Uşaqlarda nevrotik iştahsızlıq

Müəllif: Doktora
Şərhlər:
Baxılıb: 5859
Paylaş:
Səs ver:
(səs: 0)

 Son vaxtlar valideynləri  cox narahat edən  və həkimə müraciət etməyə  səbəb olan -uşagin iştahasizligi ilə baglı şikayətlərdir.İştahasızlıgın səbəbi isə müxtəlif  psixotravmatik anlar ola bilər:

–uşagıın bagçaya,məktəbə getməsilə anadan ayrılma qorxusu
–düzgün olmayan qidalanma rejimi
–uşagin cəzalandirilmasi və s.
İştahasizliq(anoreksiya)  I-li   ve II-li olur.I-li anoreksiya  saglam uşaqlarda  qida rejiminin  pozulması nəticəsində,II-li  anoreksiya  isə mədə-bagirsaq traktinin  müxtəlif  xəstəlikləri  nəticəsində əmələ gəlir.Qidalanma eyni   saatlarda olduqda,uşaqda  düzgün  qida refleksi formalaşır.Yeməkarası  vaxtda uşaga  şirin çay ,konfet və  s.verilməsi  qida  mərkəzinin  oyaniqliginin  azalmasina  səbəb  olur.Nevrotik iştaha pozgunlugu  çox vaxt  erkən yaşlı,məktəbəqədər yaşlı  uşaqlarda  məcburi  yedizdirilmə nəticəsində  əmələ   gəlir.Bu zaman uşaqda yeməyə qarşı ikrah hissi  yaranır,bəzən  qaytarma,qusma da olur.Bəzən iştahasız uşagı  yedizdirmək üçün  müxtəlif   metodlardan  istifadə  edirlər(nagıl danışmaq,cizgi filminə  baxmaqla uşagın  fikrini  yayındırıb  yedizdirmək).Bu da komək etmədikdə  uşagi  məcburi qidalandirirlar.Bütün bunlar  sinir sistemində  qida  mərkəzinin  oyanıqlıgının  kəskin   azalmasina,qidalanma prosesinə  qarşı neqativ reaksiyaya səbəb olur.Son vaxtlar yeniyetmeler arasinda nevrotik  anoreksiya  cox rast gelinir.Onlarin öz xarici görünüşünden narazı  qalması  yeməkdən  imtina etmələrinə,iştahasızlıga gətirib  çıxarır.
I-li anoreksiyanın  müalicəsində  sebebi aradan  goturmek ve tedricden qida rejimini normallaşdırmaq lazımdir.2yaşdan boyük uşaqlarda iştahanı stimulyasiya ücün xiyar,pomidor,sogan,sarimsaqlı terevez salatları da  menyuya  daxil edilmelidir.
Uşagın  öz yaşıdları ile bir sufrede oturub yemək  yeməsi də effektiv vasitələrdən biridir.Əgər  uşaq yemək istemirsə,onu məcbur etmək,cəzalandırmaq olmaz! Növbeti yemək saatını  gözləmək  lazımdır.Əgər uşaq yeyərkən  çeynəmə,udma  gecikirsə,qidanı agızda çox saxlayırsa, ona udmanı asanlaşdırmaq üçün bir az su vermek olar.Derman mualicesinde  fermento-vitaminoterapiyadan istifade olunur.Yeniyetmələrin  nevrotik iştahasızlıgında psixoterapevtik yardıma ehtiyac olur.
Nevroloq: Suleymanova S.


loading...
(səs: 0)
Şərhlər:
Baxılıb: 5859
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv