Əmizdirmə haqqında ən çox verilən suallar 

Müəllif: Diablo
Şərhlər: 0
Baxılıb: 2 703
Səs ver:
(səs: 1)
1. Doğuşdan sonra nə qədər müddətə süd gəlir?
Keysəriyyə doğuşundan sonra ana südü 2 gün sonra axıcı hala gəlir. Hər iki doğuşdan sonra təxminən 6 sonra ərzində ana döşündən ağız südü deyilən kolostrum gəlməyə başlayar. Bu süd normal ana südündən biraz fərqlidir.

2. Süd gecikirsə, nə etməli?
Ana südü gəlməsə də, körpəni əmizdirməyə mütləq davam etməlidir. Səbəbsiz yerə də ana südü gecikə bilir. Körpənin əmməsi ananın süd kanallarını oyadaraq südün gəlməsini təmin edə bilər. Heç bir halda ana südü gəlməzsə, yeni doğulan körpəyə xüsusi uşaq yeməkləri keçici olaraq verilə bilər. Ana müsbət düşünməlidir.

3. Hər dəfə iki döş də verilməlidir?
Bəli, mütləq əmizdirərkən digər döş də verilməlidir. Körpə yenə də əmmək istəyirsə, digər döş verilməlidir. Əgər körpə doyubsa, digər əmizdirmə zamanı digər döş verilməlidir. Bu arada əmizdirmədən sonra qalan südün sağılması düzgündür. Bir çox körpə, bir döşü 5-10 dəqiqə əmməklə doyar və yatar. Bəzi körpələr isə 20-30 dəqiqədən əvvəl döşü buraxmaz.

4. Döşdə ağrı və şişkinlik varsa, nə etməli?
Döşün başında ağrı, döşün şiş və ya dolu olması, süd kanallarını tıxanıqlığı, döş iltihabı kimi problemlərin simptomu ola bilər. Ancaq bunlar əmizdirmə pozasından yaranan səbəblərdir.  Mütəxəssis həkimdən kömək alın.
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 2 703
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri