Ana südünü artırmağın yolları - Bunları yesəniz...

Müəllif: my_angel
Şərhlər: 1
Baxılıb: 3 172
Səs ver:
(səs: 0)
Övladına süd verən anaların ən böyük narahatlığı körpəyə yetəri qədər qida verib-vermədikləri ilə bağlıdır. Mütəxəssislər isə ana südünün keyfiyyətini artırmağın ən doğru yolun sağlam qidalanmadan başladığını hesab edirlər.

Sağlamlığımız üçün faydalı olan su eyni zamanda ana südünün artırılmasına kömək edir. Ana südünün təxminən 88 faizi sudan ibarətdir. Həm özünüzün, həm də ana südü ilə qidalanan körpənizin sağlamlığı üçün gündə ən azı 3 litr su içməyiniz tövsiyə olunur.
Ana südünü daha qidalı hala gətirən və immuniteti gücləndirən, omeqa-3 yağ turşuları ilə zəngin olan qızılbalığı həftədə iki dəfə olmaqla qida rasionunuza əlavə edə bilərsiniz. Balığı qızartmaq əvəzinə, buxarda və ya manqalda hazırlamaq faydalıdır.

Həzm prosesini tənzimləyən və uzun müddət tox qalmağınıza kömək edən yulaf tərkibindəki betaqlükan, bitki mənşəli estrogen və tərkibindəki digər maddələr sayəsində həm ana südünü artırır, həm də ana südünün ifraz olunmasına imkan verən hormonların istehsalını dəstəkləyir.
Səhər yeməyində çörəyi yulafla əvəzləyə bilərsiniz. Yaxud da qəlyanaltı zamanı qatığınıza 2 şorba qaşığı yulaf əlavə edərək istehlak edə bilərsiniz.
Eyni zamanda razyana və şüyüd istehlak etmək ana südünü artırmağa kömək edən ən yaxşı qidalardandır. 1 çay qaşığı qurudulmuş şüyüd toxumunu 5 dəqiqə isti suda islatmaq və gündə 2 stəkan istehlak etmək olar. Şüyüd südlə qarışaraq körpəyə keçir, bu isə həm ana, həm də körpədəki həzm problemləri üçün xeyirlidir.
Bununla yanaşı, soğan və ya sarımsaq da ana südünü artırmağa və ananın immunitet sistemini gücləndirməyə kömək edir.

Mövsüm meyvə tərəbvəzlərin də istehlakı ama südünü artırır. Hər gün yaşıl yarpaqlı tərəvəzlərdən ən azı bir porsiya istehlak edə bilərsiniz.
Qoz, fındıq və ya badam kimi tərkibində bədəndə sintez edə bilməyəcəyimiz sağlam yağ turşuları olan çərəzlər laktasiya dövründə anaların qidalanma siyahısına daxil edilməlidir. Gündə 2 porsiyon (20 fındıq və ya 4 bütöv qoz və ya 12-15 badam) çərəz qida rasionuna əlavə edilməlidir.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 172
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri