Uşaqlar arasında fərqlərin səbəbi nədir?

Müəllif: diablo
Şərhlər: 6
Baxılıb: 1212
Səs ver:
(səs: 0)
Yeni araşdırmaların nəticələrinə əsaslanaraq deyə bilərik ki, Amerikada doğulan körpələr böyüdükcə digər ölkələrdə böyüyən körpələrdən daha ünsiyyətcil və istiqanlıdır. Analarının dediklərinə görə, onlar həmçinin həvəsləndirici fəaliyyətlərlə məşğul olmağı çox sevirlər, həm də həmin uşaqlar ağlamağa və narazılıq etməyə başlayanda onları sakitləşdirmək daha asan olur.

Tədqiqatçılar 3 ölkədə (Çili, Cənubi Koreya və Polşada) böyüyən uşaqlarla Amerikada böyüyən uşaqları müqayisə etdilər. Aşkar olundu ki, Çilidəki uşaqlar nə qədər aktiv olsalar da, hər hansı bir tapşırığın üzərində uzun müddət qaldıqda diqqət dağınıqlığı yaşayırlar. Bu göstəricilərin tam əksi isə Cənubi Koreyadakı uşaqlara aid idi. Belə ki, uzun müddətli zehni iş zamanında onların diqqəti qətiyyən yayınmır, lakin bunun müqabilində fiziki hərəkət etməyə meyilli deyillər. Araşdırmaçıların qənaətinə görə, onlara “ən ciddi uşaqlar” statusunu vermək olar . Polşalılar isə qəmginliyə və ağlamağa meyilli uşaqlardır. Belə bir vəziyyətdə onları sakitləşdirmək də çətindir.
usaq
Avropada nəşr olunan Developmental Psychology adlı jurnalda dərc olunan tədqiqat bir sorğudan istifadə edərək uşaqların müəyyən yaşlarda təxminən 200 hərəkəti sərgiləməsinin nə tezlikdə olduğunu müşahidə etmişdir. Jurnalın müəlliflərindən biri olan Maria Gartstein tərəfindən hazırlanan bu anket analar tərəfindən cavablandırılmışdır. Bunun nəticəsi ilə, tədqiqatçılar həmin davranış nümunələrini 14 müxtəlif kateqoriyaya böldülər. Belə ki, bu kateqoriyalar ciddilikdən vokal reaksiya qabiliyyətinə qədər dərəcələnirdi.
Yeni tədqiqat daha əvvəl alman və amerikan uşaqları arasında aparılmış və sakitlikdən xoşbəxtliyə, eləcə də həvəslilikdən məğlubiyyətə uğramaq çoxluğuna qədər dərəcələnmiş bir tədqiqata əsaslanmışdı.
Əgər uşaqların davranışlarının sadəcə bir neçə stereotipə görə qruplaşdığını düşünürsünüzsə, bu təkcə sizin təxəyyülünüzün məhsulu deyil. Vaşinqton Dövlət Universitetində psixoloq olan Gartstein müəyyən edib ki, valideynlərinin dəyərləri uşaqların təbiətinə təsir göstərir. Araşdırmaya əsasən deyə bilərik ki, Amerikan cəmiyyəti neqativ düşüncələrə uzaqdır və beləliklə, onlar uşaqlarını da neqativ emosiyalardan uzaq tutaraq böyüdürlər.
Beləcə, Gartstein düşünür ki, polşalı uşaqların öz mədəniyyətlərindəki emosiya və hisslərdən danışma meyilliliyinə reaksiya verməsi mümkündür. O deyir: “Çilidə anaların daha diqqətli olması səbəbiylə uşaqların daha çox hərəkətliliyə meyilli olması da məntiqlidir”.
usaqlar
Nə üçün uşaqlar arasında mədəni fərqlilikləri öyrənirik? Gartstein-ın sözlərinə görə psixoloji ədəbiyyatın əksəriyyəti Qərbə əsaslanır. Geriyə sadəcə 1 sual qalır: “Bəs bu halda bizim kəşflərimiz nə qədər universaldır?” Şəxsiyyətin təməli kimi görülən insan təbiətindəki fərqlər müəyyən məsələləri (məsələn, hansı tip şəxsiyyət və əhval-ruhiyyə pozğunluğunun mövcud şəraitin nəticəsi olmasını) işıqlandırır. Bu da bizə izah edir ki, nə üçün amerikalı uşaqlarda digər uşaqlara nisbətən daha çox diqqəti yönəltmək əskikliyi mövcuddur.
Gartstein bildirir: “Və beləliklə, valideynlər arasında müxtəlif yanaşma tərzləri olduğu halda ortaya çıxan dəyişiklikləri və uşaqları xoşbəxtlik, uğura yönəldən həlledici məfhumları görmək şansı əldə edirik”.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 1212
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 1361
Xəbər sayı: 5
kivircik
Her kes eyni ola bilmez kimi,bu her ushaga da aiddi, eyni evde boyuyenler ,eyni terbiyeni gorenler bele ferqli olur. Mes.bizde qardashim chox erkesoyundu,neise istedi mutleq olmalidi ,sebrsizdi. Men ise eksine. Bezen ise valideynlere chekir ovladlarin xususiyyetleri
18 aprel 2020 12:44
6
Az shikayet,chox shukur- seni mutluluga goturur!
Şərh sayı: 878
Xəbər sayı: 19
_Tək_ İL_
Sitat: BARBI
Hmm dogrudur.Her usaq ferqli xususiyyete malik olur

Məncə də
17 aprel 2020 21:06
5
Dəli ^_^
Şərh sayı: 6007
Xəbər sayı: 0
Cema_Axodova
Uwaq evin guzgusudu
17 aprel 2020 20:52
4
p.s
Şərh sayı: 119
Xəbər sayı: 0
Prenlcessam
Məlumat üçün təşəkkür
17 aprel 2020 19:43
3
Şərh sayı: 80415
Xəbər sayı: 30
BARBI
Hmm dogrudur.Her usaq ferqli xususiyyete malik olur
17 aprel 2020 17:55
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Şərh sayı: 13390
Xəbər sayı: 297
Miss_Oxatan
Heqiqeten o qeder duzdur ki yazilanlar.mende hemiwe deyirem,uwaqlarin davraniwlaruna baxanda o saat milleti bilinir.men ozum burada o qeder muwaide etmiwemki.meselen ele oz milletimizin uwaqlari.belke menimle razilawanlar olar.içi oz uwagim qariwiq.uwagi eylence merkezlerine gotururuk ve orda ele tez secilirlerki.tanimasaq da davraniwindan bilirsenki bu bizimkidir.meselen oglan uwagidisa ele bil meydana Battal qazi girir.qizlarda sanki at meydanindadi.gorende ele bilir evde ele orgetmiwik.ozbek uwaqlarinda da var bu xususiyyet.onda bawqa uwaqlarda titreme hiss olunur.nezaret bende misali.tabi meydanda türk balasi olunca bu normal))


ermeniyle muqayise etmirem ama onlarin töremelerine de fikir vermiwem heqiqetende genetika oz sozunu deyir.iceri giren kimi her weye goz tikirler eto mayo deye deye.gozleri doymur.yersiz geldi yerli qac.qanlarina lenet.
17 aprel 2020 14:52
1
#flatearth

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri