Əmzik istifadəsi ilə bağlı nələri bilirik?

Müəllif: Love Angel
Şərhlər: 4
Baxılıb: 537
Səs ver:
(səs: 0)
Əmzik bir çox ana üçün uşaq ağladığında, narahat hiss etdiyində can qurtarandır. Ancaq istifadə edilən əmziyin uşağa olan ziyanları bitmək bilmir! Uşaqlar üçün bir müddətdən sonra asılılıq halına gələn əmzik onların ağız sağlamlığına və diş struktruna ziyan verə bilər. Bununla yanaşı, uşaq üçün çox faydalı və vacib olan ana südündən də uzaqlaşdıra bilər. Bəs əmziyi necə istifadə etməliyik ki, uşağımıza zərəri olmasın?

Barmaq əmən uşaqlar əmzik yeməlidir.

Hər bir uşaq həyat instiktləri ilə doğulur. Bu instiktlərdən biri də əmməkdir. Bu refleks uşağın qidalanması üçün çox önəmlidir və bəzi uşaqlarda çox zəif, bəzilərində isə qane edilməyəcək dərəcə çox güclü ola bilir. Bu instikt çox olan uşaqlar barmaqlarını əmməyə başlayırlar. Baş barmağının əmilməsinin qarşısını almaq üçün əmzik yaxşı bir alternativ ola bilər.

İlk ay əmzikdən istifadə etməyin!

Əmzik, ana ilə olan bağın düzgün qurulması üçün mümkün olan qədər istifadə edilməməlidir. Çünki əmzik ilə ananın döşü fərqli quruluşlara malikdir deyə, uşaq əmziyə öyrəşdikdən sonra ana südünü rədd edə bilər.

Diş çıxartmağa başladıqlarında kauçuk əmziklərdən istifadə edin.

Silikon əmziklər şəffaf və hamardır. Təmizlənməsi daha asan və yüksək temperatura dayanıqlıdır deyə rahat sterilizə edə bilirik. Kauçuk əmziklər isə dayanıqsızdır və asan sterilizə edilmir. (4 həftədən bir dəyişilməlidir) Kauçik əmziklər dişlərə daha dayanıqlı olur deyə, diş çıxartmağa başladığında onların istifadə edilməsi daha uyğun olur. Əmzik alarkən diqqət etməli olduğunuz şeylərdən biri də tərkibində bisfenol A maddəsinin olmamasıdır. Bütün əmziklər 2-3 ayda bir dəyişilməlidir. Əgər əmzik zədələnib və ya solğunlaşıbsa onu gecikdirmədən dəyişməlisiniz.

Uşağı sakitləşdirmək üçün əmzik vermək yerinə kürəyini masaj edin.

Əmzik uşaqlar üçün asılılıq yaradan bir şeydir. Asılığı təşviq edən davranışlardan uzaq qalmaq lazımdır. Uşaq hər narahat olduğunda əmzik vermək yerinə onun kürəyini astaca masaj edə bilərsiniz. Sakitləşdirici tonda sözlər və ya musiqi oxuyaraq da uşağın sakitləşməsini təmin edə bilərsiniz. Uşaq yatarkən əmzikdən əlavə yumşaq ədyal və ya yumuşaq oyuncaqlardan da istifadə edərək əmzik əvəzinə onlara öyrəşdirə bilərsiniz. Bu uşaqları əmzikdən kəsdikdən sonra yuxu problemlərin qarşısını almağa kömək edəcəkdir

Əmziyi şəkərə, bala batırmayın.

Əmzik uşağa verilərkən heç vaxt şəkərə, bala, mürəbbəyə batırılmamalıdır. Bu, həm ağız-diş sağlamlığına ziyandır, həm də uşağın əmziyi qidalanma mənbəyi olaraq görməsinə səbəb olacaqdır. Əmzik haqqında bildiyimiz bir infeksiya yoxdur, lakin bəzi mənbələrdə orta qulaq infeksiyasına səbəb olduğu bildirilir. Əgər uşağınız uzanaraq bəslənmməyi buraxıbsa, əmzikdən də uzaqlaşdırılmalıdır.

Əmziyi tərgitmək üçün

Əmzik uşağın hərəkət qabiliyyətinin artdığı və oyunlar oynaya bildiyi 1 yaş civarında tərgidilməlidir. Bunun üçün uşağı birdən-birə və zorla əmzikdən kəsmək çətinliklərə səbəb ola bilər. Uşağınızın az stress yaşadığı dövrdə bunu öyrəşdirərək etməyiniz daha məqsədə uyğundur. Uşaqlar stress keçirdiklərində əmziyə daha çox ehtiyac duyurlar (bacı-qardaş doğuşu, bağçaya başlamaq, ev dəyişikliyi kimi səbəblər uşaqları stressə salır).

(səs: 0)
Şərhlər: 4
Baxılıb: 537
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Love-Girl
Boyuk oglum bir yas iki ay zad olardi tuvalete tos tuturdum birde gordum agzindan cixarib atdi unitaza. Balacami da tos tutanda her defe sosqa agzinda olardisa cixarirdim. O gun ele oldu telesiye duwdum tutmagima birde luuupp)) sesine baxdimki sosqa artiq getdi oppalara. Gunduz cox incitmedi o yatmaq vaxtlari ki gelmedi? Allahim uwaq mebe iwgence verdi nece lazimdi. Hemen gece hec yatmadim ancaq ayaqimin ustune yellemisem. Wukur artiq aliwib sosqanin yoxluguna. Boyuk oglum ama hec aglayib istemedi sosqasini. Yadinada duwmedi hedda ozu atmiwdi.

Sitat: ʚɞღ..Sultanım..ღʚɞ
Oyy oyyy ən yaralı yerim(((
Nə eləsəm bilmirəm böyük qızıma hələdə tərgidə bilmirəm(( yatma məqamı gələn kimi sosu deyib tutur.neçə dəfə çalışmışamki tulluyum day vermiyim.sora yazığım gəlir çızardıb verirəm 27 bilirəm düzgün eləmirəm.ama neyniyim ürəyimlə bacarmıram(((
Ama balacam heç əvvəldən istəmədi.məndə çox uğraşmadım heç öyrətmək üçün^^

Qizz))) Bele olmaz e yaxsi wey deyil. Bilirsenmi nece ede bilersen? Sosqani her gun biraz kes uwaq ozude gorsun ki gun be gun sosqa xarab olur emilmez hala duwur. Her defe o halda agzina qoyanda deki bax qizim artiq sosqan cox kohnelib cirilmaga baslayib demekki sen artiq boyumusen sosqaninda vaxti bitib. Gor hec bacin sosqa emir? Ele sirin sirin basa sal inaniram anlayacaq meleyim
28 avqust 2019 23:47
4
Nə qədər yaxşı insan olduğunun heç bir önəmi yoxdur. Nə də olsa ilk yanlışında ən pis insan sən olacaqsan. 
Offline
KRALİCEM
Men usaqlara hec birdefede emzik vermemisem hem kamile hem zeynebe
28 avqust 2019 22:59
3
sukur verdiklerine
Offline
ʚɞღ..Sultanım..ღʚɞ
Oyy oyyy ən yaralı yerim(((
Nə eləsəm bilmirəm böyük qızıma hələdə tərgidə bilmirəm(( yatma məqamı gələn kimi sosu deyib tutur.neçə dəfə çalışmışamki tulluyum day vermiyim.sora yazığım gəlir çızardıb verirəm 27 bilirəm düzgün eləmirəm.ama neyniyim ürəyimlə bacarmıram(((
Ama balacam heç əvvəldən istəmədi.məndə çox uğraşmadım heç öyrətmək üçün^^
28 avqust 2019 22:24
2
❀✿❀ `- Məni məndən öyrən,Hər kəsə eyni deyiləm...❀✿❀
Online
diablo
Maraqlı məlumatlardi.Faydalandim.Gələcəkdə lazım olar.Təşəkkür
28 avqust 2019 17:11
1
......

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri