Uşaqlarda immuniteti dərmansız qaldırmağın 5 sirri – Aptekə qaçmayın

Şərhlər: 4
Baxılıb: 717
Səs ver:
(səs: 1)
Uşağın immunitetinin zəif olması həmişə valideynlərin kabusudur. Zəif immunitetli uşaq tez-tez xəstələnir, gec sağalır. İmmunitet artıran müxtəlif vitaminlər, tabletlər, ummunmodulyatorlar çox olsa da, həkimlər də etiraf edir ki, hələ ki, dünyada immuniteti qaldıran dərman yoxdur və bu tabletlərin heç biri immuniteti yerindən belə oynatmır.

Uşağın immuniteti elə qəliz bir sistemdir ki, o yalnız özünəməxsus proqramla işləyir və daha çox qidalanma ilə aktivləşir.

Uşağın immunitetini möhkəmləndirməyin 5 qısa və təbii yolunu təqdim edirik:

1.  Vitamin C çox olmalıdır
Əgər uşaqda Vitamin C azdırsa, o zaman immun sistem tez-tez çökəcək. Çünki məhz C vitamini ağ qan hüceyrələrinin sintezini artırır ki, onlar da mikrov və bakteriyalarla mübarizə aparır. Qanda vitamin C miqdarini analizlə təyin etmək olur. Amma bu bir qədər bahalı analizdir.

Uşaqda bu vitamini artırmaq üçün daim sitrus meyvələri- kivi, portağal, limon, manqo, mandarin, pomidor, alma, brokkoli vermək lazımdır. Eləcə də qış və yaz aylarında venadaxili Vitamin C inyeksiyası etmək olar. İnyeksiya üçün pediatrla məsləhətləşin ki, yaşa uyğun doza təyin etsin.

2.Vitamin E 
Uşaqlar üçün vacib olan bu vitamin mikrobları öldürən hüceyrələrə cavabdehdir. Bu vitamin mənbəyi zeytun, bitki yağı, müxtəlif tumlar, qəhvəyi düyü, yumurta, süd, kefir, müxtəlif tumlar, günəbaxandır. Uşağınıza bunları verirsizmi?

3.SİNK
Sink yaraların sağalması, selikli qişaların zədələnməsinə qarşı, infeksiyalarla mübarizə üçün lazımdır. Uşağın gündəlik qidasında mal əti, qaraciyər, yumurta sarısı, süd məhsulları, hinduşka ətindən heç olmasa biri olsun.Uşaqlar üçün sint tərkibli mineral əlavələr də satılır. 

4. Sarımsaq və zəncəfil
Hər ikisi viruslara qarşıdır. Bu ərzaqları birbaşa uşağa yedirtməyin. Şorbalara, yeməklərə, çaylara qatın içsin. Məsələn, qatığa sarımsaq əzib yedirtmək olar.

5.Exinesiya
Bu çox funksiyalı dərman bitkisi limfa sistemini təmiz saxlayır, nəticədə limfalar virus və mikrobları tez tutub məhv edir. 

Uşaqlara Exinesiyanı damcı-damcı verib alışdırın və bu cövhər həmişə əlinizin altında olsun.
(səs: 1)
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
SeLiN
Uşaqlar daha çox vitaminlərlə qidalanmalıdırlar .
5 may 2019 07:11
4
Offline
Love Angel
Uşaqlar daha çox vitaminlərlə qidalanmalıdırlar ki, immunitetləri artsın. Təşəkkürlər bacıs)
2 may 2019 20:28
3
القلوب التى تغسلها الدموع .. لا يتراكم عليها الصدأ
Offline
BARBI
Her biri faydali vitaminlerdi.Her birini gunde az miqdarda istifade edilmelidir
2 may 2019 10:41
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
vipbetul
maraqli melumatdir
2 may 2019 09:51
1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri