Musiqi möcüzəsi

Müəllif: Sweet Candy
Şərhlər: 6
Baxılıb: 2 011
Səs ver:
(səs: 0)
Musiqinin övladınız üçün xeyri haqqında fərqli fikirlər səslənir. Amma bir həqiqət bu fikirləri birləşdirir ki, bu və ya digər formada musiqi övladınızın inkişafında mühüm rol oynayır.

Ana bətnində artıq 35 həftəsindən başlayaraq dölün beyni və eşitmə sistemi müxtəlif səslər arasında fərqləndirəcək və yada saxlayacaq qədər inkişaf etmiş olur. İki aylıq körpələr qısa melodiyaları hətta xatırlaya bilirlər. Bu səbədən də övladlarıızın çox erkən yaşdan musiqi ilə təmasını təmin etmək mühümdür.

Nəsillərlə bizə ötürülmüş laylalar körpəniz üçün gözəl musiqi terapiyası ola bilər. Tədqiqatlar göstərir ki, kiçik yaşlılar sırf onlara yönəlmiş musiqini daha çox sevirlər. Buna səbəb isə bütün mədəniyyətlətdə laylaların ritmik, təkrar sözlərlə zəngin, sakit templi və sevgi dolu səslə ifa edilməsidir. Laylaların körpənizi sakitləşdirməsi və ağrılarını azaltması kimi xüsusiyyətləri də elmə məlumdur.

Musiqi beyində yeni yolar açdığı üçün daha böyük uşaqların musiqi alətində ifa etməyi öyrətməklə onların idraki inkişafına və yaradıcılıqlarına təkan vermiş olarsınız. Əgər özünüz musiqi alətində ifa etməyi bacarırsınızsa məşqlərinizi övladınızın yaxınlıqda olduğu vaxt keçirə bilərsiniz. Kiçilərinizlə birlikdə mahnıları oxuyun- bu onların musiqi yaddaşını inkişaf etdirəcək. Özünüz də yəqin hiss etmisiniz ki, uşaq ikən öyrəndiyiniz mahnıları hər yaşınızda asanlıqla xatırlaya bilirsiniz.

Hər hansı bir musiqi janrı üzərində dayanmayın; övladınızı müxtəlif növ musiqi ilə tanış edin. Zamanla onun zövqünü və istəklərini sezib, ona əsasən əylənə biləcəksiniz.

Övladlarınıza təklif etdiyiniz musiqilərlə ehtiyyatlı olun. Belə ki, aqressiv, bədbin, yüksək tonlu, gurultulu musiqilər kiçiklərinizdə neqativ emosiyalar yaradır və eyni zamanda eşitmə aparatının zədələnməsinə səbəb ola bilər.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 011
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri