Hansı tip uşaqlar daha xoşbəxtdir?

Müəllif: diablo
Şərhlər: 5
Baxılıb: 1752
Səs ver:
(səs: 0)
Bir çox valideyn uşaqlarının mükəmməl olmasının vacibliyi fikrinə köklənib. Lakin müxtəlif ölkələrdə psixoloq araşdırmaları nəticəsində məlum olub ki, uşaqların daxili azadlığı həyatlarına müsbət təsir edir.

Uşaqlar nəzarətinizdən çıxdığınız zaman onlara hirslənmək doğru deyil.Səbirli olmaq lazımdır. Çünki siz fərqində olmasanız belə, bu hərəkətlər onların gələcək həyatındakı inkişafına və müvəffəqiyyətlərinə təsir edəcək. Uşaqların dəcəl olması heç də pis deyil. Özlərini ifadə etməkdən çəkinmirlər.

Hər bir uşağın özünəməxsus şəxsiyyəti və dünya ilə qarşılıqlı əlaqəsi var. Valideynlər daim uşağı öz istədikləri kimi tərbiyələndirməyə çalışsalar, uşaqlar özlərini ifadə etməkdə çətinlik çəkəcək, əsl arzu və istəklərini təyin edə bilməyəcəklər.

Hislərindən davamlı istifadə edə bilirlər
Dəcəl uşaqlar başqaları ilə əlaqə qurarkən də emosiyalarından istifadə edirlər. Başqaları ilə münasibət zamanı səs-küylü olmağı sevirlər və bir dəqiqə belə sakit qala bilmirlər. Əgər valideynlər uşaqları susmağa məcbur etsələr və başqa heç bir cəhd göstərməsələr, uşaq dünyanı araşdırmaq imkanından məhrum olur. Dəcəl və sözəbaxmayan uşaqlar hər şeylə maraqlanmağa və ətraf mühitə daha çox meyllidirlər, çünki öyrənmək istəkləri daha güclü olur.

Hisslərini bildirməkdən çəkinmirlər
Uşaqların əksəriyyəti çox aktiv və bir qədər yaramaz olur. Bu onların təbiətinin bir hissəsidir. Onlar duyğularını ifadə etməkdən maksimum dərəcədə çəkinmirlər. Onların səs-küyündən qorxmaq lazım deyil. Bir uşaq yüksək səslə və dəlisov davranırsa, bu, onların xoşbəxt olduqlarını və özlərinə inamlarını göstərir.

Duyğusal mənada daha yetkindirlər
Yaramaz uşaqlar emosional olaraq daha yetkindirlər. Bu tip uşaqlar duyğuların həyatlarının əhəmiyyətli bir hissəsi olduğunu anlayırlar və digər insanların da duyğularını anlamağı və hörmət etməyi bacarırlar.

Ətraf mühitdə yaxşı görünməyə çalışmırlar
Nadinc uşaqlar özlərini təsdiq edəcək kimisə axtarmır.Əksinə özləri üçün nəyin yaxşı olduğunu bilirlər və bildikləri yoldan getməyə çəkinmirlər. Bilirlər ki, uğursuz olsalar da, bu dünyanın sonu deyil. Onlar üçün düzəldə bilmədikləri heç bir şey yoxdur. Dəcəl uşaqların necə görünmək dərdi olmur və onlar tənqid olunmaqdan utanmırlar. Çünki onlar üçün ən önəmli şey yenə də öz fikirləridir.

Özgüvənləri tamdır
Yaramaz uşaqlar, duyğularını şişirtməyi sevmirlər. Çünki valideynlərinin onları davranışlarını pis olsa da sevəcəklərini bilirlər. Bu uşaqlarla münasibətdə valideynlər də diqqət etməlidirlər.. Uşaqlara kifayət qədər emosional dəstək verib, onları sıxışdırmadan da onlara necə yaxşı davranmağı öyrədə bilərlər.

Problem həll etmə bacarıqları
İtaətkar uşaqlar həddindən artıq uyumlu olmaqdan əziyyət çəkirlər. Yaramaz uşaqlar isə daha kortəbii və problemlərdən çıxmaq üçün fərqli yanaşmaları seçməyi sevirlər. Həm də belə uşaqlar stressə daha davamlıdırlar və yaranmış vəziyyətdən tək də çıxa bilərlər.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1752
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 13390
Xəbər sayı: 297
Qeydiyyat: 19.11.2012
Miss_Oxatan
Menim kiz da nadincdi bur saniye dayanmir sadece meni narahat eden bir wey var her weyden cox tez bezir.cox hevesle hansisa bir oyuncagi gunlerle arzu eder alin deye.cox hevesle isteyer ama aldigimizda bew deqiqe oynayar ya yox.
18 may 2020 14:43
5
#flatearth
Şərh sayı: 6005
Xəbər sayı: 0
Qeydiyyat: 16.11.2017
Cema_Axodova
Balacam cox nadincdi istediyin eleydirer ancaq boyuyum muhite uygundu en cox qarwidaki insanin isteklerin nezere alir
17 may 2020 23:28
4
p.s
Şərh sayı: 374
Xəbər sayı: 12
Qeydiyyat: 31.03.2020
_pandam_
Hiperaktif uşaqlar çoxdu. Amma çox teesüfki bir çox valideyn bunu pis birşey kimi görür. Ve uşağa isdediyi kimi davranmasına icaze vermir. Ve buda gelecekde doğurdanda problemlere sebeb olur.. Yazılanlara tamamile qatılıram çox doğru fikirlerdi..
17 may 2020 22:25
3
Şərh sayı: 80414
Xəbər sayı: 30
Qeydiyyat: 5.03.2012
BARBI
Hisslerini tam sekilde ifade eden usaq xosbextdi
17 may 2020 22:12
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Şərh sayı: 4089
Xəbər sayı: 47
Qeydiyyat: 19.11.2017
fiyonik
Dəcəl uşaqlar haqqında oxumalıyam xəbəri,çünki biri də bizdə var. Çox sual verir, hər şeylə maraqlanır,amma özünü insanlara çox yaxşı sevdirə bilir. Bəzən elə dəcəllik edir ki sanki dəcəllikdən zövq alır. Maraqlı məlumatdı. Öyrənmək mənə xoş oldu. Təşəkkürlər!
17 may 2020 22:07
1
"-Bir Leyla değildim belki,sense bir Mecnun. Sen bir kere ıssız çöllerde yana yakıla aramadın,ama ben seni hep bekledim Züleyhanın Yusufu beklediği gibi bekledim seni. Aldatıllığını bilen bir Piraye olmama rağmen,Nazimi sever gibi sevdim seni.-"
'Hercai'm...İlk ve son kez aldanmışlığım...Yürek sızım...Meftunum.'
Reyyan

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri