Valideynlərə həkim məsləhəti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 3 603
Səs ver:
(səs: 2)

 

Son vaxtlar  qəbuluma uşaq gətirən  valideynlərin  əksəriyyətinin  şikayəti uşağin onlara tabe olmamasıdır.2 yaşlı  uşaq  valideyni ile  mağazaya gedir  ve istədiyini  ğötürür.Valideyn almaq istəmədikdə ,,al-al,, deyib qışqırır,özünü  yerə atır,ayaqlarını  yerə çırpır və s.

Yəqin hamımız belə uşaq şıltaqlığının şahidi olmuşuq.Bu yaşda uşaqlar çox şeyi bacarır və çox şey istəyir.İstədiyini  almaq üçün  emosiyaları ilə  bacara  bilmədiyindən göz yaşları axıdır.Valideynləri də uşaq aglamasın deyə imkanı daxilində  bütün oyuncaqları  almaga  belə  razı olurlar.Bunun qarşısını necə almaq olar

Balacalar  hər şeyi  indi,bu deqiqe  etmək istəyirlər. Onlar,,sonra,sabah,,sözlərini qəbul etmək istəmirlər.Uşaqlar başa düşmək istəmirlər ki,niyə  onların istəklərini indi etmək olmaz.Bu zaman onlar məqsədlərinə çatmaq üçün sınanılmış vasitələrdən istifadə edirlər,yəni ,qışqırıb aglayirlar.Axı hələ uşaq  körpə ikən  aglamaga başlayan kimi  tez onu  qucaga  götürürlər və sakitləşir.Demək,uşağın tərbiyəsile  doğulan gündən məşğul olmaq lazımdır deyənlər  haqlı imiş.Yenidoğulmuş   körpə yuxudan ayılıb yavaş- yavaş aglamaga   başlayarkən,onu tez qucağa almaq əvəzinə ,bir qədər gözləmək lazımdır.Ola bilər özü sakitləşər.Əgər sakitləşməsə,  yerində,qucaga götürmədən  əmziyini  vermək,yedizdirmək  sonra uşaq sakitləşəndə  qucağa   götürmək olar.Belə uşaq qucaqda qalmaq üçün ağlamayacaq,ac olduğunda ağlayacaq.1yaşdan böyük uşaqlar da ilk dəfə istədiyini əldə etmək  üçün ağlayib,özünü çırpanda  əvvəl  valideyin onun fikrini başqa istiqamətə yayındırmalı,bu da alınmırsa,onun ağlamağına fikir verməyib öz işlərilə məşgul olmalıdır.Uşaq onun ağlamağının effektsiz oldugunu görüb,isterik hala düşə də bilər.Bu da valideyni qorxutmamalıdır və uşaga ,,qışqırıb-ağlasan istədiyin olmayacaq,sakitləşsən biz bu barədə danışarıq,,deyib,öz   işi   ilə məşgul  olmalıdır.Əmin olun ki,bir neçə dəfə bu hal təkrarlandıqda  artıq  uşaq   bu pis vərdişdən  qurtulacaq və sakitcə  istədiyini bildirib,cavabını gözləyəcək.

Valideynlər uşagın özünü yaxşı apardığında onu mükafatlandırmağı da unutmamalıdırlar!

Son söz valideynlərin olmalıdır,uşaqların yox!

Belə olarsa, bu sağlam uşaqları əlindən tutub,,uşağım  əsəbidir,,deyə nevropatoloqa aparan valideynlərin də  sayı azalar,uşaqlar artıq sakitləşdirici dərmanlar  içməzlər.

NEVROLOQ: Süleymanova.S

(səs: 2)
Şərhlər: 2
Baxılıb: 3 603
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri