Uşaqlara geyim seçərkən nələrə diqqət etməli?

Müəllif: Diablo
Şərhlər: 8
Baxılıb: 3 161
Səs ver:
(səs: 0)
Dəbli görünmək böyüklər qədər uşaqların da haqqıdır. Körpələr üçün kiçik paltarlar seçmək olduqca əyləncəli olsa da, bu geyimləri alarkən təkcə görünüşünə deyil materialına, hətta tikilişinə belə diqqət etmək vacibdir. Bunlar mövsümdən asılı olmayaraq hər zaman nəzərə alınmalı xüsusiyyətlərdir.

Bəs görəsən isti yay aylarında uşaqlara paltar seçərkən nələrə diqqət edilməlidir?

3 yaşlı Diləyin anası Samirə xanım bildirdi ki, qızım olacağını biləndə ilk ona geyindirəcəyim paltarlara görə daha çox sevinmişdim. Çünki qız uşağı üçün geyim seçmək daha rahat, daha maraqlıdır:

“Geyim seçərkən təbbi ki, birinci növbədə onun materialına, keyfiyyətinə daha çox önəm verirəm. Mənim qızımın da yaşı az olmasına baxmayaraq geyimə qarşı olduqca həssasdır. Hər paltarı geyinməz. Birinci növbədə onun əyninə rahat olmalıdır. Əgər onu sıxdısa ikinci dəfə geyinməz. Mən də bir qədər rahat ola biləcəyi geyimlər alıram. Yayda isə buna daha çox diqqət yetirmək lazımdı. Havalar isti olduğu üçün sərin saxlayan geyimlərə üstünlük vermək lazımdı. Məsələn, daha çox kətan köynəklərə, şortlara, donlara üstünlük verirəm”.

Valideyn Samirə Qasımova onu da qeyd etdi ki, uşaq paltarları böyüklərinkinə nisbətən baha olur. Amma keyfiyyətli paltarın qiyməti də yaxşı olmalıdır:

“Buna isə düzü az fikir verirəm, çünki daha çoz ona ziyansız olanı seçirəm. Ucuz ətin şorbası olmaz. Aldığım paltarı isə mütləq yuyub, ütüləyib sonra geyindirirəm. Buna təkcə geyimdə deyil, onun üçün yeni nə isə alanda da fikir verirəm. Oyuncaq, ayaqqabı və. s kimi hər şeydə. Məsələn, ayaqqabı alanda onun bir aksessurar olmadığını nəzərə alıram”.

Həkim-pediatr Əli Quliyev bildirdi ki geyimlərin uşağınızın sağlamlığına böyük təsiri var:

“Alınan paltar içində rahat hərəkət edilə biləcək və bol olmalıdır. Diqqət etmək lazımdır ki uşaq iməkləyərkən yaxud da hərəkət edən zaman qol və ayaq hissəsi uşağın hərəkətinə məhdudiyyət yaratmasın. Yeni uşaq geyimləri seçərkən, uşağınızın dəri sağlamlığını nəzərə alaraq alış-veriş etməyə çalışın. Burada əsas diqqət olunmalı məqam isə paltarın materialıdır. Alınan geyim yun və ya “sintefon” material ola bilər ancaq çalışmaq lazımdır ki paltar dar olmasın”.

Sonda onu da qeyd edək ki, uşaqlar bizim gələcəyimizdir onları qorumaq bizim borcumuzdur.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 3 161
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri