Uşaqlarımız nəyə baxır?

Şərhlər: 4
Baxılıb: 1686
Səs ver:
(səs: 1)
Son zamanlar bir çox əcnəbi uşaq kanallarında gündüz saatlarında erotik xarakterli cizgi filmlərinin verilməsi valideynlərin narahatlığına səbəb olub. Bu məsələ daha çox sosial şəbəkələrdə müzakirə edilib. Bir-birini daha diqqətli olmağa çağıran valideynlər belə filmlərin uşaqların psixologiyasına ağır zərbə vuracağından narahat olurlar.

Mütəxəssislərin fikrincə, uşaqların yaşlarına uyğun olmayan filmlər, səhnələr, şəkillər görməsi onların gələcək həyatı üçün ağır zərbə ola bilər.

Psixoloq Fərqanə Mehmanqızının sözlərinə görə, cinsi həyat, hamiləlik, seks kimi mövzuların təlqin edildiyi cizgi filmləri uşaqların psixologiyasına ağır zərbə vurur: “Bu mövzular izah edilməsə belə, cizgi filmlərində söyüş söyülməsi, təhqirlərin istifadə edilməsi uşaqlarda davranış pozuntusuna səbəb ola bilər. Uşaqlar belə mövzuları 12-13 yaşından sonra addım-addım öyrənməlidir. Amma bəzi valideynlərin uşaqlarını sakitləşdirmək üçün televizorda uşaq kanalını açıb uşağı oturdur qarşısında. Özü isə ara-sıra uşağına baş çəkir ki, yaxşıdırmı. Uşağın nə izlədiyinə isə fikir vermir. Belə cizgi filmlərinə baxan uşaqlar böyüyəndə cəmiyyət üçün potensial pedofil, zoofil və ya cinayətkar olurlar”.

Müsahibimiz bildirir ki, uşaqlar gördükləri mövzuları öyrənənə qədər, oyun kimi öz aralarında oynayırlar. Bu da uşaqların sağlam mühitdə olmaması deməkdir. Yəni, hansısa uşağın valideyni ona nəzarət etmirsə, məktəbdə, bağçada digər uşaqların da tərbiyəsi, əxlaqı, həyatı təhlükədə olur: “Bəzən valideynlər sevinə-sevinə deyir ki, “oğlum qız sevir”, “oğlum qızı öpdü” və s. Bu ifadələr uşağın düzgün tərbiyə edilməməsinin, daha doğrusu nə izlədiyinə diqqət yetirməməsinin nəticəsidir”.

Psixoloq bildirir ki, daha çox 6 yaşına qədər uşaqların davranışlarına, televizorda nə izlədiyinə diqqət yetirmək lazımdır. Çünki bu yaşa qədər olan dövr uşağın mənimsəmə dövrüdür. Həmin dövrdə uşaq nəyi görürsə mənimsəyir və təqlid edir: “Bəzən valideynlər azyaşlı oğlan uşaqlarına küçə söyüşləri öyrədir və bununla qürur duyurlar. Bunun qısa adı tərbiyəsizlikdir. Bu gün elə ifadələr öyrənən uşaq bağçada, məktəbdə yoldaşlarına, müəllimlərinə də eyni ifadələrlə müraciət edəcək, söyəcək. Uşaq ailənin güzgüsü olduğu üçün uşağınızın davranışı sizin tərbiyənizdən xəbər verir”.

Ekspert məsləhət görür ki, 8 yaşına kimi uşaqlara gündə 3 dəfə 30 dəqiqə cizgi filmi izləməyə icazə verilməlidir. Uşaqlarla vaxtaşırı izlədikləri cizgi filmləri haqqında fikir mübadiləsi aparılmalı, gördükləri mövzularla bağlı fikirləri öyrənilməli, onlara bu məsələlər daha xırdalığı izah edilməli və ehtiyac olduğu zaman mütəxəssisə müraciət olunmalıdır. Belə ki:

6 yaşına kimi uşaqlar nəzarətsiz buraxılmamalıdır. Onların cizgi filmi izləməsi nəzarətdə saxlanılmalıdır.

8 yaşına kimi uşaqlara gündə 3 dəfədən artıq film izləməyə icazə verilməməlidir.

Uşaqlar cizgi filmi izləyən zaman valideyn çalışmalıdır ki, filmi onunla birlikdə izləsin və izah etsin.

Söyüş, təhqiredici ifadələr, cinsi həyat, seks, hamiləlik və s. bu kimi ifadələrdən istifadə edilən cizgi filmləri izlənilməməlidir.

Uşağınızda yaşına uyğun olmayan davranışlar müşahidə etdiyiniz zaman mütəxəssisə müraciət etməyiniz vacibdir.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 1686
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 1850
Xəbər sayı: 0
♡iLK NUR♡
Öncəliklə uşaqların baxdıqları filim və ya cizgi filimi onların yaşlarına uyğun olmalıdır.
Fiyonik canım məndə izləyirəm canım kardeşim cizgi filimini çox maraqlıdıeee122


Təşəkkürlər
24 oktyabr 2020 10:14
4
Zəfər bizimdir. QARABAĞ AZƏRBAYCAN' DIR!
Şərh sayı: 4986
Xəbər sayı: 48
fiyonik
Profildəki ekranda,deyəsən, Mine və Müge gedir :)
Çizgi film hələ də izləyirəm və onu deyə bilərəm ki, bəzi şeylər var ki,onlar uyğunsuz olur. Məsələn 6 yaşındakı əmim qızı Mucize uğur böcəyi və kara kedinin öpüşməyini gözləyir. Bəzi çizgi filmlər uşaqlar üçün uyğunsuzdur. Uşaq sakitcə televizora baxırsa hələ durub onsuzda yox izlədiyini analiz edib sonra icazə verilməlidir, mənim fikrimcə.
Maraqlı məlumatdır. Təşəkkürlər
23 oktyabr 2020 23:22
3
"-Bir Leyla değildim belki,sense bir Mecnun. Sen bir kere ıssız çöllerde yana yakıla aramadın,ama ben seni hep bekledim Züleyhanın Yusufu beklediği gibi bekledim seni. Aldatıllığını bilen bir Piraye olmama rağmen,Nazimi sever gibi sevdim seni.-"
'Hercai'm...İlk ve son kez aldanmışlığım...Yürek sızım...Meftunum.'
Reyyan
Şərh sayı: 1465
Xəbər sayı: 0
♡Tək Nur♡
bir sözlə uşaqları gözdən bir dəyqədə olsun qoymaq olmaz
23 oktyabr 2020 22:17
2
Şərh sayı: 81246
Xəbər sayı: 30
BARBI
Usaqlari daim nezaretde saxlamaliyiq ki onlar basqa tereflere meyil salmasin
23 oktyabr 2020 20:14
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri