Ailə ilə birlikdə yemək yeməyin uşaqlara - FAYDASI

Müəllif: YalniZ-ArZu
Şərhlər: 1
Baxılıb: 160
Səs ver:
(səs: 0)
Ailə ilə birlikdə yemək yeməyin uşaqlara psixoloji, akademik, sosial və sağlamlıq cəhətdən faydası var.

Qadinla.com bildirir ki, ailəsiylə birlikdə süfrə arxasında əyləşən uşaqların çoxlu meyvə yediyi görülməkdədir. Sağlam qidalanmağın başında duran ailəylə birlikdə yemək zamanı qızarıdılmış və qazlı içkilər kimi zərərli qidalardan daha az istifadə edilir.

Ailəsiylə kifayət qədər vaxt keçirə bilməyən uşaqlar ailə yeməklərində ana, ata və ailə üzvləriylə birlikdə söhbət edərək gözəl vaxt keçirirlər. Bu isə uşaqlarda aqressivlik, depressiya kimi xoşagəlməyən davranış pozulmalarının qarşısını alır, ailə bağları güclənir.

Kolumbiya Universiteti Milli Mərkəzin apardığı araşdırmaya görə, həftədə ən azı 5 dəfə evdə yemək yeyən uşaqlarda siqaret və asılılıq yaradan pis vərdişlərin 50 faiz azaldığı ortaya çıxıb.

Bundan başqa, ailəsiylə birlikdə yemək yeyən uşaqların akademik uğurlarında yüksəliş müşahidə edilib. Belə ki böyükləriylə çox vaxt keçirən uşaqlar dərslərinə motivasiya olaraq oxumağa daha çox əhəmiyyət verirlər.

Evdə yemək yeyən uşaqlar böyükləri ilə çoxluca söhbət edərək gün ərzində yaşadıqlarını paylaşırlar. Bu, təbii müalicə kimi uşaqlara müsbət təsir edir və onlarda stressi azaldır.

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 160
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
BARBI
Usaq daim ailesi ile unsiyetde olmali derdini ona danismalidir
1 oktyabr 2019 19:32
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri