Uşaqların qəribə davranışlarının mənası

Müəllif: Diablo
Şərhlər: 6
Baxılıb: 2 589
Səs ver:
(səs: 0)
Daima paltarlarını çıxarmaq
Uşaqlar çılpaq olmaqdan utanmazlar. Hər yerdə paltarını çıxara bilər. Geyimləri onları narahat etdiyi üçün bunu edir. Soyunmanın başqa səbəbi, uşaqların bunu özləri etməyi öyrənmək istəməsidir.

Əşyaları qulaqlarına, burunlarına və ya ağızlarına soxmaq
Uşaqlar dünyanı kəşf etməyi sevir. Buna görə bəzi oyuncaqları qulaqlarına, burunlarına və ağızlarına soxa bilirlər. Bunu yoxlayaraq, nə olacağını görmək istəyirlər.

Öz saçını dartmaq
Yaşı 2 yaşdan az olan uşaqlar özlərini sakitləşdirmək üçün saçlarını çəkirlər. Bu yayılmış uşaq davranışıdır. 3 yaşında isə valideynlərinin buna necə reaksiya verdiyinin fərqində olacaq, bu davranışı diqqət çəkmək üçün edə bilər. Daha böyük uşaqlarda saç dartma psixoloji problemlə əlaqəli ola bilər. Bunun üçün mütəxəssislə görüşün.

Həmişə eyni kitabı oxumağı istəmək
Bildikləri hekayəni dinləmək uşaqların özünü etibarlı mühitdə hiss etməsinə kömək edir. Bu idarə onlara rahatlıq hissi verir, özlərini güvəndə hiss edirlər. Valideynlərinin yatmadan kitab oxuyacağını bilirlər, hekayənin necə davam etdiyini bilirlər. Beləliklə, rahat yuxuya gedə bilirlər.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 589
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri