Facebook-da Uşaqlarımızı İzləyək.

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 1329
Paylaş:
Səs ver:
(səs: 3)

 

 "Facebook" insanların həyatının bir hissəsinə çevrilib. Əlbəttə, bəziləri bu sosial şəbəkəyə həddən artıq çox bağlanmaqla "xəstəliyə tutulublar". Amma onlar kimi olmasa da, hər gün dünyada milyonlarla insan ən azı bir neçə dəqiqə "Facebook"a baş çəkir, yeniliklərlə tanış olur, məktubları cavablandırır və ya məktub yazır, məsələlərə münasibət bildirir, baş vermiş hadisələr haqda qeydlər edir və s. Artıq "Facebook"da kiminsə səhifəsinə baxmaqla onun gün ərzində təxminən nə etdiyini, əhvalının necə olduğunu, nə planlaşdırdığını bilmək olur. Bu da bəzi insanlara müxtəlif məsələlərdə kömək edir ki, bu insan qruplarından biri də valideynlərdir. Övladının gün ərzində nə etdiyini, kimlərlə görüşdüyünü, hara getdiyini və s. öyrənmək üçün valideynlər "Facebook" vasitəsilə onları izləyə bilirlər. Qeyd edək ki, hazırda "Facebook"da yaşı 18 və ya daha az olan 20 milyon istifadəçi var. 

 Bu yaxınlarda "Onlineschools.com" saytında valideynlərlə bu mövzuda keçirilmiş sorğu dərc olunub. Sorğuda valideynlərə övladlarını "Facebook"da niyə izlədikləri, əsasən hansı yollarla izlədikləri barədə suallar verilib. Sorğuda iştirak edən valideynlərin 55%-i "Facebook"da övladlarının fəaliyyətini izlədiklərini deyiblər. Valideynlərin 11%-i isə "Facebook"a məhz övladlarının nə etdiyini izləmək üçün üzv olduqlarını bildirib. Respondentlərin 16%-i öz övladlarına dostluq dəvəti göndərib. Onlardan 4%-i isə imtina cavabı alıb. Qeyd edilən saytın araşdırmasında o da məlum olub ki, valideynlər övladlarını izləmək üçün başqa yollara da əl atırlar. Sorğuda iştirak edən valideynlərin 76%-i övladlarının kompyuterində onların daxil olduqları internet saytların siyahısını izləyir, 21%-i övladlarının telefonunda mesaj bölməsinin "gələn mesajlar" qutusunu oxuyur, həmçinin 23%-i övladlarının elektron poçt ünvanında "göndərilmiş mesajları" oxuyur.

  Rza KAMİL

 


loading...
(səs: 3)
Şərhlər:
Baxılıb: 1329
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv