Xoşbəxt uşaq böyütmək istəyirsinizsə... – 10 QIZIL QAYDA

Müəllif: my_angel
Şərhlər: 1
Baxılıb: 3 188
Səs ver:
(səs: 0)
Bütün valideynlər övladlarının xoşbəxt olmasını istəyir və bunun üçün çalışırlar.

Lakin çox zaman uşaqlarını xoşbəxt etmək üsulunu düzgün tətbiq edə bilmirlər. Türkiyəli pxisoloq-uzman Qamze Eser uşağı xoşbəxt böyütməyin qaydaları haqqında maraqlı araşdırma aparıb. Türkiyəli mütəxəssisin 10 qızıl qaydasını sizə təqdim edirik.

Tutarlı olun
Tutarlılıq hər kəsin özü üçün istədiyi, amma çox vaxt qarşısındakına tətbiq etmədiyi bir anlayışdır. Uşaqların böyüdülməsi və tərbiyə edilməsində əhəmiyyətli davranış formalarından biri də budur. Düzgün rol modeli ola bilmək üçün sözlərimizlə davranışlarımız bir-biri ilə üst-üstə düşməlidir. Hər zaman paylaşmanın vacib olduğu haqqında danışan bir atanın, təcili olaraq ehtiyacı olan dostuna avtomobilini verməməsi tutarsızlığın ən sadə nümunəsidir.

Sevginizin düzgün nümayişi
Şübhəsiz hər ana-ata uşağını çox sevir. Əhəmiyyətli olan bunu doğru şəkildə göstərmək və sevginin şərtsiz olduğunu öyrətməkdir. Şərtlər və istəklər üzərində qurulmuş sevgi əlaqələri, həm qarşılıqlı güvəni şübhə altına alır, həm də dəyərsizlik hissi yaşadır. Hər bir insan şərtsiz sevildiyi zaman xoşbəxtdir və şərtsiz sevməyi öyrəndiyi zaman hüzurludur.

Rəqabəti deyil, əməkdaşlığı öyrədin
Hər kəs rəqabət mühitində yaşaya bilmək iqtidarında deyil. Sözsüz ki, bu hər kəsə eyni təsir göstərmir. Lakin bu, əməkdaşlıq duyğusu, inteqrasiya, təlimçi və içində hörmət saxlayan bir duyğudur. Komanda idman növləri, qrup işləri, birlikdə oyun oynamaq, məktəb layihələri kimi fəaliyyətlərdə birləşdirici və tamamlayıcı yanaşmada olmağa üstünlük verin.

Edə biləcəyi işləri əlindən almayın
Uşaqlar hansı yaşda olursa-olsun işə yaradığını hiss etmək istəyir və bu duyğu onların var olma motivlərini gücləndirir. Nərdivanla çıxmaq, masa hazırlamaq, qapını açmaq və bunun kimi hər yaşa uyğun bəzi fiziki hərəkətləri reallaşdırmasına icazə vermək uşağınızın özünə inamını möhkəmləndirir və bacara bilmək duyğusunu yaşamağını təmin edər. Bu duyğunu uşağınızın əlindən almayın.

Hörmət öyrədin
İnsanın sahib olması lazım olan əsas duyğulardan biri də özünə və başqalarına hörmət etməsidir. Uşaqlarımıza bunu yalnız davranışlarımızla göstərə bilərik. Çünki onlar bizim aynamızdır. Onlar nə danışdığımıza deyil, necə davrandığımıza baxarlar və özlərini bu formada istiqamətləndirərlər. Dostlarımıza, həyat yoldaşlarımıza göstərdiyimiz hörmət onlar üçün bir göstəricidir.

Mükəmməl heç nə yoxdur
Hər şeyin əla olmasını istəmək uşağa zərər verir. Heç kim mükəmməl deyil. Heç siz də deyilsiniz. Özünüzdə çatışmayanları və özünüzün etmədiklərinizi uşaqların etməsini istəmək və onları buna məcbur etmək onları xoşbəxt böyütməyə imkan verməyəcək.

Keçmişlə yaşamaq və yaşatmaq
Davamlı olaraq keçmişdən bəhs etmək, yaşanan mənfi halları durmadan xatırlamaq, etdiyiniz səhvləri bağışlamamaq uşaqlarınızın sizdən uzaqlaşmasına və onları anlayacaq başqa birilərini axtarmağa vadar edə bilər. Bunun yerinə bağışlayın, dinləyin və keçmişdə yaşamağa çalışmayın.

Ona önəmli olduğunu hiss etdirin
Hamımız sevdiyimiz insanlar tərəfindən qiymətli olduğumuzu hiss etmək və bilmək istəyərik. Uşaqlara qiymətli olduqlarını maddi formada göstərməyə çalışmayın. Bu halda onlar dəyərli olduqlarını səhv formada anlayacaqlar. Eyni zamanda siz onların xoşbəxtliyin təməlinin pula bağlı olduğunu göstərmiş olacaqsınız. Uşaqların özlərini əhəmiyyətli hiss etmələri üçün sizin gözəl sözləriniz və davranışlarınıza ehtiyacı var.

Müqayisə etməyin
Müqayisə edilməyi sevən insan yoxdur. Xoşunuza gəlməyən, təhqiredici və özünə inam hissini aşılayan bu davranışı uşaqlarınıza tətbiq etməyin. Hər kəs dünyaya fərqli barmaq iziylə gəlib. Demək, heç kimin məktəbdə aldığı təhsili, ictimai və fiziki bacarıqlarını bir başqası və ya başqaları ilə müqayisə etmək olmaz. Hər kəs xüsusidir. Hamımızın bacarıqları fərqlidir. Daim yaşıdları ilə müqayisə edilmək uşaqları bədbəxt edir.

Sual vermək bacarığı
Uşaqlarınızın istəkləri, davranışları, fikirləri ilə maraqlanın. Bunun üçün suallar verin və cavablar gözləyin.
Əsla mühakimə etməyin, “mən elə istəyirəm, elə olacaq!” deməyin. Uşağınıza “bəli” və ya “xeyr” cavabını verərkən mütləq səbəbini də izah edin. Bu halda o da sual verməyi və hər deyilənin doğru olmadığını öyrənəcək.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 188
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri