Ananın Yoxluğu Körpəni Stresə Salır

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 3 508
Səs ver:
(səs: 2)
Uşaqlarda ilk stressin doğumla birlikdə başladığı bildirildi.
Körpənin dünyaya gəldikdən sonra yemə və sığınma ehtiyaclarının aradan qaldırılmasına baxmayaraq stress yaşamasının mümkün olduğuna işarə edən mütəxəssislər, bu vəziyyəti körpəlik depressiyası olaraq şərh edir. Körpəni depressiyaya itələyəcək ən əhəmiyyətli səbəbin anadan məhrum olma olduğunu ifadə edən mütəxəssislər, ilk altı ayda ananın körpədən birdən ayrılması halında körpədə üç ayrı əlamət görüləcəyinə diqqət çəkdi. Körpənin birinci dövrünün etiraz dövrü olduğunu ifadə edən mütəxəssislər, bu dövrdə körpənin davamlı ağladığını, sakitləşməyən və yatışdırılamayan ağlamalar olduğunu, yanına biri yaxınlaşdığında susduğunu ancaq anası olmadığını anladığı zaman təkrar ağlamaya başladığını qeyd etdi.
Körpənin depressiya dövründə iştahının azaldığını və kilo itirməyə başladığını izah edən mütəxəssislər, xoşbəxt olmayan uşağın bədən inkişafının yavaşladığını dilə gətirdi. İçə bağlanam dövründə isə ikinci aydan sonra ana məhrumluğunun davam etməsi halında körpənin içinə qapanmağa və duyğusal reaksiyaların küntləşməyə başladığını ifadə edən mütəxəssislər, ətrafda olanlara və yanına yaxınlaşanlara körpənin maraqsız qaldığını, bu vəziyyətin də böyüklərin şizofreniyalı pozuqluğuna bənzər bir cədvəl olduğunu qeyd etdi.
Ana ilə körpə arasında fövqəladə bir ruhi bağın varlığına və bunun uşağın beyin və bədən inkişafı üçün təməl qida olduğuna diqqət çəkən mütəxəssislər, sevgisini və marağını verən anaların uşaqlarının beyinlərində sevgi kanallarının açıldığını ifadə etdi.
 
Tərcümə etdi: PRETTY_GİRL

(səs: 2)
Şərhlər: 2
Baxılıb: 3 508
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri