Uşaqlarda qurdlara yoluxması və müalicəsi ilə bağlı VACİB MƏLUMAT

Müəllif: my_angel
Şərhlər: 1
Baxılıb: 2 818
Səs ver:
(səs: 0)
Qurd xəstəlikləri bütün dünyada ən yayılmış xəstəliklərdən biridir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada 4,5 mlrd. insanda müxtəlif qurd xəstəlikləri var. Bu xəstəliklər xüsusilə Afrika və Asiya ölkələrində daha çox yayılıb. Avropa ölkələrində qurd xəstəliklərinə daha az təsadüf edilir.

Tanınmış ukraynalı pediatr Evgeni Komarovskinin uşaqlarda qurd xəstəlikləri ilə bağlı çox vacib fikirlərini çatdırır.

1. Avropa ölkələrində 99% qurd xəstəliklərini askarid, tükbaş və biz qurdu yaradır.

2. Bu qurdları yalnız nəcisdə aşkar etmək mümkündür. Heç bir qan analizi və ya "kompüter müayinə"si qurdaları aşkar etməyə kömək etmir.

3. Nəcis analizi 3 dəfə fasilələrlə verilməlidir. Yalnız bu halda qurdları aşkar etmək mümkündür. 1 dəfə verilmiş və nəticəsi "mənfi" olan analiz dəqiq göstərici sayılmır.

4. ÜST uşaqlara profilaktik məqsədlərlə qurd əleyhinə dərmanların verməyini tövsiyə etmir. Belə dərmanlar yalnız qurd aşkar olunduqda uşağa verilə bilər.

5. Uşağın ağzından pis iyin gəlməyi, yuxu zamanı dişlərin qıcırdatması, yuxu zamanı uşağın ağzından suyun gəlməyi və s. kimi simptomlar uşağın orqanizmdə qurdun olmasının əlamətləri sayılmır.

6. Ailədə 1 uşaqda biz qurd aşkar olunubsa, bütün ailə bu qurda görə müalicə almalıdır.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 818
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri