Nə edim ki, uşaq xəstələnməsin? Pediatrdan 7 məsləhət

Müəllif: my_angel
Şərhlər: 1
Baxılıb: 2 879
Səs ver:
(səs: 0)
Soyuq fəsillərdə uşaqlar daha tez-tez virus və soyuqdəymə xəstəliklərinə tutulur.

Lakin pediatrlar sübut edir ki, əksər hallarda bunun səbəbi virusların artması deyil, uşaqlara düzgün olmayan baxımdır.

Rusiyalı pediatr Anna Birka uşaqları xəstəliklərdən qorumaq üçün bəzi çox sadə tövsiyələri verib.

1. Uşaq soyuq fəsillərdə də hər gün açıq havada gəzməlidir. Bu immun sisteminin möhkəmləndirilməsi üçün ən sadə və effektli vasitədir.

2. Uşağı çox isti geyindirməyin ki, uşaq tərləməsin. Tərləyəndə uşaq daha tez xəstələnir.

3. Uşaq daha tez-tez əllərini yumalıdır. Bu virusların orqanizmə daxil olmasına mane olur. Hər dəfə çöldən evə qayıdanda uşaq əllərini və üzünü yaxşı yumalı, boğazını adi su ilə qarqara etməlidir.

4. Soyuq fəsillərdə uşağın qidalanmasında soğan və sarımsağın miqdarını artırır. Bu 2 məhsul təsdiq olunmuş virus əleyhinə təsirə malikdir.

5. Uşaq mütləq kifayət qədər maye qəbul etməlidir. Bu selikli qişların nəmliyini təmin edir. Selikli qişalar quruyanda onların bizi mikrob və viruslardan qorumaq qabiliyyəti kəskin azalır.

6. Uşağa yerli-yersiz dərman, vitamin, immuniteti möhkəmləndirən preparatları və s. verməyin, boğaz və burun spreylərdən istifadə etməyin. Bu nəinki xəstəliyin qarşısını almayacaq, əksinə uşağın orqanizmini səbəbsiz yerə yükləyəcək.

7. Uşağın qidalanması çeşidli olmalıdır. Şərt deyil ki, uşaq çox yesin. Əsas odur ki, uşağın gündəlik menyusunda müxtəlif məhsullar olsun - süd məhsulları, sıyıqlar, meyvə, tərəvəz, ət (balıq, toyuq).

Sonda Anna Birka qeyd edib ki, uşaqların heç xəstələnməməsi mümkün deyil. Bu təbii prosesdir. Axı uşağın immun sistemi də uşaqla birlikdə böyüyür və formalaşır. Lakin uşaq "xəstəlikdən çıxmır"sa, bu da normal sayıla bilməz.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 879
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri