Yeniyetmələrin əsas psixoloji problemləri!

Müəllif: Btsarmy;)
Şərhlər: 10
Baxılıb: 1335
Səs ver:
(səs: 0)
Yetkinlik, fərdin qarşı cinslə yaxınlaşması və bu yaxınlaşmanın nəticəsi olaraq,fiziki və hissiyyat baxımından doyuma çatması kimi adlandırılmaqdadır.

Yetkinlik sadəcə fizioloji inkişafla bağlı deyil,hissi və zehni inkişafla da əlaqədardır. Uşaqlıqda başlayan yetkinlik qavramı, yeniyetməlik dövründə pik nöqtəyə çatır. 13-14 yaşlarında başlayır, 17-21 yaşlarında bitir.
Qızlarda 11-13 yaş

Oğlanlarda 13-15 yaş

Yeniyetməlik dövründə böyümə və bədən dəyişikliklərinin davranış və qaydalar üzərindəki təsirləri:

- Yalnızlıq istəyi

- İşləmək istəksizliyi

- Can sıxıntısı

- Narahatçılıq

- Qaydalara qarşı dirəniş

- Cəmiyyətlə ziddiyyət

- Cinsiyyətə hədsiz maraq

- Həssaslığın artması

- Özgüvənsizliklə və s. ilə özünü göstərir.

Aqressiv davranış yeniyetmələr arasında geniş yayılıb və get gedə artmaqdadır. Belə yeniyetmələr cəmiyyətə olan dəyər və münasibətləri deformasiyaya uğradır. Eqoizm, ətrafdakıların hisslərinə laqeydlik, neqativ davranış belə yeniyetmələrin tipik xüsusiyyətlərindəndir. Bəzi tədqiqatçılar yeniyetmə aqressiyasının səbəblərini yeniyetməlik dövründə yaranan fizioloji dəyişiklikdə görür. Cinsi yetişkənlik dövründə endokrin vəzilərində olan dəyişikliklər nəticəsində yeniyetmənin davranışında emosional reaksiyalar üstünlük təşkil etməyə başlayır.

Yeniyetmənin aqressiv davranışının səbəblərini araşdırarkən, nəticə aydındır: aqressiv davranışın yaranmasında bioloji,psixoloji və sosioloji amillər mühüm rol oynayır.

Yeniyetmədə aqressiyanın təzahürünə təkcə uşağın inkişafında olan problemlər deyil,həm də situativ amillərdə təsir göstərə bilər. Məsələn: bu başqalarının yeniyetmələrə verdiyi qiymət,qisas almaq və ya nəyin isə qarşılığını vermək arzusu ilə bağlı meydana çıxa bilər.

Yeniyetməlik dövründə aqressiya bir çox hallarda ətrafdakıların davranışına cavab reaksiyası və ya “qisas” arzusu ilə bağlı ola bilər. Əgər yeniyetmənin aqressiv hərəkətə cavab vermək imkanı olmursa, nəticədə yeniyetmədə frustrasiya halı yüksəlir,lakin aqressiv motivin səviyyəsi ləngiyir.

Müasir dövrümüzün dinamikliyi zəminində yeniyetmələrin problemlərinin psixoloji istiqamətdə tədqiq olunmasında yeni cəhətlər özünü büruzə verir. Yeniyetməlik problemlərinə gender aspektindən yanaşmada mühüm əhəmiyyət kəsb edir.

Yeniyetmələrin problemlərinə gender baxımından yanaşma onların şüurunun ,davranışının formalaşmasında böyük əhəmiyyət kəsb edir. Müasir dövrdə yeniyetmələr üçün ümumi cəhət,onların formalaşmasında maksulinizasiyanın ön plana çıxmasından ibarətdir. Bu mövqedən çıxış edərək, kişinin güclü, müstəqil, aktiv, aqressiv, şəxsi mailiyyətlərə yönəlmiş və s. qadının isə zərif, dözümlü, zəif, asılı, emosional, nəzakətli, ailənin maraqlarına istiqamətlənmiş olmasına xüsusi diqqət yetirilir.

Yeniyetməlik dövrünün özü yüksək risk qrupunu təmsil edir.Bu özünü bir sıra amillərdə göstərir.1-ci psixotermonal proseslərdən başlayaraq, “Mən” konsepsiyasının yenidən qurulması ilə tamamlanan, yeniyetməlik dövrünə keçmənin çətinlikləri, 2-ci yeniyetmənin təqdim etdiyi sosial mövqenin qeyri-müəyyənliyi və məhdudluğu, 3-cü sosial nəzarətin mexanizmlərinin yeniləşməsi ilə şərtlənmiş ziddiyyət: normalar və böyüklərə itaətkarlıqla əsaslanmış heç bir təsir gücünə malik olmayan uşaq nəzarət formaları, böyük nəzarət vasitələri isə təxmin edilən şüurlu intizam və özünə nəzarət isə ya hələ yoxdur və ya hələ möhkəmlənməyib.

İnsan doğulduğu gündən cəmiyyət həyatına daxil olur, sosiallaşır və özünəməxsus inkişaf mərhələsi keçir. İnsanın inkişafında bioloji, sosial və psixoloji olmaqla bir çox amillər iştirak edir. Bu nöqteyi nəzərdən psixoloqlar hesab edirlər ki,uşaq və yeniyetmələrin inkişafında iştirak edən ən mühüm sosial qrup-ailədir. Ailə-sosial mövqenin formalaşmasına təsir edən ən vacib amillərdən biridir. Hər bir ailə ümumi cəhətlərlə yanaşı eyni zamanda özünəməxsus və unikal xüsusiyyətlərə malikdir.

Yeniyetməlik dövrü ailənin bütün üvzlərinin sosial,şəxsi və ailəvi münasibətlərin sınağa çəkildiyi dövrdür.

Şəxsiyyətin formalaşmasında valideynin rolu əvəzsizdir. Övlada qayğı ilə birgə valideynlər yeniyetmənin “Mən” konsepsiyasının, hisslərinin, həyat planlarını, təfəkkürün formalaşmasında mühüm rol oynayır. Valideynlər arasında tərbiyə ilə bağlı razılıq pozulursa, yeniyetməyə mənəvi, psixoloji cəhətdən yaxın, onun dayağı olan insanların mübahisəsi, xüsusilə bu mübahisəyə onun səbəb olması yeniyetməni narahat edir. Bəzən yeniyetmələrdə olan əsəb gərginliyinin, həyəcanın, aqresiyanın yaranmasında məhz belə situasiyalar az rol oynamır. Yeniyetmə üçün ailə üzvləri arasındakı münasibətlərin necə olması, valideynlərin ona münasibəti çox vacibdir. Bəzi hallarda yeniyetmənin aqressiv davranışına valideynlərin kobud cəza növlərini seçmələri də səbəb olur. Ailədə fiziki zorakılıq yeniyetmədə valideynlərinə, özünə, yaşıdlarına qarşı neqativ hisslər yaradır.

Aqressivlik problemi ilə rastlaşan bir çox valideynlər yeniyetmələrin problemli olması ilə razılaşmaq istəmir. Bəzi valideynlər tez-tez birə bir sualla müraciət edirlər: “Niyə mənim övladım qəddardır?” ,”Qızımın mənə kobud cavab verməsinə nə səbəb ola bilər?” və s. Hörmətli valideynlər,əgər sizin ailədə aqressiv yeniyetmə varsa,əvvəlcə öz davranışınıza tənqidi yanaşmağa çalışın.Aqressiv davranış modeli barəsində ilk biliklərini də yeniyetmələr ailədə mənimsəyirlər.

Sevinc Ələkbərli
(səs: 0)
Şərhlər: 10
Baxılıb: 1335
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 2387
Xəbər sayı: 898
my_angel
Yeniyetməlikdə çox yaşamışam bunları, əsasən də həssas,sıxıntılı,narahat olmuşam.
Bu gün, 06:09
10
Sən mənim qəlbimdəki bağçamın solmayan gülüsən
Şərh sayı: 1361
Xəbər sayı: 5
kivircik
Her kes bu dovru kechir. Valideynleri ile yaxin ,yaxshi munasibetde olan daha rahat atladir. Xususile qiz uchun ananin rolu boyukdu
18 aprel 2020 12:47
9
Az shikayet,chox shukur- seni mutluluga goturur!
Şərh sayı: 376
Xəbər sayı: 12
_pandam_
Turkler demis erngenler)) Valideynler usaqlarina daha cox qaygi gosdermelidiler o dovrde mene gore. En hessas olunan donemlerdi
18 aprel 2020 03:11
8
Şərh sayı: 2167
Xəbər sayı: 109
Btsarmy;)
Sitat: Lusi
Ah mənim 16 - 17 yaşım)) Elə bilirdim dünyanın sonudu. Hər gecə özümə ölüm arzulayırdım. Ərgənliyin pik nöqtəsi) Axmaq imişəm həqiqətən :D İndi elə qızları görəndə dərdləşirəm onlarla. Deyirəm 1 ildə dözün kecəcək) Adı üstündə ərgən tripləri :D

Men hele daha balacayam)))) ama 1 ay evvel duwunduklerime gulurem. Belkede gelecekdede indikilere gulecem
18 aprel 2020 00:33
7
-^ A person starts dying when they stop dreaming...✌
Şərh sayı: 513
Xəbər sayı: 272
Lusi
Ah mənim 16 - 17 yaşım)) Elə bilirdim dünyanın sonudu. Hər gecə özümə ölüm arzulayırdım. Ərgənliyin pik nöqtəsi) Axmaq imişəm həqiqətən :D İndi elə qızları görəndə dərdləşirəm onlarla. Deyirəm 1 ildə dözün kecəcək) Adı üstündə ərgən tripləri :D
18 aprel 2020 00:24
6
'- Dünya mavidir, tıpkı portakallar gibi ^^
Şərh sayı: 119
Xəbər sayı: 0
Prenlcessam
Yeniyetməlikdə olur belə hallar
17 aprel 2020 19:44
5
Şərh sayı: 80415
Xəbər sayı: 30
BARBI
Offf mende burada yazilan kimi idim.Sanki ozumu gordum.Her kese qarsi direnis icinde idim
17 aprel 2020 17:56
4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Şərh sayı: 13390
Xəbər sayı: 297
Miss_Oxatan
Yadima gelir bu periodu kecende men hem aqressiv idim hem de kapali kutu.
17 aprel 2020 14:56
3
#flatearth
Şərh sayı: 878
Xəbər sayı: 19
_Tək_ İL_
Gözəl məlumatlardı. Demək olar ki əzbərə bilirəm bunları. Biologiya müəllimi biraz sərtdi122 Əllərinə sağlıq can.
17 aprel 2020 11:52
2
Dəli ^_^
Şərh sayı: 6007
Xəbər sayı: 0
Cema_Axodova
Indiki zamanda heqiqeten uwaq boyutmek cetindi
17 aprel 2020 11:48
1
p.s

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri