Uşaqlı ailələr ev təmizliyində nəyə diqqət etməli?

Müəllif: Diablo
Şərhlər: 3
Baxılıb: 3 280
Səs ver:
(səs: 0)
1. Evi havalandırmalı
Gigiyenanı təmin etməyin ən əsas yolu evi havalandırmaqdır. Qapalı məkanlarda mikrobların çoxalması artır. Gündəlik olaraq otaqların havasını dəyişin. Təmiz hava uşaqların sağlamlığı üçün olduqca faydalıdır

2. Tozlara diqqət
Evə hər yerdən toz girə bilər, toz xəstəliyə səbəb ola bilər. Tozlar davamlı təmizlənməlidir. Toz alergik xəstəliklərə səbəb ola bilir.

3. Yerlər hər gün silinməli
Evin içində ən çox təmas etdiyimiz yer döşəmədir. Xüsusilə, evdə körpə varsa, oyun oynayarkən döşəmə ilə çox təmasda olur. Bu səbəbdən yerlər antibakterial məhsullarla təmizlənməlidir.

4. Təbii təmizlik məhsullarına üstünlük verilməli
Təmizlik məhsullarının içində olan kimyəvi maddələr, uzun müddətli istifadə üçün faydalı deyil. Xüsusilə, uşaqlı evlərdə təbii təmizlik üsullarına üstünlük verilməlidir. Limon, sirkə və duzla hazırlaya biləcəyiniz təmizli məhsulları daha məqsədə uyğundur.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 280
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri