Uşağa yod çəkərkən bu məqamlara diqqət edin – PEDİATR SADALADI

Müəllif: Love Angel
Şərhlər: 2
Baxılıb: 1036
Səs ver:
(səs: 1)
Əksər valideynlər uşaq bir azca soyuqlayan, yaxud öskürən kimi türkəçarə vasitələr əl atırlar. Bu sırada yod çəkmək ən öndə gedən vasitələrdən biridir. Böyüklər yod çəkərkən özlərinə faydası olduğu kimi, uşaqlara da faydalı olduğunu əsas gətirərək bunu edirlər. Amma mütəxəssislər yod çəkilən zaman müəyyən nüanslara diqqət etmək lazım olduğu barədə xəbərdarlıq edir. Mövzu ilə bağlı Qadınla.com-a danışan pediatr Aytən İsmayılzadə məlumat verir ki, yod dezinfeksiyaedici bir maddədir: “Yodun təsirindən mikrobların zülalı dağılır və onlar məhv ola bilir. Bu ehtimal var ki, yod dəridən qana keçərək də eyni işi görə bilər. Amma yod qana keçərsə, bədəndə yod artıqlığına gətirə bilər. Buna görə də ehtiyatlı olmaq lazımdır. Bizim qalxanabənzər vəzimiz yod ilə işləyir və yod artıqlığı onun işinə müəyyən dərəcədə təsir edə bilər”.

Həkim deyir ki, yod çəkiləndən 2-3 saat ərzində silinib gedirsə, bu, bədəndə yodun əskikliyindən xəbər verir. Əgər 6-8 saat sonra çəkilirsə, diqqətli olmaq lazımdır. Çünki bu, bədəndə yod toxluğunun göstəricisidir.

A. İsmayılzadə qeyd edir ki, yod uşaqda allergiyaya da səbəb ola bilər: “Ona görə ilk istifadə dirsək büküşünün içəri səthinə çəkilməlidir. Yod dərindən qıcıqlandırıcı təsir edərək qan dövranına müsbət təsir edir. Hərarət olduğu zaman edilməməlidir. Bir yaşdan kiçik uşaqlara ümumiyyətlə, yod çəkmək olmaz. Çünki bu, onların dərisində yanıq törədər. 3 yaşdan kiçik uşaqlara isə qalxanvari vəzin tam funksiya göstərməməsi səbəbindən məsləhət deyil. Yod ürək nahiyəsinə çəkilməməlidir. Burada maddənin dəridən sovrularaq matriks boyunca proyeksiyasında olduğu orqana yetişməsi ehtimalı var”.

Pediatr söyləyir ki, yodu aşağıdakı qaydada istifadə etmək lazımdır: “Dəridə yaralar ucun 10 faizli yod məhlulu istifadə edildiyi halda, ağız boşluğu və boğaz yaxalamaları üçün 1 faizli yod məhlulu tövsiyə edilir. Bir sözlə, yoddan necə gəldi istifadə etmək olmaz. Xüsusilə də uşaqlara yod çəkən zaman ehtiyatlı olmaq lazımdır”.

(səs: 1)
Şərhlər: 2
Baxılıb: 1036
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
tatyana
Yod umumiyyetle istifade etmirem, uşağın beline ve bogazına yodla kletka cekenler tanıyıram, guyakı sagalır onda( mence boş fikir)
Amma oxumuşdum(burda) dabana cekib bedende yodun yoxlugunu bilmek olur, cekdim geceden sabahadek nece var elede qalmışdı, demekki yoda ehtiyacım yoxdur
19 sentyabr 2019 09:34
2
ALLAHIM VERDİYİN SEBRİME ŞÜKÜRLER OLSUN
Offline
diablo
Valideynlər ehtiyyatlı olsunlar.Belə şeyləri ciddiyə alsınlar.Təşəkkür
18 sentyabr 2019 18:23
1
......

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri