Doğulacaq körpənin qız və ya oğlan olması daha çox kimdən asılıdır?

Şərhlər: 8
Baxılıb: 3174
Səs ver:
(səs: 2)
XXI əsr olmasına baxmayaraq, elmin-tibbin inkişaf etdiyi bir zamanda hələ də uşağın cinsiyyətinə görə qadınları qınayan kişilər və hətta qadınlar da az deyil.

Döllənmə zamanı uşağın cinsiyyətinin necə formalaşması və qismətinizə oğlan və ya qız yazılmasının təbii, tibbi prosesini izah edirik. Qadının bütün yumurta hüceyrələri X xromocom tərkiblidir. Kişinin yüz milyonluq sperma payının yarısı X xromosom, yarısı isə Y-xromosomdur.
Əgər qadının onsuz da bir tip olan X xromosomlu yumurtahüceyrəsi ilə kişinin X spermatozoidi birləşsə, XX – deməli qız uşağı döllənir, əgər Y xromosomlu spermatozoid birləşsə XY – deməli, oğlan mayalanır.
Bu sadə bioloji qanunauyğunluqla demək olar ki, gələcək uşağın cinsi atanın xromosomlarından, daha doğrusu hansı spermatozoidinin irəli düşməsindən asılıdır.
Lakin bir çox mütəxəssislər bildirir ki, bu hələ hamısı deyil: uşağın cinsi ananın da qidalanmasından, atanın genlərindən, qidasından və cinsi əlaqə aktının formasından belə asılıdır.
Bununla barışmaq lazımdır, çünki hər bir fikrin elmi izahı və araşdırması var.

Qadından nə asılıdır?
Əgər qadının yumurtahüceyrəsinin DNT-də genetik olaraq hər hansı mutasiya varsa, bu zaman onda X spermatozoidlər yaşamır. O zaman bu qadından doğulan uşaqlar ancaq oğlan olacaq.

X və Y spermatozoidləri fərqli xassələrə malikdirlər – onlar həyata da, qadın orqanizminə də, yumurtahüceyrəyə də müxtəlif cür reaksiya göstərirlər.
Əgər bu fərqlilikdə X spermatozoidlər daha dözümlü, aktiv və qadın orqanizminə və mayalanma prosesinə dözümlüdürsə, bu cütlüyün daim qızı olur, yox əgər Y smermatozoidlər daha adekvatdırsa, oğlanları doğulur.


Spermatozidlərin qaçışı
Uşaqlıq yolunun pH mühiti spermatozidlər üçün xoş deyil, turşu mühitdə onların yarıdan çoxü ölür. Ona görə yalnız güclü, sağlam spermlər bu yolu keçə bilərək, döyüş vəziyyəti alır.
Uşaqlıq yolunda X və Y spermatozoidlərdən hansının çox tələf olması isə bir sıra amillərdən asılıdır:
-kişinin toxumunun keyfiyyəti, irsi genetik amilləri, nə qədər müddətdir əlaqədən qorunub, sağlamlığı, yaşı
-Qadının uşaqlıq yolunun mühitinin çox turş olmaması – bu da qadının genləri, sağlamlığı, qidalanması
-Cinsi əlaqənin sayı, vaxtı, davamlılığından – səhər və ya axşam, birinci və ya üçüncü dəfənin rolu var
-Orqazmin güclü olması: bu zaman spermlər uşaqlıq yolunda heç çox qalmayaraq, düz uşaqlığa doğru düşür


Bəs nə etməli?
İmmun sistemi zəif, sinir sistemi çökmüş, yorğun, pis qidalanan cütlüklərdə bir çox problemlər yaşanır ki, bu da ümumiyyətlə hamilə qalmağa mane olur.
Amma nəzərə alın ki, X spermatozoidlər – yəni qız hüceyrələr Y spermatozoidlərə nisbətən daha davamlı, güclü və dözümlü olur.

Daha bir tədqiqat isə göstərib ki, uşağın cinsiyyəti kişi və qadının çəkisindən, piylənmə dərəcəsindən çox asılıdır. Belə ki, kök qadınların, yəni şəkisi 70-dən yuxarı olanlarda oğlan olma, çəkisi 53-dən aşağı olanların isə qız doğma şansı yüksəkdir.

Daha bir tədqiqat göstərir ki, döllənmənin ilin hansı fəslində olmasının da rolu var. Payız döllənməsində daha çox oğlan, yazda isə qız olur.
Yaponlar isə bildirir ki, kişinin çox siqaret çəkməsi oğlan doğulması şansını azaldır.

Əgər intim əlaqə ritmi dinamik, müntəzəm və son 3 ayda çox olubsa, oğlan olmaq ehtimalı yüksəlir.

Amma döllənmənin 70%-i kişidən asılıdır. Çünki bir xromosomu olan qadın yumurtasına hansı xromosomlu spermin çatacağı qadından asılı deyil.
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 3174
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 1448
Xəbər sayı: 0
♡iLK NUR♡
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
15 oktyabr 2020 22:40
8
⚘⚘⚘İlk Nur ⚘⚘⚘
Şərh sayı: 802
Xəbər sayı: 1
guzellik
Allah butun ana qiz oglan Feriq Allah butun hamiya qismet elesin Allah esgerler Oruro Allah komek olsun Allah duva qebul elerim esgerler bayram veten saxlarim Allah duva qebul elerim Amin
15 oktyabr 2020 17:53
7
sade semimi merbandan kino medcezir
Şərh sayı: 6391
Xəbər sayı: 0
Cema_Axodova
Qız oğlan olması ancaq bizdə moddu
15 oktyabr 2020 17:40
6
p.s
Şərh sayı: 87
Xəbər sayı: 0
gönül
Kisiden asilidi
14 oktyabr 2020 21:25
5
Şərh sayı: 81108
Xəbər sayı: 30
BARBI
Usagin oglan ya qiz olmasi tamamile kisiden asilidir
14 oktyabr 2020 21:14
4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Şərh sayı: 1368
Xəbər sayı: 133
GüL
Tebii ki usaqlarin cinsiyyeti tamamile kisilerden asilidir.
Dirnaq arasi cahil insanlar "niye oglan dunyaya getirmirsen, qiz oldu bosa" deyenler oxusun bu xeberi
Biri menim atam, ata adina layiq olmayan kisi. Qiz oldum deye anami bosayan kisi ehhh
14 oktyabr 2020 20:52
3
Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı ardı var...
Şərh sayı: 723
Xəbər sayı: 0
_HeRBici_SeVgiLisi_
meselcun oglan ve ya qz oldugunu bilmek ucun xususi cedvelde olur. Yeni o cedvellede qz ve ya oglan oldugunu bilmek olur. Yeni onlada bilmek ucun xususi olunan weyleride bilmek lazmdi))))))))

mence esas uwagin saglam olmasi daha vacibdi.
Allah olmuyanlara qismet etsin...
14 oktyabr 2020 17:14
2
_HeRBici_SeVgiLisi_
Şərh sayı: 1085
Xəbər sayı: 0
♡Tək Nur♡
Bu heç kimdən aslı deyil təki sağ salamat dünyaya gəlsin hər şey Allahın əlindədi
14 oktyabr 2020 17:01
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri