Körpələrə yuxu dərmanı vermək gələcəkdə bu fəsadlara yol açır – Nevroloqdan xəbərdarlıq

Şərhlər: 4
Baxılıb: 352
Səs ver:
(səs: 0)
Yenicə ana olan gənc və təcrübəsiz qadınlar körpəni təkbaşına saxlamaqda çətinlik çəkir. Ən çətin məqamlardan biri də körpənin ağlamasını sakitləşdirmək və vaxtlı-vaxtında yatmasını təmin etməkdir.  Çünki sakitlik və normal yuxu uşağın sinir sistemi üçün çox əhəmiyyətlidir. Gələcəkdə bir sıra nevroloji problemlərlə üzləşməmək üçün bu amillərə diqqət yetirilməlidir. 

Müasir tibbdə bir sıra dərman maddələri istehsal edilir ki, bu vasitələr sedativ, yəni yuxugətirici və sakitləşdirici effekt verirlər.  Apteklərdən bu vasitələri həkim göstərişi və resept olmadan da əldə edərək böyüklərə, eləcə də uşaqlara vermək mümkündür. 

İndi çox analar digər qadınlardan eşitdiyi dərmanı, xüsusən Ketotifen kimi allergiya əleyhinə tableti körpə uşaqlara yuxu dərmanı kimi verir. 

Bəs  bu vasitələrdən həkim məsləhəti olmadan özbaşına şəkildə istifadə etmək hər hansı bir fəsada yol aça bilərmi?  

Mövzu ilə bağlı açıqlama verən Tədris Cərrahiyyə Klinikasının nevroloqu Yeganə Rəşidova bildirib ki,  həkim təyinatı olamadan nəinki uşaqlara, heç böyüklərə sakitləşdirici tərkibə malik dərman maddəsi və yuxugətirici verilməməlidir. Bu gələcəkdə həmin insanda bir sıra nevroloji problemlərə səbəb olur. 

"Hər bir xəstəyə ilk öncə diaqnoz qoyulmalıdır və onun əsasında müalicə edilməlidir. Çünki həkimin müayinəsi olmadan qəbul edilən bir sıra dərman maddələri xəstəliyin əlamətlərini gizlədərək, onun əsil səbəbinin üzə çıxmasının qarşısını alır.

Əlbəttə ki, bu həmin insanın nəinki beynində, həmçinin də onu qaraciyər, mədə-bağırsaq, böyrək kimi bir çox başqa orqanlarında fəsadlara səbəb ola bilər.

Bu isə əsəbilik, yuxusuzluq kimi çox ciddi problemlərin səbəbini aşkarlamaqda həkimlərə mane olur. Uzun müddət qəbul edilən yuxugətiricilər və sakitləşdiricilər xəstədə bu dərmanların tərkibində olan bəzi kompanenetlərdən asılılıq da yaradır. Bu isə insan yaşlandıqca onda bir sıra nevroloji və psixologi problemləri üzə çıxmasına səbəb olur.  Uşaqlarda bu problemlərə nitqin gecikməsi, diqqət pozuntusu, hiperaktivlik aid edilə bilər.  

Çox təəssüflər olsun ki, gənc analar özləri də bilmədən övladlarının rahat yatması və çox ağlamaması üçün həkimə müraciət  etmədən, özümü müalicəyə əl atırlar.  Onlar hansısa televiziya reklamında gördükləri və ya qohumlarının məsləhət gördükləri sakitləşdiriciləri alaraq övladların verirlər. Amma onlar gələcəkdə uşağın orqanzimində hansı problemlərə səbəb olacağından xəbərsiz olurlar”

(səs: 0)
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Mira
Maraqli idi, tsk.
7 iyun 2019 20:16
4
Offline
diablo
Körpəyə yuxu dərmani verərləər?indi birinci dəfədi eşidirəm məncə təhlükəli olar həkim məsləhətsiz vapşe derman vermək ziyanlı olar təşəkkür
7 iyun 2019 10:03
3
Perfect
Offline
vipbetul
hekim mesleheti ile atmaq olar
7 iyun 2019 09:41
2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
YalniZ-ArZu
bizim bir qohum var, balaca olanda o qeder hiperaktiv imiwki. Tebii ki, 70-ci illerde o diaqnozu da qoyan olmurdu uwaqlara, elece tebii yontemle sakitlewdirirdiler. Mamasi da onu xaw xawla yatizdirirmiw.))) Ezib verirdim deyir sonra sakitlewib yatirdi mende dincelirdimihi
Yuxu dermani filan vermemiwem uwaqlarima. Boyuyumun yuxusu umumiyyetle yaxwi olub, yaninda top atsan oyanmirdi. Balacam bir az səksəkəli yatan idi. Bele amma yuxu dermani boyuklere de ziyandi asililiq yaradir bir az duşuncesi olan ana hec vaxt ozbaşina vermez bu dermanlardan uşagina.
7 iyun 2019 08:25
1
Gözümüz bağlı güvəndiyimiz insanlar, yaxşı niyyətimizin içinə zibili yığanda, bizə də hər münasibətə üz verməyib, hər mundarın sözünə aldanmamaq qalar. 08

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri