Övladınızın ekranlı dostları

Müəllif: Sweet Candy
Şərhlər: 4
Baxılıb: 1 436
Səs ver:
(səs: 0)
Həyatımızın ayrılmaz bir hissəsinə çevrilmiş televiziya, kompüter, ağıllı telefonlar, planşetlər və digər ekranlı elektron cihazlar özünüz də bilmədən övladınız üçün tələyə çevrilə bilər. Müxtəlif yaşlı uşaqların ekran qarşısında keçirə biləcəkləri vaxtın miqdarı və tövsiyyə olunan məzmun fərqlidir. 2 yaşına qədər uşaqlar sadalanan cihazların ekranı qarşısında ümumiyyətlə vaxt keçirməməlidirlər 2-5 yaşlı uşaqlar 1, 5 dən yuxarı yaşlılar isə gün ərzində ən çox 2 saat vaxtını bu növ fəaliyyətə sərf edə bilərlər.

Ekran qarşısında keçirilən artıq vaxt uşaqlarda aqressiya, dərslərdə çətinliklər, yuxu pozğunluğu və sairə kimi fəsadlara səbəb ola bilər.

Həyatlarının ilk iki ilində TV proqramlar uşaqlar üçün heç bir məna kəsb etmir. Bu yaşda uşaqların görmə sistemi kifayət qədər kamil olmadığından ekranda göstərilənləri təhlil etmək onların beyinləri üçün çətin və lazımsız yükdür. Erkən yaşlarda övladlarınızın əsas öyrənmə kanalı real insanlarla və mühitlə ünsiyyətdir. Onları bu gözəl imkandan məhrum etməyin.

Əgər bu növ cihazlar yemək, yuxuya getmək üçün bir vasitəyə çevrilibsə, gələcəkdə böyük gümanla bu asıllıq formasını alacaq və övladlarınız öz elekton dostları ilə daha da ayrılmaz və dağıdıcı bağlar quracaqlar.

Sözsüz ki, gündəlik həyatımızı ekranlı cihazlar olmadan təsəvvür etmək çətindir. Yarada biləcəkləri problemlərlə yanaşı onların bir sıra faydalarından da davamlı olaraq yararlanırıq. “Olar” və “olmaz” arasında qızıl ortanı tapmaq üçün siz bütün ailəliklə bu vəsaitlərdən istifadə etiketi haqqında qaydaları razılaşdırmalısınız. Yuxarıda göstərilən vaxt məhdudiyyətindən başqa uşaq otaqlarının internet və televizordan təcrid tutulması tövsiyyə olunur. Onlardan istifadə üçün evdə ümumi sahə olmalıdır ki, burada valideynlər, yaxud digər böyüklər uşaqların izlədiyi və axtardığı film, proqram və məlumatlara nəzarət edə bilsinlər. Övladlarınızın ağıllı telefonlarından istifadəsini valideynlər üçün hazırlanmış xüsusi nəzarət proqramları vasitəsilə idarə etməniz tövsiyyə olunur. Onların sosial şəbəkələrdə fəaliyyət və davranışlarını da qarşılıqlı razılaşdırılmış şəkildə daimi nəzərdən keçirin.

Sonda unutmayın ki, övladınız üçün ən yaxşı nümunə siz özünüzsnüz. Bu səbəbdən ekranlı cihazlarla keçirdiyiniz vaxtınız və istifadə məqsədinizlə onlara örnək olmağınız şərtdir.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 436
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri