Yeniyetmə beyni: Valideynlərin bilməli olduğu 7 MƏQAM

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 449
Səs ver:
(səs: 0)
Dəyişən əhval, səhərlər yataqdan qalxmaq çətinliyi, valideynlərin yanında utanmaq.

Hamımız bu ümumi yeniyetmə problemlərinə bələdik. Bəs niyə yeniyetmələr bu cür davranırlar?

Sarah-Jayne Blakemore London Universitet Kollecində idraki nevrologiya üzrə müəllimə və Özümüzü Kəşf: Yeniyetmə Beyninin Gizli Həyatı (Inventing Ourselves: The Secret Life of the Teenage Brain) adlı kitabın müəllifidir.

Qadın Saatı (Woman's Hour) valideynlik podkastının bir hissəsi kimi o, yeniyetmə beyni haqqında valideynlərin bilməli olduğu yeddi şeyi izah edir.

Yeniyetmə beyni: Valideynlərin bilməli olduğu 7 MƏQAM

Sarah-Jayne Blakemore yeniyetmə beyni haqqında valideynlərin bilməli olduğu şeyləri izah edir.

1. Yeniyetmə beyni böyük bir intiqal keçirir

"Uzun-uzun onilliklər inanılan düşüncələrin əksinə, yeniyetmə beyni həqiqətən də böyük inkişaf dövründən keçir. Həm strukturu, həm də uşaqlıqdakı funksiyası dəyişir və yalnız 20-li yaşların ortalarında stabilləşir.

"Yeniyetmə uşaqları olan və yeniyetmələr ilə işləyən insanlar onların çox əhəmiyyətli keçid dövründən keçdiyini bilməlidir.

"Onlar çox dəyişirlər və unutmayaq ki, bu dəyişiklər adaptiv və təkamül səbəblərdən baş verir.

"Onlar tam azad yetkinə çevrilmək üçün bu intiqal dövründən keçməlidirlər."

2. Yeniyetmənin davranışı adətən dostlardan təsir alır

"Yeniyetmə yaşlarında dostlar məlumat və təsirin mühüm mənbəyidir.

"Əgər yeniyetmələrin siqaret çəkmək və ya içki içmək, yaxud narkotik vasitələr sınamaq risklərindən narahatsınızsa, unutmayın ki, yeniyetmələr bunları təklikdə heç vaxt etmirlər. Ancaq dostları ilə birlikdə sınayırlar.

"Yeniyetmə illərində sosial təsir ən yüksək səviyyədə olur."


3. Yeniyetmə övladınızın səhər çətinliklə oyanmasının bioloji səbəbi var

"İstənilən valideyn yeniyetməlik əsnasında övladının yuxusunun dəyişdiyini deyir.

"Azyaşlı uşaqlar səhər tez ayılırlar və axşam tez yatırlar.

"Lakin yeniyetmə yaşlarda bu vəziyyət dəyişir və yeniyetmələr üçün səhər yuxudan ayılmaq və axşam yatmaq çətinləşir.

"Burada çox güman ki, çoxlu səbəblər mövcuddur: yeniyetmələrin həyatları daha gərgin olur, gecə dərsləri ilə məşğul olurlar, məktəbdən sonra başqa fəaliyyətlər edirlər, dostları ilə söhbətləşirlər, bəlkə də telefonda oynayırlar.

"Lakin bütün bunlardan əlavə, bioloji sirkadian ritmin dəyişdiyini də bilirik.

"İnsanlara gecə yuxusu verən melatonin hormonu yeniyetmələrin beyinlərində uşaqlar və yetkin yaşlı insanların beyinlərindəkindən iki saat daha gec istehsal olunur.

"Bu da yeniyetmələrin tez yatmasını çətinləşdirir.

"Eləcə də səhərlər yuxudan ayılmanı qəliz hala salır.

"Yeniyetmənin həftəsonu günortaya qədər yatmağına bioloji səbəblər təsir göstərir."

4. Uzun müddətdə sağlamlıq problemləri yeniyetmələri qorxutmur

"Araşdırmalar göstərib ki, yeniyetmələr uzun müddətə sağlamlıq riskləri və ya qərarların hüquqi risklərinə köklənə bilmirlər.

"Çünki sosial dünya yeniyetmələr üçün əlçatmaz bir zirvə olur. Onlar daha çox dostlarının fikirlərinə əhəmiyyət verirlər."

5. Yeniyetmələrin qərar vermə və planlama dəstəyinə ehtiyacları ola bilər


"Bilirik ki, yeniyetmələrdə beyinin xüsusi böyük inkişaf keçən hissələri qərar vermə və planlama, özünü tanıma, başqa insanları tanıma bölgələridir.

"Beyinin idraki prosesləri idarə edən bu bölgələrinin inkişafı yeniyetməlik illərində, hətta 20-li və 30-lu yaşlarda da davam edir.

"Və eyni zamanda idraki proseslər yeniyetməlikdə daha ləng inkişaf edir.

"Qərar vermə və planlama kimi məsələlərdə yeniyetmələrin dəstəyə ehtiyacı ola bilər."

6. Öyrənmə prosesində mükafatlandırma cəzalardan daha effektiv olur

"Yeniyetmələr dərhal verilən mükafatlara cəzalardan daha yaxşı reaksiya verirlər.

"İstər valideyn olsun, istərsə də müəllim, bəzən yeniyetmələrlə işləmək çox çətin olur, lakin bunu xatırlamaq əlverişli ola bilər."

7. Yeniyetməlik illəri fürsət kimi də dəyərləndirilə bilər

"Bilirik ki, beyin yeniyetməlik illərində böyük intiqallar yaşayır. Bu dövr çoxsaylı dəyişikliklər, keçidlər dövrüdür və həyatın bu hissəsi son dərəcə həssasdır.

"Məsələn, yeniyetmələr xüsusilə əqli sağlamlıq problemlərinə qarşı son dərəcə həssas olurlar.

"Lakin bu həm də fürsətlər dövrüdür. Beyindəki dəyişiklər beyini dəyişməyə qarşı daha həssas edir və bu da həyatın bu dövründə öyrənmək və yaradıcılıq və müdaxilə və reabilitasiya kimi imkanları açır.

"Bu cür müdaxilələr üçün heç də gec deyil."

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 449
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
asiklar
Valideynlər üçün yaxşı xəbərdi.Mən özem yeniyetməyəm.Yazılanlardan bir məndə də olur gec yatmaq gec durmaq kimi.Amma valideynlərin sözlərindən qətiyyan çıxmaram.
1 avqust 2019 00:11
2
Şirin
Online
diablo
Valideynlər üçün faydalı xəbərdi təşəkkür
31 iyul 2019 17:17
1
......

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri