Professor açıqladı: Beyin inkişafı üçün ilk 4 yaşa DİQQƏT!

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 338
Səs ver:
(səs: 0)
Üsküdar Universitetinin türkiyəli professoru Nurper Ülküer uşaqlıq dövrünün ilk illərinin beyin inkişafı üçün əhəmiyyətli bir dövr olduğunu deyib. Professor bildirib ki, uşağın beyni dörd yaşına qədər sürətlə inkişaf edir.

Qadinla.com xəbər verir ki, professor həyatın ilk 4 ilində beyin sinir hüceyrələrinin saniyədə 750-1000 yeni bağlanma qurduğunu deyib:

"Uşaqlığın ilk 8 ilini əhatə edən erkən uşaqlıq dövrü insan inkişafının əsasını təşkil edir. Bu, uşağın və yaşlıların həyatının daha sonrakı mərhələlərində inkişaf etmədiyini göstərmir. Amma bu yaş dövrü bütün həyatın ən həlledici dövrüdür.

İnsan beyninin ən sürətli inkişaf dövrü erkən uşaqlıq dövrüdür. Beyin normal çəkinin 87 faizinə həyatın üçüncü ilində çatır. Həmçinin, bu dövr beynin ən çevik dövrüdür. Amma beyin çevikliyinin 50 faizini ilk yeddi ilində itirir.

Beyin inkişafında başda dil, görmə və eşitmə, hissi nəzarət, sosiallaşma və digər əsas vərdişlərin inkişafını təmin edən sinir hüceyrə birləşmələrinin ən sürətli olduğu həssas dönəm 4 yaşa qədərdir.

Hər bir uşaq bir-birindən fərqlidir, amma Uşaq Hüquqları Konvensiyasında da qeyd olunduğu kimi, onların eyni bərabərlikdə inkişaf potensiallarına olmaq haqları var. Bu hüquqların ən yaxşı şəkildə həyata keçirilməsi üçün başda valideyn olmaqla, səhiyyə, təhsil, sosial xidmət və digər əlaqədar qurum və təşkilatlar, cəmiyyət, dövlət, beynəlxalq birliklər məsuliyyət daşıyır".

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 338
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Cema_Axodova
4-12yaw arasi uwaqlarda beyin yaddaw gozel olur
30 oktyabr 2019 09:00
2
p.s
Online
BARBI
Usaqlarin beyni temiz olur.Usaqla daim mesgul olmaq lazimdi
29 oktyabr 2019 17:36
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri