Uşaqlara bu yaşda xarici dil öyrətməyin! - Təhlükə

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 2 485
Səs ver:
(səs: 0)
Son zamanlar valideynlər arasında uşaqlara ikinci dilin öyrədilməsi ilə bağlı ənənə formalaşıb. Belə ki, valideynlər övladları dil açmağa başlayan kimi ona ana dilindəki sözlərlə yanaşı, xarici dillərdə də söz və ifadələr öyrətməyə çalışırlar. Bu da bir çox hallarda uşağın ana dilində sərbəst danışa bilməməsinə, nitqinin qüsurlu olmasına səbəb olur.

Qadinla.com xəbər verir ki, mövzu ilə bağlı axar.az-a danışan defektoloq-loqoped Mətanət Qafarova bildirib ki, uşaqlara ikinci dili öyrətməyin öz vaxtı var:

"Bəzən uşaqlar dil açmadığı zaman, məsələn, 2-3 yaşı olanda valideynlər düşünür ki, artıq ikinci dili öyrətmək lazımdır. Hətta bəzi valideynlər uşaqla iki dildə danışmağa başlayır, sözlərin bir qismini rus-ingilis, bəzilərini isə Azərbaycan dilində deyir.

Valideynlərin nəzərinə çatdırmaq istəyirəm ki, xüsusən 2 yaşlı uşaqlarla bu cür davranmaq onun nitqində travma yaradır. Ümumiyyətlə, 3 yaşına qədər ana dilini başqa dillə əvəz etmək olmaz. Uşaqlar dil açan zaman konkret bir dildə danışmağı öyrənməlidir. Valideynlər uşağa növbəti dili öyrətmək istəyirsə, bunu 3 yaşından sonra etmək məsləhətlidir. Əgər uşağın 3 yaşı tamam olubsa və sərbəst şəkildə ana dilində danışa, fikirlərini asanlıqla ifadə edə bilirsə, o zaman növbəti dilin öyrədilməsinə başlamaq olar. Amma uşağın artikular aparatında müəyyən problemlər varsa, uşaq təzə-təzə sözlər deməyə başlayırsa, söz birləşmələrindən istifadə edirsə və yaxud fikrini çatdırmaqda çətinlik çəkirsə, ona ikinci dilin 4 yaşa qədər öyrədilməsi məqsəduyğun deyil".

M.Qafarovanın sözlərinə görə, hələ sərbəst şəkildə danışa bilməyən uşağa başqa dillərdə sözlər öyrətmək uşağın təlim fəaliyyətinə mənfi təsir göstərir:

"Mütəxəssislər uşaqlara ikinci dilin öyrədilməsi üçün ən ideal vaxtın 4 yaşdan sonra olduğunu bildirirlər. Diqqət etmək lazımdır ki, uşağın nitqində yükləmələr olmasın. Uşaq 3 yaşında həm öz dilində danışır, həm də rus və ya başqa dillərdə sözlər bilirsə, nitqlə psixi funksiyalar üst-üstə düşmür. Uşaq rusca düşünür, azərbaycanca tərcümə edib danışır və ya əksinə.
Məktəb yaşında uşağa öyrədilən xarici dil daha uğurlu sayılır. Bu da 5 yaşından sonrakı dövrə təsadüf edir. Azyaşlıya dil öyrətmək üçün onun nitq xüsusiyyətləri, artikular aparatları, nitqin periferik mərkəzi hissəsi tamamilə normal olmalıdır və uşaq ana dilində sərbəst danışmalıdır. Uşaqda sadalanan proseslərin heç biri getmirsə, uşağın sərbəst danışmağı öyrənəcəyi vaxta qədər gözləmək lazımdır".
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 485
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri