etdiyi səhvlər

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 599
Səs ver:
(səs: 0)
Bizdə uşağın tərbiyəsindən daha çox analar məsuliyyət daşıyır, ancaq çox şadam ki, artıq gənclərin çoxu bunun hər iki valideynin öhdəliyi olduğunu anlayırlar.

Valideynlər uşağın şəxsiyyət kimi formalaşmasında önəmli rol daşıyırlar. Bu səbəbdən də onlar davranışlarına və tərbiyə metodlarına xüsusi diqqət ayırmalıdırlar. Özüm valideyn olmasam da hər zaman valideynlərim tərəfindən gördüyüm sevgi məni daha yaxşı hiss etdirib və aşağıda qeyd etdiklərimin uşaqlar üçün önəmli olduğunu düşünürəm. Ümid edirəm ki, bütün uşaqların üzləri gülər və çox xoşbəxt olarlar! Əziz valideynlər, siz çox yaxşısınız, ancaq hər birinizə diləyim budur ki, uğurlu övlad yetişdirmək üçün yoldaşınızla əla komanda olasınız və bu yolda sizə uğurlar arzu edirəm!

Övladınız ilə daha çox vaxt keçirin!

Bəzən valideynlər elə düşünürlər ki, uşaqlara ehtiyacı olan hər şeyi verirlərsə onların başqa heç nəyə ehtiyacı olmur, ancaq bu düşündüyümüzdən daha fərqlidir. Uşaqlarınızı dinləyin, onlarla daha çox vaxt keçirin. Maddi ehtiyaclarından çox mənəvi ehtiyaclarını ödəməyə can atın. Bu təkcə analar üçün deyil, həm də atalar üçün keçərlidir. Bəzən atalar övladları ilə daha məsafəli olurlar, ancaq onları anlamaq və sevginizi göstərmək daha sağlam psixologiyaya sahib uşağa sahib olmağınız deməkdir. Valideyn sevgisini hiss edən uşaqların daha uğurlu olduğunu da qeyd etmək istərdim. Onları tez-tez qucaqlayın, əzizləyin.Heç zaman birinci uşağı siz buraxmayın. O sizdən lazım olan sevgini və enerjini aldıqdan sonra özü aralansın. Daxili sülh və rahatlıq üçün bu çox önəmlidir.

Övladınızın fikirlərini önəmsəyin!

Hər zaman nə etmək istədiyini soruşun. Dediyi bütün fikirləri qeydə alın. Hətta ilk sözündən qeydlərinizi aparmağı unutmayın. Onunla oyunlar oynayın. Fərqli, kreativ məşğuliyyətlər etməyə çalışın. Bu uşağın inkişafı üçün çox vacibdir. Onlara qarşı kobud olmayın. Çox ciddi olmağınız aranızda uçurumlara səbəb olacaq. Hər iki valideyn qeyd edilənlərə əməl etməlidir. Uşağınızın xoşbəxt olması hər iki valideynin öhdəliyidir.

Hər zaman övladınızın yanında olun!

Onların özəl günlərində hər zaman onlara dəstək olun. Onlar ilk dəfədir bunları yaşayırlar və əmin olun ki, sizin dəstəyinizə çox ehtiyacları var. Bayramları bərabər keçirin və bol-bol xatirələrlə bəzəyin həyatınızı.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 599
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 8421
Xəbər sayı: 279
Qeydiyyat: 26.01.2015
❤Nilay❤Canan❤
Yazilanlarda raziyam..
Sultanim demis.ele menimde sebrim yoxdur aglayan da qizim eseblesirem.Sebrim yoxdur.Allah axirimizi xeyr elesin Hele ne yasim var sebrim yoxdur..
.
27 mart 2019 23:25
6
canan qizim sirin seker qizim.
Şərh sayı: 6000
Xəbər sayı: 0
Qeydiyyat: 16.11.2017
Cema_Axodova
Uwaqlar sevgiye daha cox ehtiyac duyurlar
27 mart 2019 17:18
5
p.s
Şərh sayı: 4813
Xəbər sayı: 628
Qeydiyyat: 21.10.2013
ʚɞღ..Sultanım..ღʚɞ
Bütün gün mən olsamda qızımın yanında ancaq atası ilə daha gözəl vaxt keçirir deyə bilərəm.mənim səbrim,əsəblərim qalmıyıb bu günlərdə o qədər həssaslaşmışamki 1kəlmə söz belə əsəblərimə toxunur.(((
Bu üzdən qızımlada yaxşı davranmıram.sərt reaksiya verirəm. Bu özümdən aslı olmuyaraq baş verir:( Sora özümü çox pis hidd edirəm təbii ki niyə ona bu cür davrandım deyə.
Ama atası sağ olsun çox ilgi gödtərir qızımıza.onu sona qədər dinliyir,müxtəlif oyunlar oynuyurlar.baxmıyaraqki bütün gün işin stresi,yorğunluğu üstündə olur:)
27 mart 2019 17:07
4
❀✿❀ `- Məni məndən öyrən,Hər kəsə eyni deyiləm...❀✿❀
Şərh sayı: 72556
Xəbər sayı: 1
Qeydiyyat: 7.04.2012
vipbetul
valideyinler oxusun
27 mart 2019 16:30
3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Şərh sayı: 1093
Xəbər sayı: 110
Qeydiyyat: 31.12.2018
Gül.

Indi 98% valideynler bunlari etmir.
27 mart 2019 16:28
2
19
Şərh sayı: 228
Xəbər sayı: 0
Qeydiyyat: 2.07.2018
Gulperi
Yazilanlarla raziyam cox duz yazilib
27 mart 2019 16:15
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri