Uşağım niyə yerimir?

Müəllif: Love Angel
Şərhlər: 2
Baxılıb: 237
Səs ver:
(səs: 0)
Uşaqlar 12 ayından 18 ayına qədər yerimə öyrənməlidir. Lakin bəzi uşaqlar 18 ayını dolduğu halda yerimir. Bəs buna səbəb nədir?

İməkləmək

İməkləməyi sevən və sürətli olan uşaqlar istədikləri şeyi iməkləyərək daha rahat əldə etdikləri üçün gec yeriməyə başlaya bilir.

Artıq çəki

Yaşı və boyuna görə çəkisi artıq olan uşaqlar yeriməkdə çətinlik çəkdiyi üçün yeriməyə gec başlayırlar. Uşağa gərəyindən artıq yemək yedizdirməmək lazımdır. Artıq çəki təkcə uşağın yeriməsinə deyil, başqa fiziki davranışlarına da təsir edir.

Qoruyucu valideynlər

Uşağını həddindən artıq qoruyan və daima qucağında saxlayan valideynlərin uşaqları qorxuya düşdüyü üçün gec yeriməyə başlayırlar. Belə valideyn davranışı uşağı başqa inkişaf sahələrində də geridə qoyur

Motivasiya əskikliyi

Uşaqlar bacarıqlarını inkişaf etdirməsi üçün bir şeyləri əldə etməyə çaba göstərməlidirlər. Uşağa istədiyi əşyası gətirib önünə qoysanız, o zaman o hər şeyi asan əldə etdiyi üçün yeriməyə cəhd göstərməyəcəkdir.

Tibbi problemlər

Doğuşdan əvvəl, doğuş zamanı və sonrası əmələ gələn tibbi problemlər uşağın inkişafına təsir edə bilir. Əzələ xəstəlikləri, metabolik xəstəliklər, beyin iflici, infeksiya, prematür doğuş kimi səbəblər də uşaqların yeriməməsinə səbəb olur.

YERİMƏSİ ÜÇÜN NƏ ETMƏLİ?

Əgər tibbi problemlər yoxdursa, uşağınızın yeriməsi üçün aşağıdakıları tətbiq edə bilərsiniz. Uşağınızı yeriməyə təşviq etməlisiniz, əlindən tutaraq yeriməyə fürsət verin. Ayaq əzələlərini gücləndirmək üçün uşağı çılpaq ayaqda və ya sürüşməyən corablarda saxlamaq lazımdır. Qarşısına oyuncaq qoyun ki, yerimək üçün cəhd göstərsin. Bezi və paltarları çox sıx olmamalıdır, bu uşağın hərəkət azadlığını azaltdığı üçün yeriməsini əngəlləyir.

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 237
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Meleknur
Nazi 11 ayliginda bawladi hele de yixilir yeriyende
21 avqust 2019 22:08
2
Düşdüyündə ümidini, qalxdığında insanlığını itirmə!
Offline
diablo
Valideynlər üçün faydalı məlumatlardi.
21 avqust 2019 17:23
1
......

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri