Uşaqlarımızı Rənglərin Dili İlə Tanıyaq.

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 5 870
Səs ver:
(səs: 3)


Bütün valideynlər öz uşaqlarını yaxından tanımaq, onunla nece ünsiyyət qurmaq və uşaqlarının hansı problemi yaşadığını başa düşmək istəyirlər. Uşaqlarımızı tanımağın yollarından biri də onların çəkdiyi rəsimlərlə onları tanımaqdır. Elə isə gəlin görək diqqət etməli olduğumuz məqamlar hansılardır. 
4-5 yaşlarındakı uşaqlar ümumiyyətlə rəng seçimi etmədən rəsmi boyamağa başlarlar. Uşaqlar bu yaşlarda əsas və əlavə rəngləri öyrənirlər. Çəkilmiş pozitiv rəsimlərdə sarı rəng, neqativ rəsmlərdə isə qəhvərəngi daha üstünlük təşkil edir.
Unutmamalıyıq ki, uşaq hansı rəngi sevirsə çəkdiyi rəsmlərdə o rəngdən daha çox istifadə edir, yəni üstünlüyü sevdiyi rəngə verir. Rəsimlərdə üstünlük qırmızı rəngə verilibsə bu iddiacılığın və ani hücumu təmsil edər. 
Rənglərdən sarı, çəhrayı və kök rəngi kimi isti rəngləri seçən uşaqlar sevimli, uyumlu olurlar. 
Qara, mavi,qəhvərəngi, yaşıl kimi soyuq rəngləri seçən uşaqlar iddiacı, çəkingən, çətin idarə edilən, həqiqi duyğularını gizlədən uşaqları təmsil edir.

Məktəb qorxusu olan usaqlarin çəkdiyi rəsmlər:
Bu rəsmlərdə ailə üzvlərinin,ev və evdə xoşbəxt uşaq rəsmlərinin çəkilməsinə üstünlük verilir. Bu cür qorxuları olan uşaqlar məktəb, şagird şəkli çəkmək istəmirlər.

Güvənsizliyi göstərən rəsmlər:
Rəsm çəkilən kağızın hamısı istifadə olunmaz, rəsm çəkilən kağızda çoxlu boşluqlar buraxılar. Çəkdiyi şəkillər yarım olar. Çəkdiyi insan fiqurlarında lə və ayaqların çəkilməməsi güvənsizliyi və ətrafdakı insanlarla yaşanılan çətinliyi,əlaqə əksikliyini,bölüşmə azlıığını , özündən başqa insanlarla birlikdə olmamağı ifadə edər. Güvənsiz uşaqlar rəsmləri daha çox kəsik –kəsik çəkərlər.

Hiperaktiv uşaqlarin rəsmləri:
Bu uşaqlar daha çox al-əlvan rəsm çəkmələri ilə seçilirlər. Ümumiyyətlə onlar rəsm çəkərkən qaralamağa daha çox üstünlük verirlər və rəsmləri yarımçıq qalır. Əgər bir rəsmi tam çəkirlərsə də həmişə o rəsmlər çox böyük olur.

Ailədə əlaqə problemlərinin olduğunu ifadə edən rəsmlər:
Rəsmdə ailə üzvlərindən birinin və ya bir neçəsinin çəkilməməsi ailədə əlaqə qırıqlığının olduğunu göstərir. Buraya yaxın qohumların çəkilməməsi də aidddir. Ailə fərdləri çəkməməsi və ya valideyn fiqurlarının olmaması parçalanmış ailəni, sevgi azlığını, ana, ata və uşaqların arasına əşyaların yerləşdirilməsi, ailə üzvlərinin arasına körpü, göydələn evlər, yol, çay , ağacların çəkilməsi əlaqə problemlərinin bir göstəricisi olaraq qəbul edilir. Valideynlərin böyük və uşağın balaca və ya valideynlərdən birinin digərindən böyük çəkilməsi ailədə avtoritar vəziyyətin olduğunu, ailədə valideynlərdən birinin digəri üzərində hökmlü olduğunu ifadə edər. Valideynlərin daha çox abartılı çəkilməsi onlara duyulan heyranlığı ifadə edər. Çəkilən rəsmdə balaca qardaşın valideynlərin əlindən tutması və digər uşağın çox uzaqlarda çəkilməsi və ya heç çəkilməməməsi sevgi yoxsulluğunu, qardaş qısqanclığını, özünü yox saydığını və daxili konfliktlərin olduğunu göstərir.

Ev fiqurlarının analizi:
Ev uşağın duyqusal yaşamını şərtləndirən mərkəzdir. Ev rəsmi çəkərkən yalnız divarların çəkilməsi və evin içinin göstərilməməsi özünü ifade etməkdə qarşılaşdığı çətinlikləri göstərir. Evlərdəki bacalardan ucalan qalın dumanlar ailə içində yaşanan davaları və konfliktləri göstərir. Ucalan binalar və gıydələnlər uşaqdakı özləm və komplekslərin,gərginliyin ifadəsidir. Evlərdən çıxan yollar yol göstərilməyə olan ehtiyacdır. Rəsmlərdə insan rəsmlərinin azlığı və ya yoxluğu sosyal əlaqələrdəki qırıqlığı göstərir. Çəkilən quş rəsmləri azadlığa olan ehtiyacdır. Rəsmlərdə çəkilən yaşıl yarpaqlı ağaclar canlılığı, solmuş yarpaqlı və ya yapaqların tökülməsi ölüm istəyini, ağac köklərinin olması bağlılığa olan ehtiyacı bildirir. Rəsmlərdə çox bulud və ya tünd rəngli buludların olması həll edilməyən problemləri ifadə edir.

Psixoloq Lalə Bağırova


 

(səs: 3)
Şərhlər: 2
Baxılıb: 5 870
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri