Uşaqlar niyə dırnaqlarını yeyir? - Səbəblər

Şərhlər: 5
Baxılıb: 2049
Səs ver:
(səs: 1)
Yeniyetmələrdə qayğı, stress, depressiya dırnaq yemə vərdişinin formalaşmasına səbəb ola bilər. Bu hal uşaqlarda daha fərqli səbəblərdən də yarana bilər. Demək olar ki, ailələrin çoxunda uşaq dırnağını yeyir. Bəs, bunun səbəbləri haqqında heç düşündünüzmü?
Qadınla.Com xəbər verir ki, böyüklərdə olduğu kimi uşaqlarda da stress, depressiya müşahidə edilir.

Mütəxəssislərin bildirdiyinə görə, dırnaq yeyən uşaqlar əsasən psixoloji gərginlik keçirərək bu vərdişə tutulurlar.

Ailədə baş verən şiddətli mübahisələr, boşanmalar, qohumlardan birini itirmə, məktəbdə yaşanan sıxıntılar uşağınızı gərginliyə salır. Uşaq da bu hallara dırnaqlarını yeyərək reaksiya göstərə bilir.

Böyümək çox çətin və həyəcanlı prosesdir. Bəzən böyüklər fikirləşirlər ki, uşaqların heç bir problemi olmur və ya onların tək problemi səhər yataqdan durub bağçaya, ya da məktəbə getməkdir. Əslində bu tamamilə yanlış fikirdir.

Övladınız ilə danışaraq problemlərini öyrənə və nədən qorxduqlarını soruşa bilərsiniz. Əgər dırnaq yeməyə nəyin səbəb olduğu ilə bağlı ehtimalınız varsa, bu vəziyyətin ən qısa zamanda keçəcəyini və ya öhdəsindən necə gələcəyi haqda danışa bilərsiz.

Müəyyən sədlər çəkərək bu vərdişdən yaxa qurtarmaq mümkündür. Uşaqlarınızı cəzalandırmaq əvəzinə onlara qulaq verin və məsələnin nə olduğunu öyrənin.

Əgər övladınızın problemlərini həll etməkdə çətinlik çəkirsinizsə, mütləq psixoloqdan məsləhət alın.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2049
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 630
Xəbər sayı: 0
Sevinc
Mende yemisem cox tessuf ona gore indi dirnaqlarimin mayasi yoxdur.
12 noyabr 2020 13:46
5
Esil dostluq el ile göz kimidir. El ağrı yanda, göz ağlar. Gözden yaş gelince el onu siler... Varmi bele dostluq?!
----
Şərh sayı: 1754
Xəbər sayı: 0
♡iLK NUR♡
Uşaqları belə vərdişlərdən uzaq tutmalıyıq.
Təşəkkürlər
4 noyabr 2020 22:45
4
Zəfər bizimdir. QARABAĞ AZƏRBAYCAN' DIR
Şərh sayı: 6407
Xəbər sayı: 0
Cema_Axodova
Qızım 3yaşında yeyurdi. Acı lakla tərgiZdim tərgizdim.daha bu zamanacan yemir.
31 oktyabr 2020 14:01
3
p.s
Şərh sayı: 81216
Xəbər sayı: 30
BARBI
Hmmm olur bu hallar.Usaq nedense qorxduqda bu hal bas verir
31 oktyabr 2020 08:01
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Şərh sayı: 1339
Xəbər sayı: 0
♡Tək Nur♡
mən çox rast gəlmişəm bu hadisəyə amma mikrobdu olmaz
30 oktyabr 2020 17:09
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri