Uşağın əmgəyindən əl çəkin - Həkimdən valideynlərə ÇAĞIRIŞ

Müəllif: Diablo
Şərhlər: 2
Baxılıb: 2 702
Səs ver:
(səs: 0)
Bu gün bir çox valideyni narahat edən mövzulardan biri körpənin əmgəyinin böyük və ya kiçik olmasıdır.

Bəzi pediatrlar tam sağlam uşaqlara yalnız əmgəyin ölçülərinə görə səbəbsiz olaraq müalicələr və pəhrizlər təyin edir.

Qadınla.Com həkim infeksionist Həmid Hacıağayevin bu problem barədə maraqlı və sərt açıqlamasını təqdim edir.

Həkim valideynləri körpənin əmgəyini rahat buraxmağa çağırıb.

"Körpənin əmgəyi böyükdür, raxitdəndir, müalicə etmək lazımdır". Yaxud "Körpənin əmgəyi çox kiçikdir, bütün süd məhsullarını rasiondan çıxarmaq və filan siropu içməyə başlamaq lazımdır ki, əgməyin bağlanması geciksin".

Sizcə bu cür sözlərdən sonra körpənin valideynləri rahat ola bilərlərmi?

Bundan başqa xəstəliyin hələ digər "əlamətlərini" də sadalayırlar:

- körpə az yatır,

- körpə çox aktivdir (çox hərəkətlidir);

- xəstədir - əmgəyi tez bağlandığı üçün beyin təzyiqi çoxdur və s.

Məsləhət №1: bu cür pediatra rast gəldiyiniz zaman körpənizi də götürüb ondan mümkün qədər uzaqlaşın.

Məsləhət №2: körpənin əmgəyini ölçməyin, çünki 3 ayında da, 1,5 yaşda da (və daha gec) bağlanması - normaldır.

Məsləhət №3: əgər körpəniz sağlamdırsa, oynayır, gülümsəyir və aktivdirsə - əmgəyindən əl çəkin.

Məsləhət №4: qəti şəkildə uşağı süd məhsullarından məhrum etməyin, çünki onların əmgəyin bağlanmasına aidiyyatı yoxdur.

Əziz valideynlər, əmgəyin ölçüsünün kiçik, yaxud böyük olması təkbaşına bir simptom deyil və raxit xəstəliyi ilə heç bir bağlantısı yoxdur". 
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 702
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri