Ekranların işığı və ailənin sağlamlığı

Şərhlər: 5
Baxılıb: 1 721
Səs ver:
(səs: 0)
Elektrik lampalarının ixtirasına qədər insanlar həyatlarını günün işıqlı olan vaxtlarına görə uyğunlaşdırırdılar. Gün batandan sonra alaqaranlıq şəraitdə günlərini bitirərək, qalan işlərini sabahkı günün işıqlı vaxtlarına saxlayaraq yaşayırdılar. Harvard Tibb Məktəbi  apardığı araşdırmaların nəticəsinə görə insan bədəninin günbatandan sonra müxtəlif növ süni işıqlarda olması onun sağlamlığı üçün bir sıra ciddi problemlər yarada bilər. Ən çox alimləri narahat edən mavi işıqdır. Adətən müxtəlif növ ekran mənbələrindən-telefon, televizor, kompüter, planşetlər və s. xüsusən hava qaralandan sonra işıq saçan mavi şüalar ilk növbədə bədənin bioloji saatının tənzimlənməsinə mane olur. Nəticədə ən çox zərər çəkən əlbəttə ki, sağlam yuxu qabiliyyəti olur. Səbəb isə süni işıq mənbələrinin qaranlıq saatlarda bədəni yuxuya hazırlayan melatonin hormonunun ifrazına mane olmasıdır. Melatoninin normadan az olması isə  insanlarda təkcə yuxusuzluq problemi deyil, həmçinin xərçəng riskinin artmasına, qanda şəkərin səviyyəsinin artaraq diabet və piylənməyə zəmin yarada bilir. Harvard Tibb Məktəbinin Yuxu şöbəsinin yuxu üzrə mütəxəssisi Steven Lockey, qeyd edir ki, insanların son dövrlərdə az yatmaqlarının və yuxudan doymamaqlarının səbəbi məhz süni işıq mənbələri ilə təmasda olmasıdır. Bu isə insanlarda depressiyaya həssaslığı artırır, həmçinin ürək-damar xəstəliklərinə əsas verir.
Digər mənbələrdə qeyd edilir ki, ekran qarşısında çox vaxt keçirmək uşaqların təhsil müəssisələrində qavrama qabiliyyətinə də öz mənfi təsirini göstərir. Ekran saatlarının ifrat kəmiyyətdə olduğunu göstərən əlamətlərə aiddir: baş ağrıları, gözlərin yorğunluğu, gözlərdə quruluq hissi, gözlərin dumanlanması, gözlərin qızarması və qıcıqlanması, boyun, kürək və çiyinlərdə gərginlik və ağrılar.

Müxtəlif elmi-tibbi araşdırma mərkəzlərinə əsaslanaraq  www.businessinsider.com ekran işıqlarının insan sağlamlığına olan təsirini qeyd edir:

Yaddaşın zəifləməsiÖyrənmə qabilliyətinin zəifləməsiGözlərin sağlamlığının zəifləməsiNeyrotoksinlərin orqanizmdə toplanması nəticəsində yatmaq qabilliyətinin zəifləməsiDepressiya riskinin artmasıAclıq hissini nəzarət edən hormonda dəyişikliklərin baş verməsi ilə kökəlmə riskinin artmasıYuxu pozuntuları nəticəsində döş  və prostat xərçəng risklərinin artması

Süni işığın insana olan mənfi təsiri azaltmaq üçün yuxarıda sadalanan sağlamlıq risklərini azaltmaq mümkündür:

20-20-20 qaydası. Hər 20 dəqiqədən bir, 20 saniyəlik fasilə etmək, 20 ft (6 metr) uzaq məsafəyə baxmaq. Həmçinin ekranın sizdən qolunuzun uzunluğu qədər aralıda olması məsləhətdir.
Ekranların parlaqlıq səviyyəsini azaltmaq. Bu funksiya demək olar ki, bütün növ telefon, planşet və kompüterlərdə mövcuddur.
Alaqaranlığa üstünlük vermək. Axşam saatlarından otağın işığını zəiflətmək və ya “yumşaq” sarımtıl işıqlara üstünlük vermək məsləhətdir.
Hər hansı ekrandan oxuduğunuz mətnin ölçüsünü artırın. Bu gözə düşən yükün azalmasına səbəb olacaqdır.
Ekranlarda mavi işığı filtrasiya edən tətbiqlər yükləyib onlardan istidafə edin.

Yuxudan əvvəl ekranlardan yayınmaq. Yaşından asılı olmayaraq, hər bir insan yatmamışdan 1-2 saat öncə instənilən ekranlara baxmaqdan çəkinməlidir.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 721
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri