Uşaq tərbiyəsində 7 vacib məqam

Müəllif: Diablo
Şərhlər: 2
Baxılıb: 3 881
Səs ver:
(səs: 0)
Valideynlər, uşağın şəxsiyyətinin formalaşdığı 3-4 yaşdan etibarən davranış və inkişafını yaxından izləməli və əxlaqi anlayışları anlamağa başladığı 7-8 yaşdan etibarən də əxlaqi dəyərləri ona öyrtəməyə başlamalıdırlar.

Valideynlərin öz övladına vaxtında vermədiyi əxlaqi tərbiyə ona nə məktəbdə, nə də cəmiyyətdə öyrədiləcək. Ona görə valideynlər gərək övladlarının bütün yaş dövründə təlim və tərbiyiyəsinə xüsusi diqqət yetirsinlər. Bu dövrlədə valideynlər hansı nöqtələrə diqqət etməlidirlər?

Beləliklə uşaqların tərbiyəsində vacib olan 7 məqamı təqdim edirik:

1) Valideynlər uşağa yaxşı nümunə olmalıdırlar.
Davamlı yalan danışan, uşaqlarının yanında insanların zəifliklərini və eyblərini açıqlayan valideynlərin uşaqlarının da bu davranışları sərgiləmələri təbii bir haldır. Bu səbəbdən ata və analar öz əziz övladlarının yanında danışanda diqqətli olmalıdırlar. Əgər istəyiriksə cəmiyyətə gözəl əxlaqi xüsusiyyətlərə sahib övlad təqdim edək, onda gərək gözəl sözlər danışaq.

2) Sevgiyə arxalanan bir tərbyə üsulu olmalıdır
Uşağınıza dəyər verib sevginizi hiss etdirməniz onun sizə qucaq açmasına səbəb olacaq. O da sizi sevəcək və sizə məhəbbət göstərəcək. Verdiyiniz əmirləri sevərək yerinə yetirəcək. Yox, əgər öz övladınıza əxlaqi dəyərləri qəzəb və kinlə öyrətməyə və ya deməyə çalışsanız, onda övladınız nəinki sizə qulaq asacaq, bəlkə sizdən intiqam alamağa da çalışacaq.

3) Əxlaqi dəyərlər “qadağa zənciri” kimi təqdim edilməməlidir
Çünki bu cür yanaşma tərzi uşağın əxlaqi dəyərlərə qarşı sərt reaksiya verməsinə səbəb olacaq. Valideynlər məqbul və məntiqli izahlarla əxlaqi dəyərlərin lazımlılığını və bu dəyərlərə yiyələnməyin gündəlik həyatdakı əhəmiyyətini uşağa başa salmalıdırlar. Ümumiyyətlə, təlim və tərbiyə məsələlərində zor tətbiq etmək düzgün üsul deyil. Bu cür tərbiyə tərzi uşağın formalaşmasındakı mənfi təsirini həyatın bütün sahələrində özünü əks etdirir.

4) Ana və ata birlikdə hərəkət etməlidirlər
Atanın səhv tərbiyə üsuluna ana düzəliş verməlidir. Həmçinin ananın yanlış tərbiyə tərzinə ata düzəliş verməldir. Övladın tərbiyəsində birlikdə çalışmalıdırlar. Ata və ana tərbiyədə fərqli mövqedən çıxış etməməlidirlər. Çünki bu uşaqda çaşqınlıq yaradacaq.

5) Uşaqlar üçün yaxşı dostlar seçilməlidir
Pis dost və ya mühit uşağın əxlaqi inkişafının önündəki ən böyük maneələrdən biridir. Çünki ailənin uşağa qazandırmağa çalışdığı müsbət davranışlar pis yoldaşlarının təsiriylə aradan gedir. Ona görə də övladlarınızın kimlərlə dostluq etməsinə xüsusi diqqət yetirin.

6) Uşağı öz başına buraxmayın
Uşaqların yanlış davranışlarını böyüdüb təlaşlanmaq səhv bir addım olsa da, səhvlərini ciddi qəbul etməmək də bir o qədər səhv addımdır. Uşağın etdiyi səhvlər düzəldilməzsə və xəbərdarlıq edilməzsə, uşaq bunun normal bir davranış olduğunu düşünəcək və bu səhv addımları təkrarlamağa başlayacaq. Bu addımları nəinki evdə ailəsinə qarşı edəcək, hətta cəmiyyətdə dostalarına, böyüklərə qarşı da edəcək. Çünki valideynlər vaxtında lazım olan xəbərdarlığı ona etməyiblər.

7) Uşağınızı kütləvi informasiya vasitələrinin, xüsusilə internetin zərərlərinə qarşı qorumalısınız
İndiki vaxtda bir xəstəlik halına gələn “internet” və “televiziya əsarəti” də uşaqları əxlaqi bir çöküşə sürüməkdədir. Xüsusilə teleseriallarda uşaqlara nümunə olaraq təqdim edilən şəxslərin səviyyəsiz hərəkətləri, açıq-saçıq geyimi uşaqların şəxsiyyət kimi inkişafını mənfi təsir göstərməkdir. Bu cəhətdən övladınız bu vasitələrdən istifadəsini həmişə nəzarətdə saxlayın.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 881
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri