Uşaqlarınızı bu şəkildə böyütsəniz... - Mütəxəssis AÇIQLADI

Müəllif: Diablo
Şərhlər: 3
Baxılıb: 3 625
Səs ver:
(səs: 1)
Uşaq sağlamlığı və xəstəlikləri üzrə mütəxəssis Dr. Semih Demirkıran kiçik yaşlardan nizamlı bir şəkildə edilən idmanın uşaqların inkişafı və sağlamlığı üçün çox əhəmiyyətli olduğunu bildirib.

Demirkıran hərəkətsizliyin uşaqlarda piylənmə, diabet və diqqət problemləri kimi risk faktorlarını ortaya qoyduğunu ifadə edib.
Həkim sağlam uşaqlarda idmana başlayarkən yaşdan daha çox yüklənmə şiddətinin düzgün təyin olunmasının vacib nüans olduğunu qeyd edib: "Uşaqların idmana ilk olaraq üzgüçülük, atletika, gimnastika ya da baletlə başlaması düzgün seçimdir. Valideynlər 6-12 aylıq uşaqları üzgüçülük, 18 aylıq uşaqların isə gimnastika ilə məşğul olmalarını təmin edə bilərlər. 3 və 6 yaş arası idman təhsili alan uşaqların 6-7 yaşından sonra fərdi və ya komanda idmanlarına uyğunlaşması asanlaşır və müvəffəqiyyət səviyyələri də artır".

Demirkıran uşaqların yarışlarda daim hədəf kimi birinci yeri beyinlərində qət etmələrinin psixologiyalarına mənfi təsir etdiyini vurğulayıb: "Birinci yer əvəzinə üst pillələrin hədəf seçilməsi daha məqsədəuyğundur. Mütləq deyil ki, birinci yer hədəf götürülsün. Üst pillələr hədəf qoyulanda, uşaqların üzərindəki gərginlik azalır".
Daha sonra həkim valideynlərin övladlarını uğurlu seçimlər etməsi üçün düzgün istiqamətləndirməsindən söz açıb: "Valideynlərin övladlarını oxumağa təşviq etmələri və uşaqlarının orta məktəb uğurlarının stabil qalması vacibdir. Bundan əlavə, müntəzəm idman həyatı yaşayan uşaqların daha sağlam olduqları və fiziki inkişaflarının sürətli olduğunu görürük. İdman onlara psixoloji cəhətdən müsbət təsir göstərir və bütün bunlar məktəbdə uğur qazanmağa kömək edir".
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 3 625
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri